ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi 2017-ci ilin IV rübünü uğurla başa vurmuşdur.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexi 2017-ci ilin IV rübündə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək 2017-ci ilin 12 ayını uğurla başa vurmuşdur. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək, üzərlərinə düşən tapşırıqları layiqincə yerinə yetirmişlər.

     2017-ci ilin IV rübü ərzində Nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat vasitələri və xüsusi təyinatlı texnikalar vasitəsilə xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsindən  1212 m3 və Ekologiya İdarəsinin laboratoriyasında formalaşan   7,5 m3 neftli-kimyəvi tərkibli suyun, “Suraxanı OYL Opereyşn” Kompani S.A şirkətinin mədən ərazilərindən 5181 m3, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma ərazisindən 503 m3, “BibiHeybətneft”  Gəmi  Təmiri  zavodundan 168 m3 axıntı çirkab sularının daşınması işləri həyata keçirilmişdir.
    Həmçinin  su daşıyan nəqliyyat vasitəsilə yaşıllıq sahələrinin suvarılması üçün   QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) 80 m3, TED-nin Dübəndi sahəsinə 20 m3, inzibati binanın ərazisindəki sahələrə   20 msu daşınmışdır.
   TRD-nin 1-ci sahəsinə 154 mpeyin daşınmış, sahədən 54 mdaş və tullantılar kənarlaşdırılmış, TRD-nin 2-ci sahəsi üzrə sahəyə nəqliyyat vasitələri ilə 730 mtorpaq,
4 mpeyin daşınmış, 154 metr kanal çəkilmiş, 240 ədəd ağac və ting yeri qazılmış, sahəyə 880 ədəd ağac daşınmış və 20 mdaş və tullantı sahədən çıxarılmışdır.
    Eləcə də, TRD-nin və TED-nin istehsalat sahələrinə, Tullantı Mərkəzinə davamlı mal-materiallar və istehsalat avadanlıqları daşınmışdır.
      Bundan başqa, TED-nin 4-cü, 5-ci və 6-cı (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) sahələrində “Alfa-Laval” şirkətinin dekanter qurğularının fəaliyyəti nəticəsində təmizlənmiş torpaqlar yükləyici  və  özüboşaldan  nəqliyyat və texnikaların köməyi ilə xüsusi ərazilərə daşınmışdır.
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat  və  xüsusi  texnikalar tələbata uyğun təmin edilmişdir.
    IV rüb ərzində nəqliyyat vasitələrinin mövsümü rejimdə işləmələri üçün lazımi ehtiyat hissələri və sürtgü materialları ilə təmin olunmuşdur. Bütün nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilmiş, qış rejimi və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə  qabaqlayıcı tədbirlər görülmüş, sürücülərə vaxtaşırı təlimlər keçirilmişdir.
       Nəqliyyat sexinin kollektivi 2018-ci ildə də QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin həyata keçirilməsi məqsədilə yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.






 

tarix : 06.02.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.