ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin TMdə çalışan mühəndis və işçi heyəti Az. Döv. Əməyin Mühafizəsi və TTET İnst.-da keçdikləri təlimatlandırma kurslarını uğurla başa vuraraq şəhadətnamələr almışlar.

      06.11.2017-ci il tarixində istehsalat zərurəti ilə əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübələrinin yüksəldilməsi ilə bağlı Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə bağlanmış müqaviləyə əsasən institutun mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kurslarına göndərmişdir.

       Təlimatlandırma kurslarında Tullantı Mərkəzində qazma şlamı emal edən Almaniyanın “Econ İndustries” şirkətinin istehsalı olan “Vacu Dry” (A) qurğusunun mühəndisləri və işçi heyəti iştirak etmişlər.
       Bu məqsədlə mərkəzin işçilərinin kadr hazırlığı planına əlavə olaraq institutda “Texniki Təhlükəsizlik və əməyin mühafizəsi norma və qaydalarının öyrənilməsi” mövzusunda keçirilən təlimlərdə iş yerində təhlükəsizliyin təmin edilməsi və təlimatların keçirilməsi, işə qəbul olunan işçinin sağlamlığının qorunması, hüquq və sosial məsələlər haqqında nəzəri biliklər dinləyicilərin nəzərinə çatdırılmışdır.
       Təlim kursunun sonunda təlimçilər tərəfindən test imtahanları təşkil edilmiş, təlimdə iştirak edən Tullantı Mərkəzinin mühəndisləri və işçi heyəti imtahanı uğurla vermişlər.
       Təlim proqramının yekunu olaraq yüksək nəticə əldə etmiş mühəndislər  və işçi heyəti şəhadətnamələrlə təltif olunmuşlar.
 
 
 
 

tarix : 21.11.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.