ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrindəki çökdürücü göllərin təmizlənməsi prosesi davam etdirilir

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas istiqamətlərindən biri də (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) çökdürücü göllərə yığılmış neftşlamın və sənaye-çirkab sularının mexaniki təmizləyici qurğular vasitəsi ilə təmizləməkdən ibarətdir.

     QSC-nin bu fəaliyyətini TED-nin işçiləri həyata keçirir. Sənaye-çirkab sularının yüksək keyfiyyətlə təmizlənməsi üçün daim məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında yeni texnologiyaların və qurğuların tətbiqi, mexaniki təmizləyici qurğuların neftşlamdan və mexaniki çöküntülərdən təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir.
      Bununla əlaqədar olaraq, çökdürücü göllərdə mütəmadi olaraq təmizləmə işləri yüksək səviyyədə vaxtlı-vaxtında yerinə yetirilir.
      Belə ki, hazırda TED-nin 6-cı sahəsində fəaliyyət göstərən 5 saylı çökdürücü göldən 525m3-ə qədər neftşlam və mexaniki qarışıq təmizlənərək, emal üçün “Alfa Laval” şirkətinin dekanter  qurğusunun qəbul hovuzuna ötürülür və emal edilir. Bu da öz növbəsində H.Əliyev adına NEZ-dan daxil olan sənaye-çirkab sularının təmizlənməsinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır.
       Bütün bunlarla yanaşı “Ekol Mühəndislik Xidmətləri” QSC-nin göstərdiyi xidmətlər sırasında ərsin parafinin mexaniki qarışıqlardan ayrılaraq təmizlənməsidir.
      TED-nin 3-cü sahəsində fəaliyyət göstərən Parafin sexi “AAS - EKOl” MMC-dən qəbul edilmiş ərsin parafinini reqlamentə uyğun olaraq, təmizləyərək təyinatı üzrə təhvil vermişdir. 
     Parafin sexində də texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və işlərin İSO standartlarının tələbləri səviyyəsində qurulması məqsədi ilə, mütəmadi olaraq profilaktiki təmizlik işləri həyata keçirilir.
      Hazırda TED-nin 6-cı sahəsindəki çökdürücü gölün mexaniki qarışıqlardan və neftşlamdan təmizlənməsi istiqamətində işlər davam etdirilir.
 
 
 
 
 
 
  
 

                                                

tarix : 04.08.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.