ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

09.04.2024
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, Ramazan bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.
06.04.2024
06 aprel 2024-cü il Elm və Təhsil nazirliyinin Xətai rayon 191 nömrəli tam orta məktəbinin 3-cü sinif şagird və müəllim heyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaşıllığın əhəmiyyəti, təbiətin qorunması və ekoloji təbliğat məqsədi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Eko - Park İnnovasiya Mərkəzinin ərazisində ekskursiya və maarifləndirici proqram təşkil edilmişdir. Proqramda əsas məqsəd SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə” dair Tədbirlər Planına uyğun ölkəmizin gənc nəslin nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpasına, ekoloji biliklərin artırılmasına eyni zamanda bu sahədə bacarıqlarının formalaşmasına yönəltməkdən ibarət olmuşdur. Proqramın açılışı zamanı Eko - Park İnnovasiya Mərkəzinin rəisi Tahir Şıxəliyev iştirakçıları salamlayaraq Mərkəz haqqında geniş məlumatı verdi. 
29.03.2024
Tarix sübut edir ki, ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, xalqımıza qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişdir.
19.03.2024
Öz gəlişi ilə yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramı respublikamızın hər yerində xalqımız tərəfindən böyük təntənə ilə qarşılanır.
18.03.2024
15 mart 2024-cü il tarixində QSC-nin baş ofisində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) VIII hesabat seçki konfransı keçirilmişdir. Konfransda QSC-nin rəhbərliyi, AzN və QSİHİRK-nin təşkilat şöbəsinin rəisi Heydər Əsgərov, və mütəxəssis Eldar Nəsibov, departament, şöbə rəisləri və kollektivin nümayəndələri iştirak etmişlər. Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.
07.03.2024
8 Mart - Beynəlxalq Qadınlar Gününün bayram edilməsi 1910-cu ildə, Kopenhagendə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. Artıq  bir əsrdən artıqdır ki, bütün  dünya ölkələri 8 Mart Beynəlxalq Qadınlar Gününü sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər.
01.03.2024
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə  1972-ci  ildən etibarən,  hər il 1 mart bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 100-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yayılması, mülki müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.  
26.02.2024
Ötən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yer üzündən silmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirmişlər. 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz iz buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayətin və qəddarlığın təcəssümü kimi qiymətləndirilmişdir.
21.02.2024
QSC-də İSO 9001 “Keyfiyyətin idarəedilməsi”, İSO 14001 “Ətraf mühitin idarəedilməsi” və İSO 45001 “Əməyin Sağlamlığı və Təhlükəsizliyin idarəedilməsi” sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin Baş direktorunun təsdiq etdiyi qrafikə əsasən 15.02.2024-cü il tarixindən  daxili auditin keçirilməsinə başlanılmışdır. Daxili audit 03 saylı İdarəetmənin Mövcud Prosedurları “Audit proseduru”nun tələblərinə uyğun keçirilir. 
16.02.2024
15.02.2024-cü il tarixində QSC-nin Eko Park İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin “5 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzi”nin şagird və müəllim heyəti üçün maarifləndirmə və  ekskursiya təşkil edilmişdir. 
20.01.2024
Bu gün 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 34-cü ildönümü xalqımız tərəfindən dərin hüznlə yad edilir. 1990-cı ilin yanvarın 20-də keçmiş sovet imperiyasının hərb texnikaları Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
30.12.2023
“Ekol Mühəndislik Xidmətləri” QSC olaraq bütün xalqımızı 31 Dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni il bayramı münasibətilə təbrik edir, yeni ildə soydaşlarımıza ruzi bərəkət, firavanlıq, əmin-amanlıq və Qələbələr arzulayır, qarşıdan gələn yeni ilin Dünya Azərbaycanlılarının arzu və istəklərinin gerçəkləşdiyi bir il olmasını diləyirik. 
30.12.2023
2023-cü il dekabr ayının 29-da QSC-də rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il 2024 bayramı münasibətilə işçilər arasında nərd turniri keçirilmişdir. Turnirə QSC-nin ayrı-ayrı istehsalat sahələrindən 16 nəfərdən çox nərd həvəskarı qatılmışlar.
27.12.2023
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanılan  “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilməyə başlanmışdır.
25.12.2023
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
12.12.2023
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi SOCAR-ın rəhbər heyəti ilə birlikdə anım mərasimində iştirak edərək Ümummilli Lider Heydər Əliyevin  Fəxri Xiyabandakı abidəsi önünə tər çiçəklər düzmüş və onun əziz xatirəsini yad etmişlər.
17.11.2023
17 noyabr 2023-cü il Azərbaycan Respublikasının Milli Dirçəlişinin bərpasının 31-ci ildönümüdür. Bu tarixi hadisə münasibəti ilə QSC-nin kollektivi Azərbaycan xalqını təbrik edir, onlara can sağlığı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və əbədi yaşaması naminə uğurlar arzulayır.
07.11.2023
07 Noyabr 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-də 8 Noyabr – “Zəfər Günü” münasibəti ilə 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirilmişdir.
18.10.2023
11.10.2021-ci il tarixində Milli Məclisin keçirilən iclasında “Müstəqillik Günü” haqqında qanun layihəsi birinci oxunuşda müzakirə olunmuş və 12.10.2021-ci il tarixində ikinci oxunuşda 28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 oktyabr Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmiş hər il bayram günü kimi qeyd edilməsi bildirilmişdir. Üçüncü oxunuşda 15.10.2021-ci il tarixində 28 May - Müstəqillik Günü qeyri-iş günü, 18 oktyabr - Müstəqilliyin Bərpası Günü isə iş günü olaraq bayram günü sayılacaq.
13.10.2023
2 oktyabr -11 oktyabr 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları Sanitariya-Epidemioloji Salamatlıq haqqında Azərbaycan Respublikasının 10.11.1992-ci il tarixli 371 saylı Qanunun yoluxucu, parazitar və peşə xəstəliklərinin əmələ gəlməsi və yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən deratizasiya, dezinseksiya və dezinfeksiya (Profilaktik dezinfeksiya tədbirlərini), habelə işçi personalın sürünənlərdən mühafizəsi tədbirlərinin aparılmasını və idarə, müəssisələrdə olan ehtiyat içməli su çənləri müəssisələr tərəfindən mexaniki çöküntülərdən təmizlənir, yuyulur və dezinfeksiya işləri aparılır. SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə müntəzəm olaraq bu tipli işlər davam etdirirlər.

| [1] | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.