ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Elektromexanika sexinin kollektivi 2017-ci ilin III rübünü uğurla başa vurmuşlar.

     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyin təmin olunması, qurğu və avadanlıqların daimi saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi, nailiyyətlərin əldə olunması üçün əsas amillərdəndir. Bunu nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki rüblərdə olduğu kimi 2017-ci ilin  III rübündə də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.

     2017-ci ilin III rübündə Elektromexanika sexinin kollektivi tərəfindən Tullantıların Emalı Departamentinin (TED) 3-cü, 5-ci, 6-cı sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) yüksək səviyyədə təmir, bərpa işləri yerinə yetirilmişdir.
      Belə ki, TED-nin 5-ci sahəsində, “Alfa-Laval” şirkətinin dekanter qurğusunda olan P-0, P-1, P-2 nasosları əsaslı təmir olunaraq istismara buraxılmış, 6-cı sahədə yerləşən 20 saylı nasosun yararsız hissələri sökülərək yeniləri ilə əvəz edilmişdir.
     Çənlər parkında və neftşlam xətlərində olan siyirtmələr təftiş olunaraq kipkəcləri dəyişdirilmiş və sahəyə yeni buxar xətləri çəkilmişdir.
     A-2 qəza anbarının yuyulması üçün yüksək təzyiqə davamlı xətlər çəkilmiş, ərazidə olan bütün elektrik mühərriklərinin bornoları qışa hazırlıqla əlaqədar su keçirməməsi üçün izolyasiya olunmuşdur.
     Rüb ərzində Nəqliyyat sexində olan maşın mexanizmlərin qaynağa ehtiyacı olan hissələri metal lövhə ilə örtülərək qaynaq edilmiş və istismara buraxılmışdır.
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, “Abşeronneft” NQÇİ, Neft Kəmərləri İdarəsinin “Dübəndi Aşırma Sahəsi” və Ekologiya İdarəsinin Tullantı Mərkəzi istehsalat sahələrində olan avadanlıqlar Elektromexanika sexinin işçiləri tərəfindən mütəmadi olaraq təftiş olunur və ehtiyac olarsa təmir olunaraq istifadəyə verilir.
     Qazanxanada isti su çənləri təmir olunmuş, suqızdırıcıları yenisi ilə əvəzlənmiş və korroziyaya uğramış xətləri sökülərək yeni plastmas xətlərlə əvəz olunmuşdur.
     Elektromexanika sexinin peşəkar mütəxəssislərdən ibarət kollektivi, QSC-nin istehsalat sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyət göstəricilərinin artırılması istiqamətində fəaliyyətlərini əzmlə davam etdirir.

 

 
 
 

tarix : 27.10.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.