ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilmişdir.

     10.11.2017-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində YAP “Ekol” ərazi ilk partiya təşkilatı idarə heyəti və üzvlərinin, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət xanım Vəliyevanın, YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Ramin Vəlibəyovun iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş geniş tədbir keçirilmişdir.

      Tədbiri giriş sözü ilə açan YAP “Ekol” ərazi ilk partiya təşkilatının sədri Ramil Əliyev qonaqları və tədbir iştirakçılarını salamladı, Azərbaycan Respublikasının himni səsləndirildi və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Tədbirin davamı olaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixinə aid video rolikə baxıldı.
       Sonra söz YAP Nizami rayon təşkilatının sədri, millət vəkili hörmətli qonaq Sədaqət xanım Vəliyevaya verildi. O, Partiyanın 25 illiyi münasibətilə siyasi həmfikirlərinə səmimi arzularını bildirdi və ötən dövr ərzində YAP-nın fəaliyyəti barədə geniş məlumat verərək, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin, əbədiliyinin sarsılmazlığının daimi olacağını vurğuladı.
      Xanım Sədaqət Vəliyeva daha sonra YAP-nın ölkəmizin daxili və xarici siyasətində, iqtisadiyyatımızın dinamik inkişafında və bütövlükdə bütün sahələr üzrə əvəzsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, qeyd etdi ki, möhtərəm Prezidentimiz, YAP-nın sədri İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik Respublikamız surətlə inkişaf edir və partiyanın nüfuzu günü-gündən artmaqdadır. Məhz bunun nəticəsidir ki, bu gün YAP-nın sıralarında 800 mindən çox ziyalı və sağlam düşüncəli insanlar cəmləşmişdir.
       Daha sonra YAP “Ekol” ərazi ilk partiya təşkilatının sədri Ramil Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının zamanın tələblərindən irəli gəldiyini qeyd etdi və ölkəmizin əldə etdiyi uğurların məhz bu partiya və onun qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı olduğunu vurğuladı. YAP “Ekol” ərazi ilk partiya təşkilatının sədri daha sonra bildirdi ki, YAP-nın yaranmasından 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyi üçün yaranmış təhlükələrin çox qısa zamanda aradan qaldırılması kimi şərəfli bir tarixə malikdir.
       Sonra çıxış edən natiqlər Baş direktorun köməkçisi Kamil Akimov və İctimai Sosial şöbənin mühəndisi Edilman Məmmədov YAP-nın yaranmasının 25 illiyi münasibətilə öz siyasi həmfikirlərinə gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladılar və Heydər Əliyev ideyalarının əzmlə həyata keçirilməsi, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi yolunda Yeni Azərbaycan Partiyasının ətrafında daha da sıx birləşməyə çağırmışlar.  
    Sonda, “Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərdən 2 nəfərə YAP Nizami rayon təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin sertifikatı, 6 nəfər YAP fəallarına “Fəxri Fərmanlar” və 14 nəfər YAP-nın yeni üzvlərinə vəsiqələr təqdim olundu.
 

tarix : 10.11.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.