ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin Ekoloji Monitorinq Departamenti 2017-cı ilin IV rübünü uğurla başa vurmuşdur.
  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2017-cı ilin IV rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, “Sifarişçi” təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işləri aparmış, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir. 

IV rüb ərzində EMD müvafiq müqaviləyə əsasən SOCAR-ın “Kompleks Qazma İşləri” tresti və Qaz Emalı Zavodunun, “AzGerneft” MMC-nin, “Balakhanı Operating Company” LTD-nin Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat sahələrində ekoloji monitorinq işləri həyata keçirilmişdir. Monitorinq əsasən hasilat, qazma və emal prosesləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. İstehsal sahələrində formalaşan axıntı sularının ətraf mühitə təsiri, axarların formalaşma mənbələri hərtərəfli öyrənilmişdir. Müəssisələrin istehsal sahələrində formalaşan bərk tullantıların mütəşşəkil yığımı, konteynerləşdirilməsi, daşınması və onların idarə olunma mexanizminin monitorinqi həyata keçirilmişdir.
Yerinə yetirilən ekoloji monitorinq işləri zamanı müəssisələrdə formalaşan axıntı su nümunələri götürülmüş və EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir.
Rüb ərzində 266 axıntı su, neftlə çirklənmiş torpaq və neftşlam nümunələri üzərində 943 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmış, 5 hesabat hazırlanaraq “Sifarişçi” təşkilatlara təqdim edilmişdir. Bunlardan dördü  ekoloji monitorinq və biri isə laborator xidməti üzrə olmuşdur.
  2017-ci ilin IV rübü ərzində “AzGerneft” MMC üçün, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı üçün, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi üçün Atmosferə Atıla Bilən Tullantı Həddi, Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi və Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması normativ–texniki sənədlər işlənmiş və “Sifarişçi”yə təhvil verilmişdir.
 “BOS Shelf” MMC üçün Su Təsərrüfatı Pasportunun işlənib hazırlanması üzrə müqavilənin ilkin variantı tərtib edilmişdir.
 İSO 9001, İSO 14001 standartlarının yeni versiyalarının tətbiqi ilə əlaqədar sənədlər toplusu işlənib hazırlanmışdır.
 İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) tələblərinə əsasən sifarişçi məmnunluğu öyrənilmiş, resurslardan istifadənin statistik diaqramları tərtib edilmişdir. 
 2017-ci ilin IV rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan tullantılar növlər üzrə çeşidlənərək xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”nə təhvil verilmişdir.
Ekoloji Monitorinq Departamenti qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. 
  













tarix : 15.01.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.