Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində çalışan mühəndis və işçi heyəti Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutuna növbəti təlimatlandırma kurs
|
06.11.2017-ci il tarixində istehsalat zərurəti ilə əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübələrinin yüksəldilməsi ilə bağlı Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə bağlanmış müqaviləyə əsasən institutun mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kurslarına göndərmişdir.
Təlimatlandırma kurslarında Tullantı Mərkəzində qazma şlamı emal edən Almaniyanın “Econ İndustries” şirkətinin istehsalı olan “Vacu Dry” (A) qurğusunun mühəndisləri və işçi heyəti iştirak edirlər. Bu məqsədlə mərkəzin işçilərinin kadr hazırlığı planına əlavə olaraq institutda “Texniki Təhlükəsizlik və əməyin mühafizəsi norma və qaydalarının öyrənilməsi” mövzusunda keçirilən təlimlərdə iş yerində təhlükəsizliyin təmin edilməsi və təlimatların keçirilməsi, işə qəbul olunan işçinin sağlamlığının qorunması, hüquq və sosial məsələlər haqqında nəzəri biliklər dinləyicilərə çatdırılır. Təlimlər 10.11.2017-ci il tarixədək davam edəcəkdir.
tarix : 07.11.2017
|
|
|
|
|
|
|