ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

10.07.2013
 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin icra etdiyi ekoloji layihələr çərçivəsində fəaliyyət dairəsinin gün-gündən genişlənməsi, xidmət sahələrinin maddi-texniki bazanın gücləndirilməsi üçün zəruri tələbat yaradır. Bununla əlaqədar QSC xidmət sahələrinin texniki təchizatının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirir, vaxtaşırı olaraq yeni qurğu və avadanlıqlar, eləcə də xüsusi texnika və nəqliyyat vasitələri alınaraq istismara verilir.
09.07.2013
QSC-nin Tullantıların Emalı Departamenti (TED) ötən illərdə olduğu kimi 2013-cü ilin I-ci yarısında da "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişdr. I-ci yarımillikdə TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan 4 milyon 656 min m3-ə qədər sənaye çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər nəticəsində formalaşan 15 min 956 ton qədər neftşlam müasir texniki vasitələrlə emal edilərək zərərsizləşdirilmişdir. Müvafiq dövrdə TED-nin 7-ci sahəsində isə (“Azərneftyağ” NEZ-nun 8-ci sexinin ərazisi) 5 milyon 883 min m3-dən çox sənaye çirkab suları təmizlənmiş, 5 min 600 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. İl ərzində TED-nin 8-ci sahəsində "AAS-EKOL" MMC-dən daxil olan 86 tona qədər ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.
08.07.2013
2013-cü il üçün Nizami Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin QSC-nin Mülki Müdafiə üzrə təsdiq etdiyi illik iş planına və baş direktorun müvafiq əmrinə əsasən, iyulun 5-də QSC-də “Mülki Müdafiə qüvvələrinin mövcudluğu, təchizatının və hazırlığının yoxlanılması” məşqi keçirilmişdir. Məşqə QSC-nin xidmət sahələrinin rəhbər heyəti, Fövqəladə hallar komissiyası, Mülki Müdafiə Qərargahı və Mülki Müdafiə Qüvvələrinin komandir-rəis heyəti cəlb edilmiş, iştirakçılarla toplantı keçirilərək onların funksional vəzifələri izah olunmuş və müvafiq tapşırıqlar verilmişdir.
05.07.2013
Qeyd edildiyi kimi, ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planına uyğun olaraq, Heydər Əliyev adına BNEZ istehsalat sahələrində də davamlı və məqsədyönlü tədbirlər həyata keçirilir. BNEZ-nun prioritet ekoloji layihələrinin əsas icraçısı isə "Ekol Mühəndislik Xidmətləri" QSC-dir. Hazırkı tədbirlər çərçivəsində QSC digər layihələrlə yanaşı, BNEZ-nun 1 saylı sexinin ərazisindən (Sabunçu rayonu, Böyük-Şor sahəsi) neftlə çirklənmiş torpaqların daşınması layihəsini də uğurla icra edir.
02.07.2013
Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq ARDNŞ öz fəaliyyət sahələrində kompleks tədbirlər həyata keçirməkdə davam edir. Bu tədbirlər çərçivəsində neft emalı zavodlarında tullantıların idarə olunması və ətraf mühitə atılan zərərli maddələrin miqdarının azaldılması istiqamətində görülən işlər də xüsusi önəm daşıyır.
28.06.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş və reabilitasiya olunmuş torpaqların landşaftının bərpası və həmin ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində xidmətlərini davam etdirir. Bu əsas xidmət sahələrindən biri də yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsidir.
25.06.2013
Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi nizami ordu quruculuğunun sürətlə inkişafı və təkmilləşdirilməsi, müdafiə qüdrətimizin daha da artırılması istiqamətində də məqsədli tədbirlər həyata keçirilməyə başlandı. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. 1998-ci il may ayının 22-də isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, 26 iyun - “ Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü” elan olundu. Hər il bu şanlı tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
20.06.2013
“Ekol Mühəndislik Xidmətləri” QSC "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələrini uğurla həyata keçirir. QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) tərəfindən cari ilin iyun ayında da layihənin "Yaşıl ada" rayonu ərazisinin ayrı-ayrı sahələrindən neft məhsulları ilə çirklənmiş torpaqların daşınması işlərini yüksək templə davam etdirmişdir.
18.06.2013
Yay mövsümündə QSC-də çalışan işçilərin istirahətlərinin respublikamızın gözəl guşələrində səmərəli təşkili olunması artıq ənənəvi hal almışdır. Kollektiv əmək müqaviləsinin şərtlərinə uyğun olaraq, QSC-nin rəhbərliyi Həmkarlar İttifaqı Komitəsi ilə birgə hər yay mövsümü bu istiqamətdə zəruri tədbirlər həyata keçirir.
18.06.2013
  ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planına uyğun olaraq, NEZ-nın istehsalat sahələrində də ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə yerinə yetirilən ekoloji layihələrin icraçısı isə əsasən "Ekol Mühəndislik Xidmətləri" QSC-dir.
14.06.2013
İyunun 14-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində rəhbərliyin və kollektivin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə QSC-nin baş direktoru Ramil Əliyev tariximizin şanlı səhifələrindən olan Milli Qurtuluş gününün tarixi əhəmiyyəti və bu tarixi yaradan ümummilli liderimiz Heydər Əliyevin xidmətləri haqqında geniş məruzə ilə çıxış etmişdir.
12.06.2013
Tullantıların emalı və zərərsizləşdirilməsi sahəsində nanotexnologiyaların tətbiq edilməsi və texnoloji proseslərin ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi daimi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin diqqət mərkəzindədir. Bu məqsədlə dünyanın tanınmış şirkətlərinin istehsalı olan müasir qurğuların əldə olunması və istehsalata tətbiqi uğurla davam etdirilir.
11.06.2013
QSC-də çalışan işçilərin İSO-18001 (OHSAS) standartının tələblərinə uyğun texniki təhlükəsizlik qaydaları üzrə bilik səviyyələrinin artırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə vaxtaşırı treninq və seminarlar keçirilir və dövrü olaraq təlimatlara uyğun işçilərin bilik səviyyələri yoxlanılır. Zəruri hallarda əlavə təlimatlandırma və maarifləndirmə tədbirləri görülür.
05.06.2013
 5 iyun -"Ümumdünya Ətraf Mühit Günü" -nün qeyd olunmasına, 11may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2 200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə BMT-nin Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin, bu sessiyada BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı ( UNEP) yaradılmışdır. Hər il bu təşkilat tərəfindən 5 iyun -"Ümumdünya Ətraf Mühit Günü" keçirilir. Ölkəmizdə də hər il 5 iyun tarixdə əlaqədar təşkilatlar tərəfindən -"Ümumdünya Ətraf Mühit Günü" qeyd olunur və əhalinin diqqəti bir daha ekoloji problemlərə cəlb edilir.
04.06.2013
İyunun 4-də “Bakı Ekspo” Mərkəzində Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan “Caspian Oil and Gas” 20-ci yubiley Beynəlxalq Xəzər neft-qaz, neft emalı və neft kimyası sərgi və konfransı öz işinə başlamışdır. Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət rəsmləri və şirkət rəhbərləri iştirak etmişlər. Açılış mərasimində Prezident İlham Əliyev geniş məruzə ilə çıxış etmişdir.
30.05.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Nəqliyyat Sexi hər il olduğu kimi 2013-cü ilin müvafiq dövründə (yanvar-aprel) də QSC-nin fəaliyyət sahələrinin xüsusi texnika və avtonəqliyyat vasitələri ilə təmin edilməsində operativlik göstərmiş və qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olmuşdur.
27.05.2013
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Müstəqilliyimiz bərpa edildikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
23.05.2013
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əlaqədar olaraq Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, köhnəlmiş sənaye obyektlərinin şəhər hüdudlarından kənara çıxarılması və çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. Bu tarixi Sərəncamla əlaqədar olaraq Xətai rayonu “Qara Şəhər” ərazisində də ekoloji yönümlü layihənin icrası geniş vüsət almışdır. Bu ərazidə yeni müasir mərkəzin yaradılması və bundan sonra "Bakı Ağ Şəhər" adlandırılması nəzərdə tutulmuşdur.
21.05.2013
         Respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması missiyasının həyata keçirilməsi sahəsində  öz layiqli tövhələrini verən "Ekol Mühəndislik Xidmətləri" QSC xarici əlaqələrinin genişləndirilməsinə, ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin   yaranmasına da böyük önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. QSC-nin 2009-cu ildən üzvü olduğu və sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Amerika Ticarət Palatasıdır (AMCHAM).
17.05.2013
Qeyd olunduğu kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrinin genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə, 2009-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hovsan yolu ünvanda yerləşən, ümumi sahəsi 414.3 m2 təşkil edən və ARDNŞ-nin balansında olmuş qeyri-yaşayış sahəsi xidməti məqsədlər üçün QSC-nin istifadəsinə verilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | [51] | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.