ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“31 Mart – Azərbaycanlıların soyqırımı günü” “Ekol Mühəndislik Xidmətləri” QSC-də qeyd olunmuşdur.
Martın 30-da QSC- də “31 Mart – Azərbaycanlıların soyqırımı günü” - nün  100 illiyinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, 1918 – ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri amansız soyqırım  və deportasiya siyasəti 1918-1920 – ci illərdə  xüsusən genişlənmiş və onların Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətləri üzə çıxmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında, Naxçıvanda və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ümumilli lider Heydər Əliyevin 26 mart 1998 - ci il  “31 mart Azərbaycanlıların  Soyqırımı haqqında” Fərmanına əsasən 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. 1998 - ci ildən bəri Respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü  kimi dövlət səviyyəsində qeyd edilir. Gələcəkdə bu kimi halların baş verməməsi üçün biz gənc nəsli vətənpərvərlik, mübarizlik ruhunda tərbiyə etməliyik. Anım tədbirində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində  erməni millətçilərinin bu soyqırım zamanı iç üzləri açılmış, onların siyasi riyakarlığı, əsrlərdən bəri həyata keçirdikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.
Tədbirdə çıxış edənlər, tədbir iştirakçıları bütövlükdə ermənilərin vandalizm və işğalçı siyasətinə sonsuz qəzəb hissi ilə öz etirazlarını bildirdilər və soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı QSC-nin baş ofisində və istehsalat sahələrində stendlər təşkil olunmuş, stendlərin önünə gül dəstələri düzülmüşdür.









tarix : 30.03.2018

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.