ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları “Neftçilər günü” peşə bayramı münasibəti ilə “Fəxri Fərmana” layiq görülmüşlər.

      Oktyabrın 19-da “Neftçilər günü” peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı ilə təltif olunmuş bir qrup əməkdaşa Fəxri Fərmanların təqdim edilməsi mərasimi keçirilmişdir.

      Təqdim olunanlar arasında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin iki əməkdaşı Baş direktorun İstehsalat üzrə müavini - Texniki direktor Məzahir Hüseynov və Tullantı Mərkəzinin rəis müavini Rəşad Rəcəbov da bu fəxri ada layiq görülmüşlər.
      Tədbiri giriş sözü ilə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə açaraq, əsası xalqımızın ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışmış, qazanılmış nailiyyətlərdə fədakar əməyi yüksək qiymətləndirmiş, təltif olunanları təbrik etmişdir.
      Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov şirkətin hazırda ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən danışaraq, bu layihələrin icra olunmasında Azərbaycan neftçilərinin daha böyük uğurlara imza atacağını vurğulayaraq təltif olunanları təbrik etmiş, onlara yeni-yeni əmək nailiyyətləri arzulamışdır.
      Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev iştirak etmişdir.   
      Fəxri Fərmanla təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
 

 
 
 

tarix : 23.10.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.