ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

19.10.2012
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin və qəzaların qarşısının alınması, eləcə də dövlət əmlakının  mühafizə olunması  daimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü  tədbirlər həyata keçirilir.
18.10.2012
     18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. Dövlət Müstəqilliyinin  21-ci ildönümü respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.  Bu münasibətlə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində də silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə QSC-nin rəhbərliyi və çoxsaylı kollektivinin nümayəndələri iştirak etmişlər.
17.10.2012
   Oktyabrın 16-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində İspaniyanın "EINAR s.a.  Tecnologiya  Del  Agua" şirkətinin  Beynəlxalq layihələr departamentinin layihə meneceri Alejandro Fernandez Jastro ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov qonağı salamlayaraq ona QSC-nin fəaliyyəti və texniki imkanları haqqında qısa məlumat verdi.
16.10.2012
     Ekoloji  yönümlü fəaliyyət sahələri ilə məşğul olan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin neft emalı zavodlarının istehsalat sahələrində sənaye-çirkab sularının təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, eləcə də  ətraf mühitin mühafizəsi  istiqamətində davamlı  tədbirlər həyata keçirilir.
16.10.2012
Futzal üzrə Azərbaycan Çempionatı gərgin mübarizə şəraitində davam edir. Bu gərgin mübarizəyə qoşulmuş "Ekol" MFK çempionatın ilk iki turunu qələbə ilə başa vurmuşdur. Yalnız III turda "Araz" komandasına məğlub olan  "Ekol" öz əzmliyini itirməyərək  mübarizəsini yüksək ruhda davam etdirir.
11.10.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-də texniki təhlükəsizliyin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində məqsədyönlü tədbirlər həyatra keçiririlir. İSO-18001 (OHSAS) sertifikatlını almış və fəaliyyətrini bu standartların tələbləri səviyyəsində quran QSC istehsalat sahələrində əməyin mühafizəsinə və texniki təhlükəsizliyin tələblərinə əməl olunmasına xüsusi diqqət yetirir. Bununla yanaşı, işçilərin sanitar-texniki normalara uyğun iş şəraiti, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunması da daimi diqqət mərkəzindədir.
10.10.2012
Əvvəlki illərdə olduğu kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC 2012-ci ildə də bir sıra prioritet ekoloji layihələr həyata keçirir. Hazırda may ayının əvvəlindən icrasına başlanmış “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” layihəsi üzrə işlər uğurla yerinə yetirilir. İcra müddətində ərazidən ümumilikdə 309 min m3-dən şox fekal suları kənarlaşdırılmışdır.
08.10.2012
OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi” beynəlxalq standartının tələblərinə uyğunluğu saxlamaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-də İMPr /003/ƏMT/05 “Təhlükəsiz iş üsullarının öyrədilməsi məqsədilə təlimatların keçirilməsi” prosedurunun və “Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nin tələbləri mövzusunda maarifləndirmə keçirilmişdir. Maarifləndirmədə QSC-nin istehsalat sahələrinin rəisləri və onların müavinləri iştirak etmişlər.
03.10.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsi və ağac tingləri ilə təmin edilməsi məqsədilə Torpaqların Rekultivasiyası Departamentinin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisindəki 3-cü sahəsində 316 m2 ölçüdə yeni şitilxananın tikintisi davam etdirilir. Tikinti-quraşdırma işlərinin qısa zamanda başa çatdırılması nəzərdə tutulmuşdur. Şitilxana istifadəyə verildikdən sonra QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində bu şitilxanada yetişdiriləcək müxtəlif növ ağac tinglərindən yetərincə istifadə edilməsi planlaşdırılmışdır.
02.10.2012
Sentyabrın 29-da futzal üzrə Azərbaycan Çempionatının II turunda "Ekol" MFK "Neftçi" komandası ilə qarşılaşmışdır. Gərgin mübarizə şəraitində keçən görüş 3:3 hesabı ilə başa çatmışdır.
24.09.2012
Sentyabrın 22-də 2012-2013-cü illər üçün futzal üzrə Azərbaycan Çempionatına start verilmişdir. "Ekol" MFK təlim-məşq toplantılarında bu çempionata ciddi hazırlaşmış və Çempionatın birincisi olmağı qarşısına məqsəd qoymuşdur. Çempionat ərəfəsində komandamız "Neftçi" komandası ilə yoldaşlıq görüşü keçirmiş və bu görüş "Ekol" komandasının qələbəsi ilə (6:0) başa çatmışdır.
20.09.2012
         1994-cü ilin sentyabr ayında imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Elə həmin ildən də Azərbaycan neftçiləri bu əlamətdar günü böyük təntənə ilə qeyd edirlər. 2012-ci ildə 12-ci dəfə qeyd olunan "Neftçilər Günü" həm də, ölkə iqtisadiyyatında müstəsna rolu olan ARDNŞ-nin 20 illik yubileyinə və "Əsrin Müqaviləsi"nin 18 illiyinə təsadüf etməsi ilə əlamətdardır. Bu məqsədlə də "Neftçilər Günü" respublikamızda daha geniş və daha böyük təntənə ilə qeyd olunur.
15.09.2012
Bu gün Dövlət Neft Şirkətinin təşəbbüsü ilə ARDNŞ-nin bütün fəaliyyət sahələrində 20 sentyabr "Neftçilər Günü" ilə əlaqədar geniş miqyaslı iməcilik keçirilmişdir. İməcilik zamanı ARDNŞ-nin tabeli təşkilatlarının istehsalat sahələrində xeyli təmizlik və abadlıq işləri yerinə yetirilmişdir.
14.09.2012
Sentyabrın 13-də QSC-nin baş ofisində İtaliyanın “Mambrini” şirkətinin nümayəndələri ilə rəhbərliyin görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi şirkətin fəaliyyəti və texniki imkanları barədə məlumat verdi. Sonra söz "Mambrini" costruzioni s.r.i. şirkətinin prezidenti Ciulio Mambriniyə təqdim olundu.
12.09.2012
         Sentyabrın 11-də  baş ofisində  QSC-nin rəhbərliyi ilə İspaniya səfirliyinin Ticarət Departamentinin nümayəndəsi Alvaro Ferreira Diazla görüş keçirilmişdir. Öncə  İspaiyalı qonaq səmimi qəbula görə QSC rəhbərliyinə öz təşəkkürünü bildirdi.  O qeyd etdi ki,  İspaniya dövləti ölksində fəaliyyət  göstərən şirkətlərin  dünya dövlətlərinə, o cümlədən Azərbaycan Respublikasına inteqrasiya etmələrində çox maraqlıdır.        
07.09.2012
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin O.Vəliyev 1 ünvanda yerləşən istehsalat sahələrinin inzibati və məişət binalarında iş şəraitinin yaxşılaşdırılması məqsədilə, cari ilin əvvəlindən bu sahədə yeni mərkəzləşdirilmiş istilik və soyutma sisteminin quraşdırılmasına başlanmışdır. İndiyədək texniki şərtlərə uyğun olaraq bütün sahələr üzrə lazımı boru xətləri çəkilmiş, binadaxili montaj işləri başa çatdırılmışdır. Mərkəzləşdirilmiş sistemin elektrik enerjisi ilə təmin olunması məqsədilə 30-cu yarımstansiyadan 300 m-ə qədər güc kabeli çəkilmişdir.
05.09.2012
 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin ayrı-ayrı istehsalat sahələrində baş verən müsbət dəyişiklilər fonunda yaşıllıqların salınmasına və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsinə də xüsusi önəm verilir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
03.09.2012
QSC-də çalışan işçilərin sosial müdafiəsi, iş şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və istirahətlərinin səmərəli təşkili daim müəssisə rəhbərliyinin diqqətində olan önəmli məsələlərdən biridir. Kollektiv əmək müqaviləsinin şərtlərinə uyğun olaraq bu istiqamətdə mütəmadi zəruri tədbirlər həyata keçirilir. Hər il işçilərin yay istirahəti respublikamızın müxtəlif dilbər guşələrində yerləşən istirahət mərkəzlərində təşkil edilir.
30.08.2012
Avqustun 29-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində ABŞ-nın Ohio ştatında fəaliyyət göstərən FMT şirkətinin rəhbəri George Hay ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin rəis müavini Azər Mirzəyev, Ekologiya İdarəsinin mütəxəssisləri, “Azneft” İB-nin Ekologiya şöbəsinin rəisi Rövşən Kərimov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və mütəxəssisləri iştirak etmişlər.
27.08.2012
“Ekol Mühəndislik xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına BNEZ-da və “Azərneftyağ” NEZ-da texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab sularının təmizlənməsidir. QSC-nin Tullantıların Emalı Departamenti (TED) hər ay bu neft emalı zavodlarından təmizləyici qurğulara daxil olan 2 milyon m3-ə qədər sənaye-çirkab sularını norma həddinə qədər təmizləyərək NEZ-nın təkrar istifadəsinə verir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | [56] | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.