ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

23.04.2012
Futzal üzrə Azərbaycan çempionatında yaranmış fasilədən səmərəli istifadə edən “Ekol” MFK çempionatın 3-cü (sonuncu) turuna ciddi hazırlaşır. Bu məqsədlə komandamız mütəmadi olaraq təlim-məşq toplantılarında iştirak edir, komanda heyətinin fiziki və taktiki hazırlığının artırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.
20.04.2012
   Aprelin 19-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində qazma şlamını emal edən qurğunun təqdimatı olmuşdur. Görüşdə THERMTECH şirkətinin satış üzrə direktoru Rocco V.Valentinetti, əməliyyat üzrə menecer Stein Kleppe, ARDNŞ-nin ekologiya üzrə vitse-prezidentinin müşaviri Hikmət İslamov, ARDNŞ-nin Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasıyev, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavinin Rəşad İsmayılov, eləcə də ARDNŞ-nin Ekologiya İdarəsinin və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin aidiyyəti mütəxəssisləri iştirak etmişlər.
19.04.2012
Xarici əlaqələrinin genişləndirilməsi, yeni texnika və texnologiyaların istehsalata tətbiqi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində, aprelin 18-də QSC-nin baş ofisində Deqremon şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, Global Energy Solutions MMC-nin baş direktoru Murad Sadıxov, Deqremon şirkətinin prezidentinin məsləhətçisi, kommersiya direktoru Klod Shoer, AGS-nin baş meneceri Matthieu Mitterrahd, Cifal Groupe-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Əsgər Ələkbərov iştirak etmişlər.
17.04.2012
 Aprelin 17-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətə başlamasından 6 il ötür. Bununla əlaqədar olaraq, rəhbərliyin və kollektivin iştirakı ilə aprelin 14-də ildönümünə həsr edilmiş ümumi iməcilik, aprelin 17-də isə toplantı keçirilmişdir.
14.04.2012
     Aprelin 17-də, 2006-cı ilin mart ayında ARDNŞ-nin (51%) və “Lancer Services” S.A.” Şirkətinin (49%) təsisçiliyi ilə  yaradılmış və 17.04.2006-cı ildə dövlət qeydiyyatından keçmiş ”Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin  6 ili tamam olur. Qısa  müddətdə   ekoloji problemlərin həlli  sahəsində  özünü potensial bir şirkət kimi  təsdiq etmiş QSC,  bu illər ərzində respublikamızın neft sənayesi sahələrində onlarla prioritet ekoloji layihələri uğurla həyata keçirmişdir.     Aprelin 14-də isə QSC-nin 6 illiyi ilə əlaqədar olaraq  kollektivin bütün üzvlərinin iştirakı ilə istehsalat sahələrində iməcilik  keçirilmişdir. İməcilikdə  rəhbərlik başda olmaqla bayram əhval-ruhiyyəsi ilə iştirak edən QSC-nin əmək kollektivləri istehsalat sahələrinin abadlaşdırılması, yeni yaşıllıqların salınması və bitkilərə mövsümü qulluq göstərilməsi  işlərini həvəslə yerinə yetirmişlər.
12.04.2012
      Respublikamızda davamlı olaraq ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı  layihələr həyata keçirilir.  Bu sahədə ARDNŞ-nin üzərinə düşən vəzifələr də  uğurla icra olunur.  Ötən müddətdə neft və neft məhsulları ilə çirklənmiş ərazilər əhəmiyyətli dərəcədə təmizlənmiş və reabilitasiya olunmuş sahələrdə yaşıllıqların salınması istiqamətində əsaslı işlər görülmüşdür. “Ekol Mühəndislik Xidmətləri” QSC-də  bu işlərin həyata keçirilməsində yaxından iştirak etmişdir.
11.04.2012
Qeyd etdiyimiz kimi aprelin 9-10 tarixlərində Türk Standartları İnstitutunun auditorları “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO -9001, İSO-14001 və OHSAS-18001 standartlarının tələblərinə əməl olunması, eləcə də yeni standartlara hazırlığın və uyğunluğun vəziyyətinin yoxlanması üzrə 3-cü tərəfin auditini keçirmişlər. 
10.04.2012
     “Ekol Mühəndislik Xidmətləri” QSC  fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması və Avropaya inteqrasiya edilməsi istiqamətində davamlı siyasət və məqsədyönlü tədbirlər həyata keçirir. Əsas fəaliyyəti ekoloji yönümlü olduğundan fəaliyyətinin ilk illərində (2007-ci ildə) QSC İSO 14001 “Ekologiya İdarəetmə Sistemi”ni qəbul etmiş və fəaliyyətini bu standartların tələbləri səviyyəsində qurmuşdur.
09.04.2012
    Yazın gəlişi ilə əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində mövsümü işlərə start verilmişdir. Bu məqsədlə aprel ayından başlayaraq  QSC-də  hər həftənin şənbə günü iməcilik keçirilir.
05.04.2012
     QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki önəmli fəaliyyət sahələrindən  biri də neftin hasilatı və emalı proseslərində formalaşan və ətraf mühitin çirklənməsinə mənfi təsir göstərən  neftşlamın  müasir texnika və texnologiyalarla emalı və zərərsizləşdirilməsidir.  Bu məqsədlə, dünyanın qabaqcıl texnika və texnologiyalarının istehsalata tətbiq edilməsi və bu sahədə tanınmış şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq  tədbirlər həyata keçirilir.
02.04.2012
   Hər il  yaz mövsümü ilə əlaqədar olaraq ARDNŞ-nin kollektivi  iməciliklər keçirir,  istehsalat sahələrində yaşıllaşdırma və abadlıq işləri aparılır. Martın 31-də ARDNŞ-nin rəhbərliyinin  iştirakı ilə Şirkətin  bütün idarə və müəssisələrində növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. İməcilikdə Şirkətin idarə və müəssisələrinin kollektivləri fəal iştirak etmiş,  ağaclar əkilmiş, əvvəllər salınmış  yaşıllıqlara qulluq  olunmuş, abadlıq işləri aparılmışdır.
30.03.2012
  Martın 30-da QSC-nin baş ofisində “31 mart-Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən QSC-nin baş direktoru Ramil Əliyev  Azərbaycanlılara qarşı törədilən soyqırımın   tarixi və baş vermə səbəbləri barədə tədbir iştirakçılarına ətraflı  məlumat verdi.  
29.03.2012
      Artıq 13 ildir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində su təchizatı, enerji, texnologiyalar və ətraf mühit üzrə  sərgi   Dubay şəhərinin elektrik enerjisi və su təchizatı Xidmətləri tərəfindən uğurla keçirilir.  Hər il bu sərgiyə  neft sənayesi,  energetika,  ekologiya, ticarət  və digər sahələr üzrə dünyanın 700-dən çox  milli və beynəlxalq  şirkətləri,  dövlət orqanlarının təmsilçiləri, assosiasiyalar və sponsorlar qatılırlar.
27.03.2012
     Baharın gəlişi ilə torpağın oyanması  bağ - bağçalarda və yaşıllıq sahələrində bir canlanma yaradıb. İndi bütün  bağçılıq təsərrüfatlarında ağacların budanması, yeni ağacların əkilməsi və sahələrdə abadlıq işlərinin aparılması istiqamətində  müvafiq tədbirlər görülür.
19.03.2012
     Martın 19-da “Ekol Mühəndislik Xidmətləri” QSC-də  Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edən QSC-nin  baş Direktoru Ramil Əliyev Novruz bayramının tarixindən və  milli-mənəvi dəyərlərindən danışmışdır. O qeyd etmişdir ki, xalqımızın  özünüdərkində və təfəkkürünün inkişafında böyük rol oynayan , təbiətin  əbədi qanunları ilə həmahəng olan Novruz bayramı milli varlığımıza hopan  bir el şənliyidir. Bu bayram  tarixin ən çətin  anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt gələcəyə inam  duyğusu yaratmışdır. Ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən  Novruz günlərində ölkəmizin  hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür.
15.03.2012
  Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar respublikamızın hər yerində rəngarəng  tədbirlər keçirilir. İnsanlar bu tədbirlərdə bayram əhval ruhiyyəsi ilə və həvəslə iştirak edir,  milli-mənəvi dəyərlərimizi yaşadırlar.
12.03.2012
     Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində prioritet ekoloji layihələr həyata keçirməklə yanaşı, istehsalat sahələrində məqsədyönlü yenidənqurma və abadlıq işlərinin  aparılması da QSC-nin diqqət mərkəzindədir. Ötən illərdə olduğu kimi cari ildə də istehsalat sahələrində bir sıra  təmir-tikinti və yenidənqurma işləri görülür.
07.03.2012
      8 Mart Beynəlxalq Qadınlar Gününün  bayram edilməsi 1910-cu ildə, Kopenhagendə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. Artıq  bir əsrdən artıqdır ki, bütün  dünya ölkələri  8 Mart Beynəlxalq Qadınlar Gününü  sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər.
05.03.2012
    Xəbər verildiyi kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq  Bakı Ağ Şəhər Layihəsinin icrasına qoşulmuşdur. Bu nəhəng layihənin  iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş  neft sənaye obyektlərindən neftşlamın  çıxarılması,  anbarlaşdırılması  və ərazidəki neftlə çirklənmiş  torpaqların təmizlənməsi işlərini yerinə yetirir.
02.03.2012
    Beynəlxalq Mülki Müdafiə Təşkilatının  təşəbbüsü ilə hər il bütün dünyada mart ayının ilk günü “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Təşkilatın üzvü olan Azərbaycan Respublikasında da  bu əlamətdar gün münasibətilə silsilə tədbirlər həyata keçirilir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | [60] | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.