ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Elektromexanika sexi 2017-ci ilin IV rübünü uğurla başa vurmuşdur.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Elektromexanika sexi (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində, mütəmadi olaraq zəruri işlər görür.

2017-ci ilin IV rübündə Elektromexanika sexinin kollektivi tərəfindən Tullantıların Emalı Departamentinin (TED) 3-cü, 5-ci, 6-cı sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) yüksək səviyyədə təmir, bərpa işləri yerinə yetirilmişdir.
Belə ki, TED-nin 5-ci sahəsində fəaliyyətdə olan “Alfa-Laval” şirkətinin dekanter, “Pieralisi” şirkətinin trikanter və Fox-15 separator qurğularının fasiləsiz işləməsi üçün əsaslı təmir işləri aparılmışdır. 
IV rüb ərzində TED-nin 6-cı sahəsindəki nasoslar elektrik idarəetmə sistemləri yenisi ilə əvəz olunmuş, 11, 12, 13 saylı nasosların giriş və çıxış siyirtmələri təftiş olunmuş, hissələri yağlanmış, kipkəclər təzələnmiş və digər nasazlıqlar aradan qaldırılaraq istismara buraxılmışdır.
Havaların soyuması və qış mövsümü ilə əlaqədar olaraq Elektromexanika sexinin işçiləri tərəfindən, Çiller sistemi kimyəvi üsulla yuyulmuş və donmanın qarşısını almaq üçün izolyasiya olunmuş, inzibati binanın sahəsində olan işıqlanma sistemi yenilənmiş, TED-nin 6-cı sahəsində istehsalata yararsız olan 300 mm-lik  neftşlam nəql edən boru xətti yenilənərək istismara verilmişdir.
Elektromexanika sexinin peşəkar mütəxəssisləri QSC-nin bütün istehsalat sahələrində olan qurğuların, avadanlıqların fasiləsiz işləməsi üçün təmir, təftiş işlərini yerinə yetirir və keyfiyyət göstəricilərinin artırılması istiqamətində fəaliyyətlərinin əzmlə davam etdirirlər.






tarix : 09.02.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.