ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də işçi personalın və dövlət əmlakının yanğından mühafizəsinə xüsusi diqqət yetirilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçi personalın, eləcə də dövlət əmlakının yanğından mühafizəsinin təmin edilməsi və baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması məqsədilə Texniki Təhlükəsizlik şöbəsi tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir, işçilərin maarifləndirilməsi üçün vaxtaşırı treninqlər, praktiki məşğələlər və dərslər keçirilir.

Bu tədbirlər çərçivəsində, 13.02.2018-ci il tarixində Cəmiyyətin Baş ofisində işçilərə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin NM üzrə Yanğından Mühafizə Dəstəsinin Dövlət Əmlakının yanğından mühafizəsi haqqında təlim məşq qrafikinə uyğun olaraq “Yanğın zamanı davranış qaydaları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” mövzusunda növbəti nəzəri məşğələ keçirilmişdir.
Məşğələ zamanı Texniki Təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov tədbir iştirakçılarına yanğın zamanı görüləcək ilkin tədbirlər, həmçinin odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat vermişdir. Bununla yanaşı, yanğın zamanı yerinə yetiriləcək hərəkətlər iştirakçılara əyani şəkildə göstərilmişdir.
Texniki Təhlükəsizlik şöbəsi QSC-nin xidmət sahələrində yanğından mühafizə tədbirlərini davam etdirir.







tarix : 13.02.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.