ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin kollektivi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalı abidəsi”ni ziyarət etmişlər.
Ötən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yer üzündən silmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirmişlər. 1275 nəfərin əsr götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz iz buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayətin və qəddarlığın təcəssümü kimi qiymətləndirmişdir. 

        Bəşər tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 26 il ötməsinə baxmayaraq, bu faciənin ildönümü daha geniş miqyasda qeyd olunur və  qurbanlarının xatirəsi əziz tutulur. 
Hər il olduğu kimi, bu il də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə əlaqədar soyqırım qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı abidəsi”ni ziyarət etmiş, onların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edərək, abidənin önünə tər çiçəklər düzmüşlər. Anım günü ilə əlaqədar, QSC-nin Baş ofisində və istehsalat sahələrində soyqırımı əks etdirən stendlər təşkil edilmişdir.
Tarix sübut etdi ki, bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır.
Xocalı faciəsi xalqımızın böyük dərdi, kədəri, qəmi olmaqla yanaşı, qan yaddaşında öz milli azadlığı uğrunda keçdiyi şərəfli mübarizə yolu kimi qalacaqdır.  







tarix : 26.02.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.