ana səhifə elanlar əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Layihələr və Partnyorlar Sosial Həyat Fotoqaleriya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Bizim Hədəfimiz
Senaye çirkab və lay suların təmizlənməsi
Torpaqların rekultivasiyası və bio-remediasiyası
Parafinin təmizlənməsi
Neftşlamın utilizasiyası
Laboratoriya xidmətləri
Ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması

Son Xəbərlər

18.05.2012  

“Ekol Mühəndislik Xidmətləri” QSC yeni layihənin icrasını başlamışdır
 
     ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması   tədbirləri  geniş miqyasda davam etdirilir. Bu tədbirlərin icrasında yaxından iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin sifarişi ilə  may ayında yeni bir layihənin icrasına başlamışdır. Bu “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən  fekal suların  kənarlaşdırılması” layihəsidir. ARDNŞ-nin Ekologiya İdarəsinin  apardığı monitorinqin nəticələrinə görə  ərazidə 588 min m3 fekal suları, 251 min m3 isə neftşlam müəyyən edilmişdir.
     Layihəni icra edən QSC-nin Tullantıların emalı departamenti may ayının 8-dən  işlərə başlamış, əraziyə Almaniya istehsalı,  məhsuldarlığı 150  m3/saat olan bir ədəd “Millars”,   məhsuldarlığı  285  m3/saat və 570  m3/saat olan  iki ədəd  “VX” nasosları gətirilmişdir. Gün ərzində 10 saat işləyən  nasoslar və stasionar boru xətti vasitəsilə fekal sular birbaşa    QSC-nin BNEZ-nun 9-cu sexinin ərazisində yerləşən mexaniki  təmizləyici qurğularına ötürülür. Artıq icra müddətində 28 min m3-dən çox fekal suları təmizləyici qurğulara ötürülmüşdür.
     Layihənin icrasının qısa müddətdə başa çatdırılması və operativliyin təmin edilməsi məqsədilə  ərazidə  bütün lazımı tədbirlər görülmüş, əlavə olaraq 600 metrə qədər  150 mm-lik ötürücü boru xətti çəkilmişdir. QSC-nin Tullantıların emalı departamenti layihə üzrə işləri yüksək templə davam etdirir.
  

 
 

 
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        
Futzal

     Bu arada  komandamız çempionatın...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...

Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2012 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalidir.