ana səhifə elanlar əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqaleriya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi

Xəbərlər ( arxiv )

21.11.2017
      06.11.2017-ci il tarixində istehsalat zərurəti ilə əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübələrinin yüksəldilməsi ilə bağlı Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə bağlanmış müqaviləyə əsasən institutun mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kurslarına göndərmişdir.
16.11.2017
          15.11.2017-ci il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının   1-ci dövrəsinin sonuncu turunda “Yasamal” komandası ilə Bakı İdman Sarayında qarşılaşmışdır.Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 4:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşmışdır.
16.11.2017
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexi 2017-ci ilin III rübündə üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirərək rübü uğurla başa vurmuşdur. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.
10.11.2017
     10.11.2017-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində YAP “Ekol” ərazi ilk partiya təşkilatı idarə heyəti və üzvlərinin, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət xanım Vəliyevanın, YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Ramin Vəlibəyovun iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş geniş tədbir keçirilmişdir.
08.11.2017
     07.11.2017-ci il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının   1-ci dövrəsinin 6-cı turun da “Xəmsə” komandası ilə Bakı İdman Sarayında qarşılaşmışdır.
07.11.2017
      06.11.2017-ci il tarixində istehsalat zərurəti ilə əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübələrinin yüksəldilməsi ilə bağlı Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə bağlanmış müqaviləyə əsasən institutun mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kurslarına göndərmişdir.
03.11.2017
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də neft sənayesi sahələrində neftlə  çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin  göstərilməsi və landşaftın bərpasından ibarət olmuşdur. Bu işlər əsasən Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  tərəfindən həyata keçirilir.
02.11.2017
       01.11.2017-ci il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının   1-ci dövrəsinin 5-ci turunun mərkəzi oyununda “Neftçi” komandası ilə Bakı İdman Sarayında qarşılaşmışdır.
01.11.2017
          "Ekol Mühəndislik Xidmətləri QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2017-ci ilin III rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, müvafiq ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laborator  xidmətləri göstərmiş və İnteqrə Edilmiş Menecment Sistemlərinin tələblərinə uyğun fəaliyyət həyata keçirmişdir.
30.10.2017
     “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2017-ci ilin III rübündə öz işini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş və “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirilmişdir.
27.10.2017
     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyin təmin olunması, qurğu və avadanlıqların daimi saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi, nailiyyətlərin əldə olunması üçün əsas amillərdəndir. Bunu nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki rüblərdə olduğu kimi 2017-ci ilin  III rübündə də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.
26.10.2017
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində və bütün istehsalat sahələrində Ekoloji Monitorinq Departamentinin  və Texniki təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən “İSO 9001-2015 keyfiyyət idarəetmə sistemi” və “Fəaliyyətə risk yönümlü yanaşma” mövzusunda maarifləndirici məşğələlər  keçirilmişdir.
23.10.2017
      Oktyabrın 19-da “Neftçilər günü” peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı ilə təltif olunmuş bir qrup əməkdaşa Fəxri Fərmanların təqdim edilməsi mərasimi keçirilmişdir.
20.10.2017
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrinin, eləcə də işçi personalın texniki təhlükəsizliyinin və əməyin mühafizəsinin təmin edilməsi daimi diqqət mərkəzindədir. Bu məqsədlə cəmiyyətin texniki təhlükəsizlik şöbəsi plan və dərs qrafikinə uyğun olaraq mütəmadi məşğələlər keçirirlər.
19.10.2017
     “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətini qəbul etdiyi İSO 9001, İSO 14001 və OHSAS 18001 Beynəlxalq İdarəetmə Standartlarının tələblərinə əsasən qurmuş və bu istiqamətdə davamlı olaraq öz fəaliyyətini həyata keçirir.
19.10.2017
     İstehsalat zərurəti ilə əlaqədar olaraq, “Ekol Mühəndislik Xidmətləri” QSC işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübələrinin yüksəldilməsi  ilə bağlı Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi – Tədqiqat İnstitutu ilə bağlanmış müqaviləyə əsasən institutun mütəxəssisləri tərəfindən təlimatlandırma kursları təşkil edilmişdir.
18.10.2017
     13.10.2017-ci il tarixində keçirilmiş görüşdə Tullantı Mərkəzinin rəisi Orxan Qəndilov, SOCAR-ın Ekologiya İdarəsinin nümayəndəsi, “ECON İndustries Gmbh” şirkətinin biznesin inkişafı üzrə direktoru Yoakim Fişer və “EMDAD” şirkətinin şlam üzrə servis departamentinin meneceri Fady Saleh iştirak etmişlər.
17.10.2017
     İstehsalat zərurəti ilə əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC işçiləri Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi – Tədqiqat İnstitutu ilə bağlanmış müqaviləyə əsasən institut mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kurslarında iştirak etmişlər.
13.10.2017
     11.10.2017-ci il tarixində  Tullantı Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda yanacaq və enerji istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı Layihələrinin  (NAMA) nümayəndələri ilə görüş keçirilmişdir.
10.10.2017
      07.10.2017-ci il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının   1-ci dövrəsinin 2-ci turunun mərkəzi oyununda “İtal Dizayn” komandası ilə Bakı İdman Sarayında görüşmüş və 1:0 hesabı ilə qələbə qazanmışdır.

| [1] | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        
Futzal

      15.11.2017-ci il tarixdə “Ekol” MFK futzal...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2017 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.