ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2017-ci ilin III rübünü uğurla başa vurmuşdur.

     “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2017-ci ilin III rübündə öz işini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş və “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirilmişdir.

     III rübdə Heydər Əliyev adına NEZ-dan TED-nin 6-cı sahəsinin (NEZ-in  9-cu sahəsinin ərazisi) mexaniki təmizləyici qurğularına daxil olan 659 min 276  m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan  (iyul ayında  260 797  m3, avqust ayında 188 811  m3,  sentyabr ayında isə 209 668  m3 )  təmizlənmişdir.
     Rüb ərzində TED-nin 3-cü sahəsinə “AAS-EKOL” MMC-dən müqavilə əsasında daxil olan 21 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan təmizlənmişdir.
     Texnoloji proseslər nəticəsində TED-nin 4-cü və 6-cı sahəsində formalaşan  9 min 940 tona qədər neftşlam müasir texnologiyalarla emal edilərək zərəsizləşdirilmişdir. 
     Ötən üç ayda TED-nin 4-cü sahəsində də (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində sahədə 861 000  m3 -ə qədər sənaye çirkab suları (iyul ayında 267 000  m3, avqust ayında  297 000   m3, sentyabr ayında isə 297 000  m3) təmizlənmiş, 2623 ton  neftşlam emal edilərək zərərsizləşdirilmişdir. 
     2017-ci ilin III rübündə TED müqavilə əsasında SOCAR-ın Qaz Emalı Zavodu, Ekologiya İdarəsi,  “Azneft” İB, Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, “Surakhany Oil Operation Company S.A.”, “AA Services”, “AAS-ATE” MMC, “AAS-EKOL” MMC və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 180 ton neftşlam, 3 min 103  m3 yağlı su, 28,48 ton yağlı torpaq, 922  m3 döşəməaltı-lyal axıntı suları, 5 min 894  m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsulla emal olunaraq zərərsizləşdirilmişdir.
     III rüb ərzində Tullantıların Emalı Departamentinə “Komleks Qazma İşləri” trestinin mədən ərazilərindən müqavilə əsasında daxil olan 640  m3 çirkab suları, 222  m3 yağlı su neft tullantılarından təmizlənmiş və SOCAR-ın Ekologiya İdarəsinin xidmət göstərdiyimiz Tullantı Mərkəzinə 484 ton qazma şlamı daşınmışdır.      Bundan başqa xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən TED-ə daxil olan 260  m3 istehsalat çirkab suları mexaniki üsulla təmizlənmişdir.
     QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini texnoloji reqlamentə uyğun olaraq yüksək səviyyədə davam etdirir.

 
 
 
 

 

tarix : 30.10.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.