ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin fəaliyyəti III rübdə qənaətbəxş olmuşdur

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də neft sənayesi sahələrində neftlə  çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin  göstərilməsi və landşaftın bərpasından ibarət olmuşdur. Bu işlər əsasən Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  tərəfindən həyata keçirilir.

     SOCAR öz fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
Bu tədbirlər çərçivəsində 2017-ci ilin III rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiya   Departamenti (TRD) tərəfindən bir sıra layihələr həyata keçirilmişdir.
     Belə ki, SOCAR-ın "Azneft" İB-nin “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) avqust ayında 2900 müxtəlif növ ağac və bəzək kolları əkərək ümumi ağacların sayını 22 700 ədədə çatdırmışdır.
     Hazırda TRD SOCAR-ın   Qaz  Emalı  Zavodunun ərazisində 11 min 877 ədəd, "Azneft" İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 57 min 034 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) 22 min 700 ədəd, H.Z.Tağıyev adına  NQÇİ-nin mədən ərazisində (Qala) 4 min 420 ədəd, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd müxtəlif  növ ağac və bəzək kollarına  aqrotexniki xidmətlər göstərir.
     Beləliklə TRD-nin 1-ci və 2-ci sahələrində çalışan işçilər ümumilikdə 55,69 ha sahədə 96 031 ədəd müxtəlif növ bitkilərə  aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirirlər.
     Yaşıllıq sahələrindəki bitkilər lazım olan üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin olunmuş, budanmış, quruyan ağaclar yenisi ilə əvəz olunmuşdur.
     Yaşıllıq sahələrinin bərpası məqsədi ilə 2012-ci ildən QSC-nin “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində quraşdırılmış sahəsi 320 m2 olan istixanada 8 min ədədə yaxın müxtəlif növ ağac, tinglər və bəzək kollarının toxumlarına aqrotexniki xidmətlər göstərilmiş və gözlənilən nəticələr əldə olunmuşdur.

 
 
 
 
 
 

tarix : 03.11.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.