ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri" QSC-də Bakı Dövlət Universitetinin, Azərbaycan Neft Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər.
Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq təcrübi biliklərinin artırılması, istehsalat vərdişlərinin aşılanması və onların bacarıqlı bir mütəxəssis kimi formalaşması məqsədi ilə  ənənəvi olaraq  hər il neft-qaz sənayesi müəssisələrində, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.

“Ekol Mühəndislik Xidmətləri” QSC əsas fəaliyyət sahələri ilə yanaşı, ekologiya və mühəndislik xidmətləri sahəsində gənc mütəxəssislərin hazırlanmasına, eləcə də əhalinin ekoloji maariflənməsinə də yaxından dəstək göstərir.
Bununla əlaqədar olaraq, BDU-nin Ekologiya  və Torpaqşünaslıq fakültəsinin, Azərbaycan Neft Sənaye Universitetinin Kimya Texnologiya fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin tələbələri 16.02.2018-ci il tarixdən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 3,5,6-cı sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahələrdə və Kompleks Tədqiqatlar Laboratoriyasında istehsalat təcrübəsi keçəcəklər.
Təcrübə müddətində tələbələrə sənaye axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, QSC-də ətraf mühitin mühafizəsi istiqamətində, eləcə də texnoloji qurğuların iş prinsipləri haqqında nəzəri biliklər tələbələrin nəzərinə çatdırılır.
İstehsalat təcrübəsi müddətində tələbələrlə işlərin aparılmasına rəhbərlik işinin həyata keçirilməsi Ekoloji Monitorinq Departamentinin rəisi təcrübəli mütəxəssis, ekoloq Şahabiddin Albuşova tapşırılmışdır.
Ali təhsil ocaqlarında  təhsil alan  tələbələrin  maarifləndirilməsi, onların elmi biliklərinin istehsalatla əlaqələndirilməsi və  gənc nəslin təcrübi biliklərinin artırılması “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyətinin  prioritet  istiqamətlərindən  biridir və bu istiqamətdə daimi  məqsədyönlü tədbirlər keçirilir.








tarix : 28.02.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.