Xidmətlərimiz
|
|
|
|
“Ekol” MFK Oğuz rayonunda təlim-məşqdə
|
28.08.2017-ci il tarixdən 04.09.2017-ci il tarixinədək “Ekol” MFK Oğuz rayonunda təlim-məşq toplantısında olmuşdur. Oğuz rayon olimpiya idman kompleksində təlim-məşq öncəsi baş məşqçi Radik Əhmədov futzalçıların önündə qısaca olaraq komandanın taktiki, texniki və fiziki hazırlıqları haqqında söhbət etmişdir. Bu təlim-məşq toplantısı komandanın 2017-18-ci illər futzal üzrə keçiriləcək Azərbaycan Çempionatına hazırlıq məqsədi daşıyır. Ümumilikdə komandanın fiziki hazırlıq səviyyəsini müəyyənləşdirəcək təlim-məşq toplantısı uğurla başa çatmışdır.
tarix : 05.09.2017
|
|
|
|
|
|
|