ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də "Ümumdünya Mülki Müdafiə Günü" münasibətilə tədbir keçirilmişdir
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 100-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yayılması, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası da 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Hər il olduğu kimi 1 mart 2018-ci il "Ümumdünya Mülki Müdafiə Günü" “Ekol Mühəndislik Xidmətləri” QSC-də də qeyd olunmuş, bu əlamətdar gün münasibətilə kollektivin iştirakı ilə toplantı keçirilmişdir. Nizami və Xətai  rayon  Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin  təsdiq etdiyi tədbirlər planına  uyğun olaraq, QSC- nin bütün xidmət sahələrinə bu tədbir barədə  xəbərdarlıq rabitə vasitəsilə çatdırılmış, foto sərgilər təşkil olunmuş və MM  manqaları ilə birgə toplantılar keçirilmişdir.
Toplantıda Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, Baş direktorun Ümumi işlər üzrə müavini İsrafil Əliyev, Həmkarlar Komitəsinin sədri Əli Ələkbərov, Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov və Manqa komandirləri tədbirdə çıxış edərək,  Mülki  Müdafiənin insanların  həyatındakı  rolundan ətraflı danışmış  və  bu sahəyə cavabdeh  şəxslərin  daha da məsuliyyətli olmaları tövsiyə edilmişdir.
Mülki  Müdafiə  üzrə mühəndis Fuad İmanov QSC-də Mülki Müdafiə üzrə  görülən işlər və qarşıda duran vəzifələr  barədə tədbir iştirakçılarına  geniş məlumat vermişdir. Sonra MM sahəsinə aid sərbəst mövzularda geniş müzakirələr aparılmışdır.  









tarix : 02.03.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.