ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Istehsalat sahələri

Ekoloji Monitorinq Departamenti: - fəaliyyəti Müəssisənin ekologiya sahəsində müəyyən etdiyi siyasətin həyata keçirilməsindən, sifarişçi təşkilatlarla ekoloji monitorinq və tədqiqat işlərinin yerinə yetirilməsindən, ekoloji texniki-normativ sənədlərin işlənib hazırlanmasından ibarətdir.


Səyyar monitorinq xidməti: - fəaliyyəti “Sifarişçi” təşkilatların dənizdə və quruda olan istehsalat sahələrində monitorinq işlərinin aparılmasından və müvafiq hesabatların hazırlanmasından ibarətdir.



Normativ-texniki sənədlərlərin hazırlanması: - fəaliyyəti “Sifarişçi” təşkilatlar üçünEkoloji Pasport, Atmosferə Atıla Bilən Tullantı Həddi Normativ­ləri Layihəsi, Yol Verilən Axıntı Həddi Normativləri Layihəsi, Atmosferə Zərərli Maddə­lərin Tullantı Mənbələrinin İnventarlaşdırılması, Su Təsərrüfatı Pasportu, Təhlükəlli tullantıların pasportu və s. ekoloji normativ texniki sənədlərinişlənib hazırlanmasından ibarətdir.

 
ƏMTQ sənədlərinin hazırlanması: - Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması Azərbaycan Respublikasının Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında Qanunu təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə, sosial sferaya və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
ƏMTQ sənədlərinin hazırlanmasına tələb istehsal xidmət sahələri, infrastruktur obyektləri və komplekslərin layihələndirilməsi, yenidən qurulması, konservasiya və ya ləğv olunması, yeni texnika ilə təchiz olunması və genişləndirilən obyektlər üçün nəzərdə tutulmuşdur. 
ƏMTQ layihəsi aşağıdakı prioritetləri nəzərə alır:
layihənin planlaşdırma vә tərtibatı mәrhәlәsindә ətraf mühitlə bağlı problemlərin nәzәrә alınmasını tәmin etmək;
layihənin icrasında ətraf mühit üzrә yüksək standartlara cavab verən tələblərin nәzәrә alınmasını tәmin etmәk;
әtraf mühit vә sosial sahә üzrә tәsirlәrin aşkar edilmәsini, hәmçinin uyğun hallarda onların sayının müəyyən olunmasını,  qiymәtlәndirilmәsini vә azaldılması üzrә tәklif olunan tәdbirlәri yerinə yetirmək;
qanunvericiliklə bağlı şәrt vә tәlәblәrin nәzәrә alınmasını tәmin etmәk;
layihә ilә bağlı bütün maraqlı tәrәflәrlә mәslәhәtlәşmәlәrin aparılması, onların fikir vә tәkliflәrinin nәzәrә alınması.
Ekoloji qanunvericiliyin tələblərinə əsasən yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) ixtisas attestatı almış mütəxəssislər Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini hazırlamaq hüququna malikdir. Belə ki, “Ekologiya” İdarəsinin mütəxəssisləri ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiriciləri ixtisas attestatı almışdır.
Uzun müddətdir ki, “Ekologiya” İdarəsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi” üzrə ixtisaslaşmışdır. İdarə fəaliyyəti dövründə SOCAR-ın müəsisə və təşkilatları, Birgə müəssisə və əməliyyat şirkətləri, həmçinin yerli və beynəlxalq şirkətlər üçün sifariş əsasında ƏMTQ sənədinin hazırlanması xidmətini göstərir. 
Hazırda mövcud olan yerli qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyaların tələblərinə uyğun ƏMTQ sənədinin hazırlanması və həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması “Ekologiya” İdarəsi tərəfindən təmin edilir.

Kompleks Tədqiqatlar Laboratoriyası: - fəaliyyəti dənizdə və quruda “Sifarişçi” təşkilatlarının istehsalat sahələrində monitorinq zamanı götürülmüş su və dib çöküntülərin nümunələrinin laborator analizlərinin analitik təhlili, neft tullantılarının, suyun və dib çöküntülərin fiziki-kimyəvi analizlərinin aparılmasından ibarətdir.

Tullantıların Emalı Departamentinin 6-cı sahəsi: - fəaliyyəti Heydər Əliyev adına Bakı neft emalı zavodundan daxil olan sənaye çirkab və digər sifarişçi təşkilatlardan qəbul edilmiş məişət-fekal və tullantı sularını mexaniki-fiziki-kimyəvi üsullarla təmizlənməsindən, neftşlamın emalından və zərərsizləşdirilməsindən ibarətdir. Orta hesabla saatda 1600-1800 m3 su təmizlənir.

- layihə gücü – 1200 m3/saat olan FACET firmasının mexaniki təmizləyici qurğusu quraşdırılıb başa çatdırılmışdır.

Parafin təmizləmə sexi:- fəaliyyəti parafini mexaniki qarışıqlardan təmizləməkdən ibarətdir. Hazırki istehsal gücü bir dövr (48 saat) ərzində 17 tondur. Parafin təmizləmə qurğusu parafin qızdırıcısı, çən, damcı tutucu, nasosxana, drenaj tutumu, leysan tutumu, yuyucu otaq, anbar və hazır məhsul otağından ibarətdir.

Tullantıların emalı departamentinin 4-cü sahəsi: - fəaliyyəti "Azərneftyağ" neft emalı zavodunun sexlərindən daxil olan sənaye çirkab sularını mexaniki-fiziki-kimyəvi üsulla təmizlənməsindən, neftşlamın emalından və zərərsizləşdirilməsindən ibarətdir. Orta hesabla istehsal gücü 1200-1400 m3 /saat təşkil edir.

Sahə neftşlamın müvəqqəti saxlanılması üçün tutumlarla, saatda 6-8 m3 məhsuldarlığı olan 1 ədəd 3 fazalı və hər birinin məhsuldarlığı 35 m3 /saat olan ("Alfa-Laval" firmasının) mobil və stasionar separasiya dekantrı və müxtəlif xüsusı texnika ilə təchiz edilmişdir.

Torpaqların Rekultivasiyası Departamenti (TRD): - fəaliyyəti “Sifarişçi” təşkilatların mədən ərazilərində neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası, yaşıllaşdırılması və yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsindən ibarətdir. Fəaliyyəti dövründə 8-ə qədər “Sifarişçi” təşkilatların mədən ərazilərində 290 hektara qədər sahədə rekultivasiya və bioremediasiya işlərini həyata keçirmişdir. Hazırda TRD “Sifarişçi” təşkilatların reabilitasiya olunmuş mədən ərazilərində 90 minə qədər müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmət göstərir.


Tullantıların idarə edilməsi mərkəzinin (TİEM): - Fəaliyyəti xidmət göstərdiyimiz SOCAR-ın "Azneft" İB-nin Tullantıların İdarə Edilməsi Mərkəzində SOCAR-ın idarə və müəssisələrində formalaşan qazma tullantılarının, eləcə də istehsalat sahələrində əmələ gələn əksər istehsalat tullantılarının qəbulu, yerləşdirilməsi və emal olunması və ya zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsindən ibarətdir.
Göstərilən xidmətlər nəticəsində Azərbaycan Respublikasında aparılan ekoloji siyasətin icrası olaraq Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, neft-qaz, neft-kimya əməliyyatları aparılan ərazilərdə ekoloji təhlükəsizliyin təmin edilməsi, tullantıların Azərbaycan Respublikasının qanunvericilik aktlarına, yerli və beynəlxalq standartların tələblərinə uyğun idarə olunmasının təşkili, həmçinin tullantıların emalı zamanı əldə edilən qiymətli resursların təkrar istifadəyə qaytarılması həyata keçirilir.
TİEM MDB və Xəzər regionunda neft-qaz əməliyyatları zamanı formalaşan tullantıların kompleks şəkildə və ən yüksək standartlara uyğun idarə edilməsini təmin edən, geniş texniki imkanlara malik, o cümlədən qabaqcıl texnologiyaların tətbiq olunduğu ilk ixtisaslaşmış mərkəzdir.
TİEM-də mövcud bazaya əsasən ağır tonnajlı yük maşınlarının çəkisinin ölçülməsi üçün müasir tipli elektron tərəzi, SOCAR-ın idarə və müəssisələrindən daxil olan istehsalat tullantılarının çeşidlənməsi və preslənməsi üçün hidravlik qurğu, o cümlədən qazma şlamın boşaldılması üçün çevirici qurğular, müasir tələblərə cavab verən maşın-mexanizmlərdən və kanalizasiya sularının təmizlənməsi üçün bioloji qurğudan istifadə olunur.
Xidmət müqaviləsi çərçivəsində TİEM-ə daşınan qazma tullantılarının emalı vəzərərsizləşdirilməsi məqsədilə 2016-cı ildə mərkəzdə 2 ədəd “VacuDry” (A və B) tipli vakuum distillə qurğusu “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ixtisaslaşmış işçi heyəti tərəfindən istismar olunur.
Hazırda “VacuDry” qurğularında SOCAR, BP, TOTAL və Equinor şirkətlərinə aid qazma tullantıları da zərərsizləşdirilir.
Texnoloji reqlamentə əsasən bir ədəd “VacuDry” qurğusu saatda 3-5 ton emal gücünə malikdir.






 


Dezinfeksiya şöbəsi: - Fəaliyyəti SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində əksepidemik tədbirlərin həyata keçirilməsi – derazitasiya, dezinseksiya, dezinfeksiya, su çənlərində dezinfeksiya işlərinin görülməsi və işçi personalın sürünənlərdən qorunmasından ibarətdir.
Bütün bu tədbirlərin aparılması üçün şöbənin əsas məqsədi müasir və yüksək keyfiyyətli avadanlıqlar, dərman və preparatlarla təmin edilməklə SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə yoluxma hallarının əmələ gəlməsi və yayılmasının qarşısını almaqdan ibarətdir.
İşçilər hər gün xidmət sahələrinə getməmişdən əvvəl təlimatlandırılır, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilir, gündəlik 0,5 litr süd, şəxsi gigiyena qaydalarının gözlənilməsi üçün dezinfektantlarla təmin edilir.
Deratizasiya: - Kimyəvi və mexaniki üsullarla aparılmaqla gəmiricilərin məhv edilməsindən ibarətdir.
Dezinseksiya: - Kimyəvi, fiziki və mexaniki üsullarla aparılmaqla həşəratların məhv edilməsindən ibarətdir.
Dezinfeksiya: - Kimyəvi, fiziki və mexaniki üsullarla aparılmaqla mikroorqanizmlərin məhv edilməsindən ibarətdir.
Su çənlərində dezinfeksiya tədbirlərinin aparılması: - Mexaniki çöküntülərdən yuyulub təmizlənir, gigiyenik sanitariya qaydalarına əməl edilərək sonda dezinfeksiya edilir.
İşçi personalın sürünənlərdən mühafizəsi tədbirləri: - İstehsalat sahələrində çalışan işçilərin sürünənlərdən və zəhərli həşəratlardan təhlükəsizliyini təmin etmək məqsədi ilə müasir və yüksək keyfiyyətli dərman preparatlarından istifadə edilir.






Elektromexanika sexi:- fəaliyyəti Müəssisənin istehsalat sahələrində olan qurğu və avadanlıqların fasiləsiz işinin təmin edilməsindən, onların cari, əsaslı təmirinin və yenidən qurulmasının həyata keçirilməsindən ibarətdir. Xüsusi dəzgah və alətlərlə təchiz edilmişdir.

 

Nəqliyyat sexi:- fəaliyyəti Müəssisənin istehsalat sahələrini lazımi nəqliyyat vasitələri, xüsusi texnika, maşın və mexanizmlərlə təmin etməkdir.
Hazırda sexdə müxtəlif markalı və beynəlxalq standartların tələblərinə tam cavab verən xüsusi texnika, minik, yük maşınları və aqreqatlar vardır.



“Ekologiya” İdarəsinin əsas fəaliyyətinin istiqamətləri haqqında

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin strukturunda 17 dekabr 2021-ci il tarixində “Ekologiya” İdarəsi yaranmış və fəaliyyətə başlamışdır.
“Ekologiya” İdarəsi SOCAR-ın ekoloji fəaliyyətinin əsas istiqaməti kimi təsdiq edilmiş “Ekoloji Siyasət” sənədinə uyğun olaraq bütün fəaliyyət seqmentləri üzrə aparılan əməliyyatlar zamanı ekoloji nəzarət ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin olunması və yaranan ekoloji fəsadların aradan qaldırılması üzrə aşağıda qeyd olunanlar üzrə fəaliyyət göstərir.
İdarə öz fəaliyyətini Azərbaycan Respublikasının Ekoloji Qanunvericiliyinin tələbləri və SOCAR-ın “Ekoloji Siyasət” sənədinin prinsipləri çərçivəsində, həmçinin İSO 9001 “Keyfiyyətin idarəedilməsi”, İSO 14001 “Ətraf Mühitin idarəedilməsi”, İSO 45001-2018 “Əmək Sağlamlığı və Təhlükəsizliyinin idarəedilməsi” və İSO/İEC 17025 “Kalibrləmə və Sınaq laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər" Beynəlxalq Standartların tələbləri əsasında həyata keçirir.

“Ekologiya” İdarəsinin əsas fəaliyyət istiqamətlərinə:

Ətraf mühitin kompleks monitorinqi,
Kompleks laboratoriya xidmətləri,
Coğrafi İnformasiya Sistemi xidmətləri,
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərin hazırlanması,
Ekoloji normativ-texniki sənədlərin hazırlanması,
Tullantıların idarə olunması üzrə məsləhət xidmətləri,
Lay sularının idarə olunmasının hesabatlılığı,
Avtonəqliyyat vasitələrinin ekoloji müayinəsi,
Atmosfer emissiyalarının inventarlaşdırılması və instrumental ölçmə xidmətləri,
Biomüxtəlifliyin qorunması, yaşıllıqlara nəzarət və mütəxəssis xidmətləri, o cümlədən landşaft-dizayn işləri, 
Neftlə çirklənmiş torpaqların çirklənmə dərəcələrinin təsnifatı və hesabatının hazırlanması xidmətləri, 
SOCAR-ın beynəlxalq ekoloji konvensiyalarla bağlı fəaliyyətləri və beynəlxalq platformalarda təşkilatlara  təqdim edilən ekoloji hesabatların hazırlanması, 
SOCAR-ın prioritet istiqamətləri üzrə ətraf mühitin mühafizəsi sahəsində dünyada mövcud olan innovativ texnologiyaların təhlili və hesabatlılığı xidmətləri,
Enerji səmərəliliyi üzrə layihələrin həyata keçirilməsində mütəxəssis xidmətləri,
SOCAR-ın korporativ hesabatlarının hazırlanması,
Neft dağılmaları hallarına qarşı cavab tədbirləri planlarının hazırlanması, neft dağılmalarına qarşı cavab tədbirlərinin təşkili, monitorinqi, maarifləndirmə, məsləhət, tədris xidmətləri,
Dövlət Proqramları, Hökumət yanında işçi qruplarında ekoloji məsələlərin icrası,
SOCAR ekoloji hesabatı – EPI,
SOCAR-ın Davamlı inkişaf haqqında hesabatının Ekoloji fəaliyyət bölməsi,
İqlim dəyişmələrinə təsirlərin öyrənilməsi və qiymətləndirilməsi,
Ekoloji maarifləndirmə və təbliğat tədbirlərinin keçirilməsi

 daxildir.




“Eko Park İnnovasiya Mərkəzinin”-nin əsas fəaliyyət istiqamətləri haqqında

  SOCAR ətraf mühitin mühafizəsi məsələlərin aktuallaşdırılması, ön plana çıxarılması, davamlı inkişafın qurulmasında öz məsuliyyətini anlayaraq ictimai təşkilatlarla ekoloji məsələlərdə aktiv dialoqun qurulması, şirkətin “yaşıl imici”nin formalaşdırmaqdır. Bu hədəflərə çatmaq üçün SOCAR “Ekol Mühəndislik Xidmətləri” QSC-nin“ Eko-Park” layihəsini həyata keçirir.     
Eko Park nəyin ki Azərbaycanda, dünyada bu formatda həyata keçirilən ilk ekoloji layihədir. Burada elektrik enerji təchizatının təxminən 40%-ni alternativ mənbələr təmin edir. Rekultivasiya ediləcək əraziləri yaşıllaşdırmaq üçün Eko-parkda hər il 500 min ədəd ağac tingi yetişdirilməsi mümkündür. 

Eko Parkın strukturu
Ərazinin ümumi sahəsi 20.41 ha təşkil edir Park iki hissədən ibarətdir:
Mərkəzi hissə (9.3 ha); Şimal şərq hissəsi yaşıllaşdırılmış ərazi (11.11 ha) 
Külək turbinləri
Hər birinin gücü 10 Kv/saat olan alternativ enerji mənbəyi
Günəş panelləri
Ümumi gücü 35 Kv/saat olan enerji mənbəyi
Yaşıllaşdırma, genişləndirmə, yaşıllaşdırmaların salınması üçün bitkilərin yetişdirilməsi 
İstixana
5000 m2 ərazini əhatə edən müasir tələblərə cavab verən böyütmə, şitil və adaptasiya bölmələrindən ibarətdir. 

Fidanlıq (açıq sahə)
Abşeron iqliminə uyğun gələn müxtəlif ağac bitkiləri, eyni zamanda müxtəlif növ otaq gülləri və bütün hava şəraitinə tab gətirən hər mövsümə uyğun yaşıllıq uçun bitkilər yetişdirilərək istifadəyə verilir. 

Maarifləndirmə sahəsi  

Ətraf mühitin mühafizəsinə diqqətin artırılması və ekoloji vərdişlərin aşılanması 


   


Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.