ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2017-ci ilin IV rübünü uğurla başa vurmuşdur.
“Ekol Mühəndislik Xidmətləri”  QSC-nin Tullantıların Emalı Departamenti (TED)  2017-ci ilin IV rübündə öz işini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş və “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirilmişdir.

IV rübdə Heydər Əliyev adına NEZ-dan TED-nin 6-cı sahəsinin (NEZ-in  9-cu sahəsinin ərazisi) mexaniki təmizləyici qurğularına daxil olan 678 min 929  m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan  (oktyabr ayında  234 302  m3, noyabr ayında 212 081  m3,  dekabr ayında isə 232 546  m3)  təmizlənmişdir.
Texnoloji proseslər nəticəsində TED-nin 4-cü və 6-cı sahəsində formalaşan 6 min 935 tona qədər neftşlam müasir texnologiyalarla emal edilərək zərəsizləşdirilmişdir. 
Ötən üç ayda TED-nin 4-cü sahəsində (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində sahədə 888 000  m3-ə qədər sənaye çirkab suları (oktyabr ayında 315 000  m3, noyabr ayında  290 000 m3, dekabr ayında isə 283 000  m3) təmizlənmiş, 2529 ton  neftşlam emal edilərək zərərsizləşdirilmişdir. 
2017-ci ilin IV rübündə TED müqavilə əsasında SOCAR-ın Qaz Emalı Zavodu və Ekologiya İdarəsi,  “Azneft” İB, Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, “Surakhany Oil Operation Company S.A.”, “AA Services”, “AAS-ATE” MMC, “AAS-EKOL” MMC və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 607 ton neftşlam, 4 min 899 m3   yağlı su, 37,72 ton yağlı torpaq, 671  m3   döşəməaltı-lyal axıntı suları, 3 min 483  m3  mədən axıntı suları və digər tullantılar mexaniki üsulla təmizlənmişdir.
IV rüb ərzində Tullantıların Emalı Departamentinə “Kompleks Qazma İşləri” trestinin mədən ərazilərindən müqavilə əsasında daxil olan 790  m3   sənaye-çirkab və 243  m3   yağlı sular təmizləyici qurğularda təmizlənmişdir. 
Bundan başqa xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən TED-ə daxil olan 1212 mistehsalat çirkab suları mexaniki üsulla təmizlənmişdir.
QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini texnoloji reqlamentə uyğun olaraq yüksək səviyyədə davam etdirir.












tarix : 18.01.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.