ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

03.09.2012
QSC-də çalışan işçilərin sosial müdafiəsi, iş şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və istirahətlərinin səmərəli təşkili daim müəssisə rəhbərliyinin diqqətində olan önəmli məsələlərdən biridir. Kollektiv əmək müqaviləsinin şərtlərinə uyğun olaraq bu istiqamətdə mütəmadi zəruri tədbirlər həyata keçirilir. Hər il işçilərin yay istirahəti respublikamızın müxtəlif dilbər guşələrində yerləşən istirahət mərkəzlərində təşkil edilir.
30.08.2012
Avqustun 29-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində ABŞ-nın Ohio ştatında fəaliyyət göstərən FMT şirkətinin rəhbəri George Hay ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin rəis müavini Azər Mirzəyev, Ekologiya İdarəsinin mütəxəssisləri, “Azneft” İB-nin Ekologiya şöbəsinin rəisi Rövşən Kərimov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və mütəxəssisləri iştirak etmişlər.
27.08.2012
“Ekol Mühəndislik xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına BNEZ-da və “Azərneftyağ” NEZ-da texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab sularının təmizlənməsidir. QSC-nin Tullantıların Emalı Departamenti (TED) hər ay bu neft emalı zavodlarından təmizləyici qurğulara daxil olan 2 milyon m3-ə qədər sənaye-çirkab sularını norma həddinə qədər təmizləyərək NEZ-nın təkrar istifadəsinə verir.
27.08.2012
“Ekol Mühəndislik xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına BNEZ-da və “Azərneftyağ” NEZ-da texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab sularının təmizlənməsidir. QSC-nin Tullantıların Emalı Departamenti (TED) hər ay bu neft emalı zavodlarından təmizləyici qurğulara daxil olan 2 milyon m3-ə qədər sənaye-çirkab sularını norma həddinə qədər təmizləyərək NEZ-nın təkrar istifadəsinə verir.
23.08.2012
Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamların və turşulu qudronların emalı sahəsində ARDNŞ-nin “Ekol Mühəndislik Xidmətləri” QSC qarşısında qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən analoji şirkətləri ilə əməkdaşlıq əlaqələri yaradılır və bu sahədə ən müasir texnika və texnologiyaların əldə olunması üçün səylər artırılır. Elə bu məqsədlə də, avqustun 23-də QSC-nin baş ofisində “Baufeld-Umvvelt-Engineerıng GmbH”, “Nelson Environmenta Remediation LTD” və “Geo Consultants “ LLC şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir
22.08.2012
 ARDNŞ-nin təşəbbüsü və dəstəyi ilə cari ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsindəki ( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) çənlər parkında köhnə çənlərin ləğv edilməsi və daha iri tutumlu yeni çənlərin quraşdırılması işləri həyata keçirilir. Görülən tədbirlər çərçivəsində TED-nin çənlər parkında uzun müddət istismar edilmiş və tutumu 500 tona qədər olan 4 ədəd çənin ləğv edilərək, tutumu 1000 tona qədər olan yeni çənlərin quraşdırılması nəzərdə tutulmuşdur.
17.08.2012
Bütün İslam dünyasının, eləcə də xalqımızın ən əziz bayramlarından olan, ayların sultanı “Ramazan” bayramı Respublikamızın hər yerində olduğu kimi avqustun 17-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də də təntənə ilə qeyd edilmişdir.
08.08.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin İsveçrənin “Alfa-Laval“ şirkəti ilə əməkdaşlıq əlaqələri günü-gündən genişlənir. Hazırda QSC-nin istehsalat sahələrində bu şirkətin neftşlamı emal edən müasir dekantr qurğularından uğurla istifadə olunur. “Alfa-Laval” şirkəti ilə əməkdaşlıq əlaqələri təkcə yeni qurğuların alınması ilə məhdudlaşmır. Bu şirkət istismarda olan qurğulara vaxtaşırı servis xidmətlərinin göstərilməsində də yaxından iştirak edir.
03.08.2012
Avqustun 2-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində ABŞ-nın “Sundance Services İNC” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarə edilməsi şöbəsinin, Ekologiya İdarəsinin, “Azneft” İB-nin, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər işçiləri, “Sundance Services İNC” şirkətinin prezidenti Məhəmməd Həmid Mussani, mütəxəssis Rasl Skot Con, Şirkətin Azərbaycan nümayəndəliyinin mütəxəssisləri, eləcə də əlaqədar departament rəisləri və mütəxəssislər iştirak etmişlər.
31.07.2012
Azərbaycan Respublikasında həyata keçirilən dövlət proqramlarının prioritet istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədlə, ARDNŞ də neft sənayesi sahələrində davamlı olaraq irimiqyaslı ekoloji layihələr həyata keçirilir. ARDNŞ-nin dəstəyi ilə bu layihələrin icra olunmasında ”Ekol Mühəndislik Xidmətləri”QSC də fəal iştirak edir.
26.07.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC əsas fəaliyyət sahələri ilə yanaşı, ekologiya və mühəndislik xidmətləri sahəsində gənc mütəxəssislərin hazırlanmasına, eləcə də əhalinin ekoloji maariflənməsinə də yaxından dəstək göstərir. Bu məqsədlə, cari ildə respublikamızın müxtəlif ali təhsil müəssisələrində uyğun ixtisaslar üzrə təhsil alan tələbələrin, QSC-nin istehsalat sahələrində yüksək səviyyədə istehsalat təcrübəsi keçmələri üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.
24.07.2012
“Azərneftyağ” NEZ-nun da yerləşdiyi, Bakının vaxtilə Qara Şəhər adlanan hissəsi öz simasını kökündən dəyişərək günü-gündən paytaxtımızın ən abad guşələrindən birinə çevrilməkdədir. Təqdirəlayiq haldır ki, paytaxtın bu hissəsinin abadlaşdırılması, geniş miqyaslı yaşıllıqların salınması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi sahəsində “Azərneftyağ” Neft Emalı zavodunun kollektivi də öz böyük tövhəsini vermişdir.
20.07.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamentinin Milli Sertifikatlaşma Sistemində Akkreditasiyadan keçmiş Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin birinci yarısında da ətraf mühitin vəziyyətinin tədqiq edilməsini və QSC-nin fəaliyyət sahələrində analitik nəzarət işlərini layiqincə yerinə yetirmişdir.
17.07.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin yay istirahətinin mənalı təşkil olunması istiqamətində tədbirlər davam etdirilir. Hər il işçilərin yay istirahəti respublikamızın müxtəlif bölgələrində yerləşən istirahət mərkəzlərində təşkil olunur. Bu il isə işçilərin yay istirahəti Lerik rayonunun gözəl guşəsində yerləşən “RELAX” İstirahət Mərkəzində nəzərdə tutulmuşdur. Artıq iyun ayının 15-dən başlayaraq QSC-də çalışan işçilərin istirahəti şənbə və bazar günlərində bu İstirahət Mərkəzində təşkil olunur. Onların istirahətlərinin yüksək səviyyədə keçməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür.
13.07.2012
     “Ekol Mühəndislik Xidmətləri” QSC  yay mövsümündə “Sifarişçi” təşkilatların layihə ərazilərində xidmət göstərdiyi yaşıllıqların aqrotexniki qaydada becərilməsi, bitkilərin  normal inkişafı və xəstəliklərdən mühafizəsi  məqsədilə QSC-nin Torpaqların rekultivasiyası departamenti (TRD) xüsusi iş rejimində fəaliyyət göstərir.
11.07.2012
İyulun 11-də Azərbaycanın Neft Emalı Sənayesinin korifeylərindən sayılan, ömrünün 60 ilindən çoxunu bu sahəyə həsr etmiş Kamil Əlisoltan oğlu Akimovun anadan olmasının 85 illiyi münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə Kamil Akimovun həmkarları, tanınmış dövlət və elm xadimləri, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri, eləcə də ailə üzvləri iştirak etmişlər.
04.07.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində iş şəraitinin yaxşılaşdırılması məqsədilə, 2012-ci ilin I-ci yarısında bir sıra əhəmiyyətli təmir-tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Müvafiq dövr ərzində QSC-nin O.Vəliyev 1 ünvandakı inzibati binasının sanitar qovşağında və iş otaqlarında cari təmir işləri aparılmışdır. Tullantıların emalı departamentinin (TED) 6-cı sahəsindəki nasosxana binasında da zəruri təmir işləri yerinə yetirilmişdir. Nəqliyyat sexində tikintisinə 2011-ci ildə başlanmış qaraj kompleksində isə yeni yuyucu və texniki baxış kameraları tikilərək başa çatdırılmış və hazırda bu obyektdə son tamamlama işləri aparılır.
03.07.2012
QSC ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməklə yanaşı, bir sıra prioritet ekoloji layihələri də uğurla həyata keçirir. Hazırda Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yeni müasir mərkəzin yaradılması istiqamətində həyata keçirilən, iri maliyyə tutumlu layihələrdən biri də Bakı “Ağ Şəhər” layihəsidir ki, QSC-də bu layihədə yaxından iştirak edir.
28.06.2012
İyunun 27-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində ABŞ-nın “ARGUS” şirkətinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin, Ekologiya İdarəsinin və QSC-nin rəhbər işçiləri, mütəxəssisləri iştirak etmişlər.
27.06.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC neftlə çirklənmiş torpaqların və sənaye-çirkab sularının təmizlənməsi, həmçinin şlamların emalı sahəsində müasir və məhsuldar qurğuların əldə olunması istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə dünyanın inkişaf etmiş dövlətlərində fəaliyyət göstərən analoji şirkətlərlə əlaqələr yaradılır və bu ölkələrə işgüzar səfərlər təşkil edilir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | [57] | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.