12.02.2018-ci il tarixindən 14.02.2018-ci il tarixi daxil olmaqla Tullantı Mərkəzinin mühəndisi (Texniki Təhlükəsizlik üzrə) “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim mərkəzində kursda iştirak etmişdir.
28.02.2018-ci il tarixindən 19.03.2018-ci il tarixədək SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində mütəxəssislər tərəfindən mühəndis-texniki işçi heyətinə maarifləndirmə kursu keçmişlər. SOCAR Ekologiya İdarəsinin Tullantı Mərkəzinin “Vacu Dry” qurğularının istismar edilməsi üzrə maarifləndirmə kursu keçən Tullantı Mərkəzinin mühəndisləri, Keyfiyyətin idarəedilməsi sistemi üzrə Ekoloji Monitorinq Departamentinin ekoloqu və Arxiv işinin təşkili üzrə arxivçisi kursu müvəffəqiyyətlə başa vurmuşlar. Kursun sonunda maarifləndirmə kursunu bitirənlərə sertifikatlar təqdim olunmuşdur.
tarix : 18.04.2018
|