ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

05.04.2013
      Fəaliyyətini beynəlxalq standartlar səviyyəsində quran "Ekol Mühəndislik Xidmətləri" QSC, öz istehsalat sahələrində İSO standartlarının tələblərinə əməl olunması və baş vermiş uyğunsuzluqların vaxtında aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
03.04.2013
İstehsalat sahələrinin abadlaşdırılması, işçilərin iş şəraitinin yaxşılaşdırılması və yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə, istehsalat sahələrindəki inzibati, məişət və yardımçı binalarda mütəmadi olaraq təmir işləri aparılır, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.
29.03.2013
      Martın 29-da “31mart-Azərbaycanlıların  Soyqırım  Günü” ilə əlaqədar "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər erməni millətçilərinin şovinist siyasətini və xalqımıza qarşı törətdikləri vəhşilikləri hiddətlə pisləmişlər.
28.03.2013
Yazın gəlişi ilə əlaqədar olaraq, "Ekol Mühəndislik Xidmətləri QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) Neftqazçıxarma idarələrinin, o cümlədən "BibiHeybətneft" NQÇİ-nin mədən ərazilərində, aqrotexniki xidmət göstərdiyi yaşıllıq sahələrində mövsümi işlər geniş vüsət almışdır.
19.03.2013
Öz gəlişi ilə yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramı respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.
16.03.2013
Baharın gəlişi ilə əlaqədar respublikamızın hər yerində, müəssisə və təşkilatlarda, o cümlədən ARDNŞ-nin fəaliyyət sahələrində abadlıq və yaşıllaşdırma işlərinə başlanmışdır.
13.03.2013
ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi prioritet layihələrdən biri də, “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllaşdırılması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
11.03.2013
Sovetlər dövründən miras qalan və Abşeron yarımadasının, eləcə də Bakının ən başlıca problemlərindən biri, torpaqların neftlə çirklənməsi, zavod və fabriklərin şəhərin mərkəzinə yaxın yerləşməsi idi ki, bu da paytaxtın ekoloji vəziyyətinin acınacaqlı hala düşməsinə səbəb olmuşdu. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması və çirklənmiş torpaqların təmizlənməsi işləri geniş vüsət almışdır. Bu tarixi sənədlə əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə, “Qara şəhər”in bərpa olunması və "Ağ Şəhər" layihəsinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir.
07.03.2013
1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən 2-ci Beynəlxalq konfransında qəbul edilmiş qərarla 8-Mart iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü kimi təsbit edilmişdir. Artıq bir əsrdən artıqdır ki, dünyanın hər yerində qadınlar 8 Mart gününü sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü olmaqla, hər il respublikamızda böyük təntənə ilə qeyd olunur.
07.03.2013
ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi və neftşlamın emalı istiqamətində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında duran vəzifələrin həyata keçirilməsi məqsədilə nanotexniologiyalıarın axtarışı davam edir. Bununla əlaqədar vaxtaşırı olaraq QSC-də dünyanın qabaqcıl ölkələrində fəaliyyət göstərən analoji şirkətləri ilə görüşlər keçirilir və araşdırmalar aparılır.
06.03.2013
05 mart 2013-cü il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Türkiyənin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə "Azneft" İB-nin baş direktorunun ekologiya üzrə müavini Faiq Cəfərov, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri, Məzahir Hüseynov, Rəşad İsmayılov, ARDNŞ-nin Ekologiya İdarəsinin, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri, həmçinin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri Ayhan Doyuk, Filiz Nabiyeva, Fazil Eyubler və Mehmet Gungör iştirak etmişlər.
04.03.2013
Ətraf mühitin mühafizəsinin və tullantıların idarə olunmasının beynəlxalq standartlar səviyyəsində qurulması “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bununla əlaqədar olaraq, ARDNŞ-nin fəaliyyət sahələrində önəmli ekoloji layihələr həyata keçirməklə yanaşı QSC öz istehsalat sahələrində formalaşan tullantıların idarə olunmasını da qəbul etdiyi beynəlxalq standartların tələblərinə uyğun yerinə yetirir.
04.03.2013
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübənin ümumiləşdirib yayılması, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası da 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
28.02.2013
Qeyd olunduğu kimi 2010-cu ildən başlayaraq, Bakı Ağ Şəhər layihəsində yaxından iştirak edən "Ekol Mühəndislik Xidmətləri" QSC layihə ərazisindəki köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın və neft məhsulları ilə çirklənmiş torpaqların çıxarılaraq şəhərin hüdudlarından kənara daşınması işlərini uğurla yerinə yetirir. Eyni zamanda adı çəkilən layihə ərazisindəki gölməçələrdə yığılmış sənaye çirkab sularının nəqli işləri də QSC-nə həvalə edilmişdir.
26.02.2013
XX əsr Azərbaycan tarixinin ən dəhşətli faciəsi, həm də dinc əhaliyə, bütün insanlığa qarşı törədilən, xarakterinə və miqyasına görə ən dəhşətli ümumbəşəri bir faciə olan Xocalı soyqırımından 21 il ötür. Bu münasibətlə respublikamızın hər yerində, eləcə də xarici diaspor təşkilatlarında geniş miqyaslı tədbirlər keçirilir.
22.02.2013
Fevralın 22-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Almaniyanın ELPRO şirkətlər qrupunun Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktorunun müavinləri Məzahir Hüseynov, Rəşad İsmayılov, eləcə də əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.
22.02.2013
 QSC-nin Tullantıların emalı Departamentinin (TED) əsas fəaliyyət sahələrindən biri də ərsin parafinin sudan və mexaniki qarışıqlardan təmizlənməsidir. Bu məqsədlə, 2007-ci ildən TED -nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) müasir standartlara cavab verən və istehsal gücü bir dövr (48 saat) üçün 17 ton olan Parafin təmizləmə sexi fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsasən bp Exploration (CASPİAN sea) LTD-dən qəbul etdiyi ərsin parafinin təmizlənməsini yüksək səviyyədə həyata keçirən TED-nin 8-ci sahəsi müştəri məmnunluğunun qazanılmasına nail olmuşdur.
19.02.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrinin, eləcə də işçi personalın texniki təhlükəsizliyinin və əməyin mühafizəsinin təmin edilməsi daimi diqqət mərkəzindədir. Bu məqsədlə QSC-nin Texniki təhlükəsizlik şöbəsi plana və dərs qrafikinə uyğun olaraq mütəmadi tədbirlər həyata keçirir.
18.02.2013
Ötən illərdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Azneft" İB ilə birgə icra etdiyi önəmli layihələrdən biri də H.Z. Tağıyev adına NQÇİ-nin (Qala sahəsi) mədən ərazisində 10 hektar sahənin neftlə çirklənmədən təmizlənməsi layihəsi olmuşdur. Qeyd edək ki, layihənin icrası ilə əlaqədar 4.5 hektar sahədən 37 min m3 neftşlam çıxarılaraq bioremediasiya edilmişdir. Həmin əraziyə 37 min m3 ştib və 25 min m3 torpaq daşınaraq hamarlama işləri aparılmış, 10 mindən çox müxtəlif növ ağac və bəzək kolları əkilmişdir.
15.02.2013
QSC-də TS EN İSO 9001 Keyfiyyəti idarəetmə sisteminin, TS EN İSO 14001 Ekologiya idarəetmə sisteminin və TS İSO 18001 OHSAS Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin baş direktorunun təsdiq etdiyi qrafikə əsasən fevralın 1-dən daxili auditin keçirilməsinə başlanılmışdır.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | [53] | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.