ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Azərbaycan Neft Emalı Sənayesinin korifeylərindən sayılan Kamil Akimovun anadan olmasının 90 illiyi və əmək fəaliyyətinin 70 illiyi münasibətilə geniş tədbir keçirilmişdir.

      İyul ayının 11-də H.Əliyev adına NEZ-nun iclas zalında Azərbaycan Neft Emalı Sənayesinin korifeylərindən sayılan, ömrünün 70 ilindən çoxunu bu sahəyə həsr etmiş Kamil Əlisoltan oğlu Akimovun anadan olmasının 90 illiyi münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbir iştirakçıları zavodun baş girişində Ümummilli lider H.Əliyevin büstü  önünə qızıl güllər qoymuş və xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra tədbir zavodun iclas zalında davam etdirilmişdir. Tədbirdə SOCAR rəhbərliyi, Kamil Akimovun həmkarları, tanınmış dövlət və elm xadimləri, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin, H.Əliyev adına NEZ-nun rəhbərliyin və kollektivin nümayəndələri, eləcə də ailə üzvləri iştirak etmişlər.

       Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Emal üzrə vitse-prezidenti David Məmmədov Kamil Akimovu yubileyi münasibətilə təbrik edərək qonaqları salamladı və tədbiri açıq elan etdi. Sonra Kamil Akimov haqqında video çarx nümayiş etdirildi.
      İlk olaraq söz Kamil müəllimin həyat və yaradıcılığı haqqında danışmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Proseslərin İnstitutunun direktoru akademik Vaqif Abbasova verildi. 
      Akademik Vaqif Abbasov çıxış edərək, fədakar insan, təcrübəli neft emalçısı, Respublikanın Əməkdar Mühəndisi yüksək təşkilatçılıq bacarığı, xeyirxahlığı, sadəliyi və ziyalılığı hər kəsə nümunə ola biləcək şərəfli bir ömür yaşamış Kamil Akimovun həyat və fəaliyyətindən fəxrlə geniş məlumat vermişdir. Onun Neft Emalı Sənayesi Naziri işlədiyi illərdə bu sahəyə verdiyi tövhələr, xüsusilə 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin müdrik və məqsədyönlü siyasəti nəticəsində Neft Emalı Zavodlarında yenidənqurma işləri başlanmışdır. Yeni texnologiyaların tətbiqi nəticəsində istehsal gücü 6 mln. m3 olan 2 ədəd ELOU-AVT-6 qurğuları, katalitik riforminq, krekinq qurğuları, tədrici kokslaşma qurğusu, deasfaltizasiya, deparafinizasiya qurğuları tikilib istifadəyə verilmişdir. Qeyd olunmuşdur ki, təcrübəli mütəxəssis, neft emalçısı, Kamil Akimov ayrı-ayrı illərdə neft-kimya sənayesinin hazırkı vəziyyəti və gələcək perspektivləri ilə əlaqədar bir çox xarici ölkələrdə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Belçika, Bolqarıstan, Polşa, Macarıstan, Türkiyədə ezamiyyətdə olmuş, Kuba və İraqda uzun müddət işləyib yaşamış  və Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir.
      Həmin illərdə Kamil Akimovun əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Oktyabr İnqilabı”, “Qırmızı əmək bayrağı”, “Şərəf Nişanı” ordenləri ilə və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, 2 çağırış Ali Sovetinin deputatı seçilmişdir.
      Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə SOCAR prezidenti Rövnəq Abdullayevin təbrikini çatdıraraq onun imzaladığı “Fəxri Fərmanı” yubilyara təqdim etdi.
       Sonra Respublika Veteranlar Şurasının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov Müharibə Veteranları Şurasının təsis etdiyi medalı Kamil müəllimə təqdim etdi.
      Tədbirin davamı olaraq çıxış edənlərdən Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti, Akademik Akif Əlizadə elmlə-istehsalatın vəhdətində Kamil Akimovun təşkilatçılıq və əvəzolunmaz korifeylərdən olduğu haqqında danışdı.
      Daha sonra “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev Kamil müəllimi əmək fəaliyyətinin 70 və anadan olmasının 90 illik yubileyi münasibəti ilə təbrik etdi. Onun istehsalatda gənclərlə bağlı seminarların təşkil etdiyi, onlara öz bilik və təcrübəsini öyrətdiyi, yeni texnologiyaların tətbiqinə dair verdiyi təklif və iş təcrübəsi haqqında danışdı. Çıxışının sonunda Ramil Əliyev  kollektiv adından təşkil edilmiş hədiyyə və gül buketini yubilyara təqdim etdi.
       Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-də Baş direktorun məsləhətçisi kimi məsul bir vəzifədə çalışan təcrübəli, müdrik insanın arzu və istəyinin əsasını vətənə layiqli xidmət etmək amalı təşkil edir. O, bu gündə ən çətin məsələnin həllində, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində öz bilik və təcrübəsini gənc nəslə həvəslə öyrədir.
       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi adından Kamil müəllimə can sağlığı, uzun ömür və anadan olmasının 90 illiyi, əmək fəaliyyətinin 70 illiyi münasibəti ilə ürəkdən təbrik edirik. Yolunuz açıq, həyat sarayınızın 91-ci ilinə basdığınız qədəmləriniz uğurlu olsun.
  
 
 
 

 

 
 
 
 
 

 

 

 
 

tarix : 12.07.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.