ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

23.05.2012
Futzal üzrə Azərbaycan Çempionatında 3-cü yer tutmuş “Ekol” MFK mayın 20-də start verilmiş Azərbaycan Kubokunun yarımfinal oyunlarına qatılmışdır. Elə həmin gün komandamız ilk yarımfinal qarşılaşmasında Bakının “Şturm” komandası ilə görüşmüş və rəqib komandanı 9:5 hesabı ilə məğlub edərək 2/1 final mərhələsinə vəsiqə almışdır.
22.05.2012
              Mayın 21-də ömrünün 30 ildən çoxunu Respublikamızda ətraf mühitin mühafizəsi problemlərinə həsr etmiş Şahabiddin Bayram oğlu Albuşovun 70 illki yubileyi ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbirdə Şahabiddin Albuşovun uzun illər müxtəlif sahələrdə çiyin-çiyinə çalışdığı həmkarları, tanınmış ekoloqlar, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri iştirak etmişlər.      Tədbirdə çıxış edənlər, QSC-nin rəhbərliyi, yubilyarın həmkarları və dostları mənalı həyat yolu keçmiş, öz fəaliyyətini bütövlükdə Respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması kimi şərəfli bir işə həsr etmiş Şahabiddin Albuşovun həyat və fəaliyyətindən danışmış, onun ömür yolunun çoxları üçün, xüsusilə gənc nəsil üçün örnək olduğunu xüsusilə vurğulamışlar.
18.05.2012
 ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması tədbirləri geniş miqyasda davam etdirilir. Bu tədbirlərin icrasında yaxından iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin sifarişi ilə may ayında yeni bir layihənin icrasına başlamışdır. Bu “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” layihəsidir. ARDNŞ-nin Ekologiya İdarəsinin apardığı monitorinqin nəticələrinə görə ərazidə 588 min m3 fekal suları, 251 min m3 isə neftşlam müəyyən edilmişdir.
16.05.2012
2012-ci ilin 6-12 may tarixlərində Almaniyanın Federativ Respublikasının Münhen IFAT adı altında beynəlxalq sərgi keçirilmişdir. Sərgidə neftşlamın emalı, neftlə çirklənmiş torpaqların və çirkab suların təmizlənməsi, xüsusi tullantıların (kabel, şin və elektron avadanlıqların) yenidən emal edilməsi ilə məşğul olan şirkətlər özlərinin ən yeni texnika və texnologiyalarını nümayiş etdirmişlər.
16.05.2012
     Mayın 11-də Miniatür Kitab Muzeyində Kamil Akimovun Müəllifi olduğu “Qara qızılın kamillik dövrü” kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə tanınmış dövlət və elm xadimləri, KİV-nin nümayəndələri, müəllifin iş yoldaşları və Kamil sevərlər iştirak etmişlər.
14.05.2012
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü ilə əlaqədar “Ekol Mühəndislik Xidmətləri” QSC-də silsilə tədbirlər keçirilmişdir. Yadda qalan tədbirlərdən biri də nərd turniri olmuşdur. Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən turnirə QSC kollektivinin 40 nəfərədək nərd həvəskarı qatılmışlar. 
14.05.2012
Futzal üzrə Azərbaycan Çempionatının son mərhələsi başa çatdı. Bu mərhələdə mayın 11-də son görüşünü “Qala” komandası ilə keçirən “Ekol” komandası rəqib komandanı 6:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionatının üçüncüsü oldu. “Araz” komandası ilə “Neftçi” komandasının xalları eyni olduğundan bu iki komanda 1-ci yer uğrunda mayın 16-da yenidən qarşılaşacaqlar.
10.05.2012
   Respublikamızın hər yerində olduğu kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü  “Ekol Mühəndislik Xidmətləri”    QSC-də də  bir sıra tədbirlərlə qeyd olunmuşdur. İl dönümü ərəfəsində QSC-də iməcilik təşkil olunmuş, əmək kollektivləri arasında nərd turniri  keçirilmişdir. 
09.05.2012
      Mayın 07-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində  ABŞ-nın  “ARGUS”   şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin  Ekspertizası şöbəsinin, Ekologiya İdarəsinin və QSC-nin rəhbər işçiləri, mütəxəssisləri, eləcə də “ARGUS”  şirkətinin nümayəndələri iştirak etmişlər.
08.05.2012
      Hər il ABŞ-nın Texas ştatının Hyuston  şəhərində keçirilən  Beynəlxalq Konfrans və sərgi, dünya ölkələrinin neft-qaz sənayesi və ətraf mühitin mühafizəsi sahəsində  istehsal olunan  yeni texnologiyaların nümayiş etdirilməsi və öyrənilməsi məqsədilə dünyanın hər yerindən bu sahələrə aid olan mütəxəssisləri bir araya gətirir.  Bu ilki Konfrans-sərginin geniş diapozonlu texniki proqramına yüzlərlə rəsmi prezentasiyalar və xüsusi diskusiyalar daxil  olunmuş, 2 mindən çox şirkət sərgidə öz yeni  qurğu və avadanlıqlarını nümayiş etdirmişlər.
07.05.2012
Mayın 5-də QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik bütün istehsalat sahələrini və layihə ərazilərini əhatə etmiş, sahələr alaq otlarından təmizlənmiş və tullantılar ərazidən kənarlaşdırılmışdır.
07.05.2012
Futzal üzrə Azərbaycan çempionatının 3-cü dövrəsində “Ekol” MFK qələbəyə doğru inamla addımlayır. Çempionatın 3-cü dövrəsinin 3 turunu qələbə ilə başa vuran “Ekol” komandası mayın 2-də PSL komandası ilə görüşmüşdür.
03.05.2012
Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, “Ağ Şəhər” adlandırılacaq yeni müasir mərkəzin yaradılması istiqamətində geniş miqyaslı və iri maliyyə tutumlu layihələrin icrası davam etdirilməkdədir. Bu məqsədlə, 2010-cu ildən başlayaraq paytaxtın “Qara Şəhər” adlanan ərazisində köhnəlmiş sənaye obyektlərinin şəhər hüdudlarından kənara çıxarılması və çirklənmiş torpaqların təmizlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC də yaxından iştirak edir.
03.05.2012
Futzal üzrə Azərbaycan çempionatının 3-cü dövrəsi gərgin mübarizə şəraitində davam edir. 3-cü dövrənin ilk turunda  “Qarabağ” komandasını 9:2 hesabı ilə məğlub edən komandamız, aprelin 29-da “Azekolab” komandası ilə qarşılaşmışdır.
02.05.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində texniki təhlükəsizliyin təmin edilməsi və texniki təhlükəsizlik işlərinin hüquqi-normativ sənədlər əsasında qurulması məqsədilə daimi məqsədyönlü tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq, QSC Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Təhlükə Potensiallı Obyektlərin Dövlət Reyestrindən qeydiyyatdan keçmiş və Şəhadətnamə almışdır.
30.04.2012
Ümumdünya Əməyin Mühafizəsi günü hər il aprelin 28-də dünyanın yüzdən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. “Ekol Mühəndislik Xidmətləri” QSC-də hər il bu əlamətdar günü yüksək səviyyədə qeyd edir. Bununla əlaqədar olaraq QSC-də Əməyin Mühafizəsi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rəhbər və mühəndis-texniki işçiləri iştirak etmişlər.
30.04.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-də ARDNŞ-nin “Ətraf mühitin mühafizəsi”nin 2012-ci il üçün tədbirlər planına uyğun olaraq silsilə iməciliklər davam edir. Növbəti iməcilik isə aprelin 28-də keçirilmiş aksiyaya QSC-nin kollektivinin xeyli sayda nümayəndələri qatılmışlar.
27.04.2012
Aprelin 26-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Almaniyanın “AWAS” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin Ekspertizası şöbəsinin, ARDNŞ-nin Ekologiya İdarəsinin və QSC-nin rəhbər işçiləri, mütəxəssisləri, eləcə də “AWAS” şirkətinin nümayəndələri iştirak etmişlər.
24.04.2012
2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrdən biri də Ə.Əmirov adına NQÇİ-nin 3-cü mədən ərazisindəki neft tutucuda mövcud olan neftşlamın çıxarılması və bioremediasiyası layihəsidir.
23.04.2012
ARDNŞ-nin “Ətraf mühitin mühafizəsi”nin 2012-ci il üçün tədbirlər planına uyğun olaraq, martın 31-dən başlayaraq hər həftənin şənbə günü “Ekol Mühəndislik Xidmətləri” QSC-də iməciliklər təşkil olunur. Növbəti iməcilik isə aprelin 21-də keçirilmişdir. İməciliyə QSC-nin kollektivinin çoxlu sayda üzvləri qatılmışlar.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | [59] | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.