ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin Ekoloji Monitorinq Departamenti 2017-ci ilin III rübünü uğurla başa vurmuşdur.

          "Ekol Mühəndislik Xidmətləri QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2017-ci ilin III rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, müvafiq ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laborator  xidmətləri göstərmiş və İnteqrə Edilmiş Menecment Sistemlərinin tələblərinə uyğun fəaliyyət həyata keçirmişdir.

           III rübün müvafiq müqavilələrinə əsasən,  EMD  tərəfindən SOCAR-ın  "Kompleks Qazma İşləri" Trestinin  və  Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operating Company"LTD-nin Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində dövrü ekoloji monitorinq işləri aparılmışdır. Monitorinq əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Mövcud antropogen təsir mənbələri üzərində monitorinq müşahidələri aparılmış, ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müəssisələrə müvafiq təkliflər verilmişdir. Yerinə yetirilən ekoloji monitorinq zamanı müəssisələrdə formalaşan axıntı sularından 50 nümunə götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) təhlil olunmuşdur. Laborator təhlillərin  nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir. Ümumilikdə müşahidə məlumatları əsasında rüb ərzində 5 hesabat hazırlanaraq, yuxarıda adları çəkilən “Sifarişçi” təşkilatlara təqdim edilmişdir.
          2017-ci ilin III rübü ərzində “AzGerneft” MMC üçün Ekoloji pasport, Atmosferə Atıla Bilən Tullantı Həddi, Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı üçün Ekoloji pasport və Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üçün Atmosferə Atıla Bilən Tullantı Həddi və Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi ekoloji normativ-texniki sənədlərin hazırlanması işləri həyata keçirilmişdir.
          EMD-nin KTL mütəxəssisləri tərəfindən götürülmüş 239 nümunə üzərində 908 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır. 
          “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO 9001-2015 “Keyfiyyət İdarəetmə sistemi”nin yeni versiyasının tətbiqi məqsədilə materiallar araşdırılaraq toplanmış və keyfiyyət risk xəritəsinin hazırlanması istiqamətində işlər görülmüşdür.
İSO 9001-2015 “Keyfiyyət İdarəetmə sistemi”nin yeni versiyasının personal tərəfindən mənimsənilməsi məqsədilə maarifləndirmə aparılması üçün proqram və prezentasiya hazırlanmışdır.
          Rüb ərzində “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin ətraf mühitin mühafizəsi üzrə tədbirlər planının yerinə yetirilməsi haqqında aylıq məlumatlar tərtib edilmişdir.
          2017-ci ilin III rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində formalaşan tullantılar növlər üzrə çeşidlənərək xidmət göstərdiyimiz SOCAR-ın  Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”nə təhvil verilmişdir.
 

 
 
 

tarix : 01.11.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.