ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə edir.
  • Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, avtomobilin mühərrikindən çıxan qazın tərkibində 2-10%, neft başqa yanacaqda 0,5-1% , papiros tüstüsündə isə 0,1 -1 % karbon qazı vardır.
  • Yer kürəsi 4,6 mlrd. il bundan əvvəl soyuq qaz və toz dumanından yaranmışdır.
  • İnsan gün ərzində 1 kq qida və 2 litr su qəbul edirsə onun normal fəaliyyəti üçün 25 kq hava tələb olunur. Bir ildə isə, insan 1-1,5 ton oksigen istifadə edir.
  • Yerin 20-25 km dərinliyində müxtəlif kimyəvi tərkibə malik 1,3 mlrd. km3 su ehtiyyatı olmaqla, hər il vulkan püskürməsi nəticəsində 1 km3 su mantiyadan Yer səthinə axır.
  • Dünyada olan avtomaşınların daxili yanacaq mühərriklərindən hər il orta hesabla atmosferə 260-270 milyon ton aerozol ixrac edilir. İstifadə olunan hər 1 litr yanacağın 350 qr zəhərləyici tullantısı əmələ gəlir.
  • "Ekol Mühəndislik Xidmətləri" QSC mexaniki təmizləyici qurğular vasitəsi ilə 1 saatda 2500 m3 neft məhsulları ilə çirklənmiş sənaye sularını 25 mq/l -ə qədər təmizləmək imkanına malikdir.
  • Ölkəmizdə hər bir nəfər adama ildə 1900 m3 su düşür ki, bu da dünya üzrə olan göstəricilərdən 6 dəfə, Gürcüstandan isə 7 dəfə azdır.
  • Planetimizdə ən yüksək mütləq maksimum temperatur ilk dəfə Liviyanın Tripoli şəhərində (58,1oC), ikinci dəfə ABŞ-ın Kaliforniya ştatının Ölüm dərəsində (56,7oC), üçuncü dəfə isə Tar səhrasında (53oC) müşahidə olunmuşdur.
  • Dünyanın ən soyuq yerləri Avrasiyanın və Antraktidanın şimal-şərq əraziləri sayılır. Ən aşağı mütləq minimum temperatur ( - 89,2o C ) ilk dəfə Antraktidadakı “Vostok“ stansiyasında, Şimal yarımkürəsində isə Rusiyanın Yakutiya (Saxa) Respublikasındakı Oymyakonda ( -71oC) qeydə alınmışdır.
  • Günəş şüaları yer səthinə saniyədə 300 000 km sürətlə gəlir. Günəşdən yerin səthinə 1 dəqiqə ərzində 1 sm2 sahəyə 1,94 kal. enerji düşür. Günəşin görünən şüaları qırmızı və bənövşəyi, görünməyən şüaları isə infiraqırmızı və infirabənövşyi şüalardır.
  • Atmosferin aşağı qatlarında , yerli şəraitdən asılı olaraq 1 m3 havada təxminən 0.25-25 mq –a qədər toz olur. Tozun tərkibindən və ölçülərindən asılı olaraq tənəffüs yollarında 10% - dan 48 % -ə qədər toz qala bilər.
  • Əhalinın hər bir nəfərinə düşən atmosferə atılan tullantıların miqdarı Danimarkada -4 ton , İngiltərədə - 32 ton, Polşada- 55 ton , Avstraliyada-8 ton, Almaniyada -160 ton , İtaliyada – 20 ton , İsveçdə isə 6 ton təşkil edir.
  • Ozon oksigen mənbəyidir. Son elmi tədqiqatların nəticələrinə görə , оzon hər il orta hesabla 0.3 – 1 % azalır. Qış aylarında isə ozonun azalması bəzən 6 – 8 %-ə çatır.
  • Respublikamızın ərazisinin 0.5 % - ni təşkil edən göllərin ümumi həcmi 40 km 3-ə bərabərdir ki, bunun da 16 – 17 km3 şirin sulardır.
  • Azərbaycanda temperaturu 40 – 70oC olan geotermik suların illik debiti 11 – 12 mln. m3-ə çatır.
  • Ermənistan ərazisindən Araz çayı hövzəsinə hər gün 2.6 mln. m3 çirkab maddələr axıdılır.
  • Mütəxəssislərin fikrincə 1 litr neft 100 min litr suyu xarab edir.
  • İnsan sakit halda konveksiya yolu ilə 15,3% , şüalanma yolu ilə 55,6% , tərləmə yolu ilə 29,1% istilik itirir.
  • Bir gündə hər min ədəd avtomobil mühərrikindən havaya 3,2 ton karbon oksidi, 200-400 kq digər qazabənzər maddələr buraxılır.
  • Əhalisi 1,5-2,0 mln olan 1 şəhərin atmosferinə yalnız nəfəsalma və tərləmə vasitəsilə 600-800 mln.m3 karbon qazı, 180-240 m3 su buxarı və s. atılır.
  • Gürcüstanın çirkab suları ilə Kür çayı hövzəsinə 500 – 700 min ton üzvü maddə, 28 – 30 min ton azot – fosfor duzları , 3000 min ton bərk çöküntülər , 16 min ton süni səthi aktiv maddələr və s. axıdılır.
  • Son 100 ildə atmosferdə CO2 -nin konsentrasiyası 12-13%, toz bulanması 10-12% artmış, yerin işıqlanması isə 7-10% azalmışdır.
  • Kosmik fəzanın nəzarətsiz istismarı nəticəsində kosmosa 3000 tondan artıq zibil kütləsi atılmışdır.
  • Hazırda Yer ətrafında 800 kosmik gəmi fırlanır və yaxın kosmosda ekoloji problem yaradır. Halbuki Yeri kosmosdan öyrənmək üçün cəmi 20 kosmik peyk kifayətdir.
  • Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot (bitki və heyvan növləri) məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ biot məhv olur.
  • Gürcüstanın çirkab suları ilə Kür çayı hövzəsinə 500 – 700 min ton üzvü maddə, 28 – 30 min ton azot – fosfor duzları , 3000 min ton bərk çöküntülər , 16 min ton süni səthi aktiv maddələr və s. axıdılır.
  • XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63% -i dağılıb, meşələrin 3/2 hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi kənd təsərrüfatı üçün tamamilə yararsız hala düşüb.
  • Əvvəllər hər 100 ildə əhalinin sayı 1 milyard artdığı halda, hazırda hər 15 ildən bir bu artım 1 milyard nəfər olur.
  • Dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 44 0000 ha torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir.
  • BMT-nin məlumatlarına görə hər il dünya meşələrinin 25 milyon hektar (Fransanın ərazisinin yarısı qədər) sahəsi qırılıb məhv edilir.

tarix : 12.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.