ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

28.02.2012
   “Ekol Mühəndislik Xidmətləri” QSC ətraf mühitin mühafizəsi və insanların sağlamlığının qorunması kimi aktual ekoloji layihələr həyata keçirməklə yanaşı, kollektivdə çalışan yüzlərlə sağlam siyasi  düşüncəyə malik, Heydər Əliyev ideyalarına sadiq olan insanların təşkilatlanması məqsədilə 2007-ci ildən  QSC-də  Yeni Azərbaycan Partiyası "Ekol" ilk ərazi təşkilatı  yaradılmış və fəaliyyətə  başlamışdır.  
24.02.2012
      Xocalı soyqırımından 20 il ötməsinə baxmayaraq bu faciənin  ildönümü hər il respublikamızın hər yerində, eləcə də diaspor təşkilatlarında geniş  miqyasda qeyd olunur. Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar fevralın 24-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də  də geniş tədbirlər keçirilmiş, faciə qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
21.02.2012
     “Ekol Mühəndislik Xidmətləri” QSC-də ekoloji layihələrin vaxtında, keyfiyyətlə yerinə yetirilməsində və  istehsalat proseslərinin fasiləsizliyinin təmin edilməsində QSC-nin digər struktur bölmələri ilə yanaşı Nəqliyyat sexinin (NS) də rolu böyükdür. Ötən illərdə olduğu kimi 2011-ci ildə də NS istifadəsində olan nəqliyyat vasitələrə və xüsusi texnikaları ilə  istehsalat sahələrində məqsədyönlü  fəaliyyət göstərmişdir.
20.02.2012
      Futzal üzrə Azərbaycan Çempionatı gərgin mübarizə şəraitində davam edir. Çempionatın  II-ci dövrəsini  uğurlu nəticələrlə başa vuran “Ekol” MFK yaranmış fasilədən səmərəli istifadə edərək təlim-məşq toplantısına yollanmışdır. Komanda heyətinin  fiziki və taktiki  hazırlığını artırmaq məqsədilə “Ekol” MFK  fevral ayında Oğuz Olimpiya Kompleksində  bir həftəlik təlim məşq toplantısı keçirmiş və qarşıya qoyulan məqsədə nail olunmuşdur.
17.02.2012
     “Sifarişçi” təşkilatlarının  müqavilə öhdəliklərini müasir üsullarla, keyfiyyətlə yerinə yetirilməsi,  eləcə də müxtəlif növ  tullantıların emalı və zərərsizləşdirilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC qarşısında duran başlıca vəzifələrdən biridir. Bu məqsədlə   müasir texnika və texnologiyaların  əldə edilməsi üçün inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən  analoji şirkətlərlə  əlaqələrin yaradılması istiqamətində  səylər davam etdirilir.  Bununla əlaqədar olaraq, fevralın 16-da  QSC-nin baş ofisində Belçikanın “SİTA Remediation” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
16.02.2012
      2011-ci ildə  “Ekol Mühəndislik Xidmətləri” QSC  bütün fəaliyyət sahələrində yadda qalan uğurlara imza atmışdır. Bu uğurların nəticəsi olaraq  ötən  maliyyə ilində QSC-nin balans  mənfəəti 1 284,8 min manat olmuş, mənfəət vergisi 257,0 min manat hesablanmış,   rentabellik  səviyyəsi isə 3, 78 % təşkil etmişdir. Ötən il   QSC-nin  maliyyə, uçot və vergi siyasətinin   şəffaf  və beynəlxalq standartlara uyğun şəkildə  həyata keçirilməsi  üçün Maliyyə və uçot  departamenti (MUD) də məqsədyönlü fəaliyyət göstərmişdir.
10.02.2012
     ARDNŞ-nin tədbirlər planına uyğun olaraq, 2011-ci ildə də “Ekol Mühəndislik Xidmətləri” QSC neftqazçıxarma idarələrinin mədən ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində bir sıra aktual ekoloji layihələr həyata keçirmişdir. Bu layihələrin QSC-nin Torpaqların rekultivasiyası departamenti (TRD) tərəfindən layiqincə  icra olunmuşdur.
08.02.2012
          “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji monitorinq departamenti (EMD)  2011-ci ildə də “Sifarişçi” təşkilatların  müqavilə  öhdəliklərini layiqincə yerinə yetirmişdir. Ötən il EMD  ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin ”28 May”, “Neft Daşları”, “Balaxanıneft”, “Abşeronneft” və N.Nərimanov adına NQÇİ-nin, eləcə də “Kompleks Qazma İşləri” Trestinin “Abşeron” Qİ-nin, “Qazmaservis və loqistika” İdarəsinin, “Qobustan” KQİİ-nin və Tamponaj İdarəsinin  istehsalat sahələrində hər rübdə  analitik nəzarət və monitorinq    işlərini  uğurla həyata keçirmişdir.
06.02.2012
     Mədən ərazilərində mövcud ekoloji vəziyyətin yaxşılaşdırılması və neft hasilatının artırılması Ə.Əmirov adına NQÇİ-nin qarşısında prioritet bir vəzifə kimi qoyulmuşdur. Bununla əlaqədar olaraq, NQÇİ-nin 3-cü mədən ərazisində 25 ədəd quyunun ətrafına torpaq bəndlərin vurulmasına başlanılmışdır. Bu layihənin icrası isə “Ekol Mühəndislik Xidmətləri” QSC-nə  həvalə edilmişdir. Layihə üzrə təqribən 250 min m3-ə qədər torpaq işlərinin görülməsi planlaşdırılır.
03.02.2012
     Fevralın 2-də başlayan güclü qar və çovğun  şəhər təsərrüfatında olduğu kimi  istehsalat müəssisələrində də ciddi çətinliklər yaratmışdır. Çətin hava şəraitində  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələri də müəyyən çətinliklərlə üzləşmişdir. Bütün bunlara baxmayaraq QSC-nin kollektivi bu günlərdə güclənmiş iş rejimində çalışmış,  yaranmış problemlər qısa müddətdə  aradan qaldırılaraq istehsalatın fasiləsizliyini təmin edilmişdir.
03.02.2012
      Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  neft ayırma müəssisələri üçün  yaratdığı və Yanğın Təhlükəsizliyi Dəstəsinin təsdiq etdiyi plan-qrafikə əsasən, Texniki təhlükəsizlik şöbəsi tərəfindən  23-26 yanvar tarixlərində QSC-nin bütün fəaliyyət sahələrində “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” mövzusunda nəzəri məşğələ keçirilmişdir. Məşğələlərdə işçilərə odsöndürən balonların xarakteristikası və onlardan istifadə qaydaları öyrədilmişdir.
01.02.2012
   “Ekol Mühəndislik Xidmətləri” QSC-də Daimi fəaliyyət komissiyasının (DFK) iclası keçirilmişdir. İclasda QSC-nin fəaliyyət sahələrində  təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə görülən  işlərin vəziyyət müzakirə olunmuşdur.
30.01.2012
      Yanvarın 27-də QSC-nin baş ofisində  Almaniyanın GİCON firmasının  nümayəndələri ilə tanışlıq  xarakterli görüş keçirilmişdir.  Görüşdə GİCON firmasının  layihə rəhbəri Mathias du Puits, layihə eksperti Hartmurt Yunge,  firmanın Azərbaycan nümayəndəsi, büro rəhbəri Səkinə Məhərrəmova və QSC-nin baş direktoru Ramil Əliyev başda olmaqla rəhbər heyəti iştirak etmişlər.
26.01.2012
     Yanvarın 24-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş ofisində Britaniya səfirliyinin Ticarət və Enerji şöbəsinin müdiri Miss T Ann Herd və  Ticarət Məsələləri üzrə əlaqələndirici Nuranə Muradova ilə QSC rəhbərliyinin  görüşü keçirilmişdir.
24.01.2012
      Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin  yaxşılaşdırılması üzrə Kompleks Tədbirlər Planı” çərçivəsində Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması,  köhnəlmiş  sənaye obyektlərinin şəhər hüdudlarından  kənara çıxarılması və çirklənmiş torpaqların  təmizlənməsi  sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Bu tarixi  Sərəncamla əlaqədar olaraq “Qara Şəhər”  ərazisində də ekoloji yönümlü iri həcmli layihənin icrasına başlanılmışdır.  Bu layihənin icrası ilə paytaxta yeni müasir mərkəzin yaradılması və buranın bundan sonra Bakı Ağ Şəhər adlandırılması nəzərdə tutulmuşdur.
20.01.2012
     1990-cı il 20 Yanvar hadisələrindən  22  il keçir.  Azərbaycan xalqına qarşı törədilən bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır. 
17.01.2012
    Ötən il QSC bütün fəaliyyət sahələrində  uğurlu nailiyyətlər əldə olunmuşdur. Tullantıların Emalı Departamenti (TED) də “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.
10.01.2012
     “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin neftqazçıxarma idarələrinin mədən ərazilərində neftlə çirklənmiş torpaqların  təmizlənməsi və reabilitasiya olunması ilə yanaşı, bu ərazilərdə yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini də uğurla həyata keçirir. QSC hazırda ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində, “Bibiheybətneft” , “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində 10 minlərlə müxtəlif növ bitkiyə aqrotexniki xidmət göstərir.
09.01.2012
        2011-ci ildə QSC-nin icra etdiyi ekoloji layihələrdən biri də H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsidir. NQÇİ-nin 4-cü mədən ərazisində ümumi sahəsi 265 hektar olmaqla, 150 hektara qədər sahə müxtəlif dərəcədə çirklənməyə məruz qalmışdır. QSC bu layihənin icrasına  iki istiqamətdə, Buzovna və Maştağa  sahələrində həyata keçirməklə başlamış, ötən ilin dekabr ayında Buzovna ərazisində  çirklənməyə məruz qalmış 124 hektar sahəni tamamilə təmizləyərək “Sifarişçi”yə təhvil vermişdir.
05.01.2012
      ARDNŞ-nin  neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planına uyğun olaraq,  2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İB-nin  tabeçiliyində olan “Abşeronneft”, “Balaxanıneft” və Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərində neftlə  çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihələri uğurla həyata keçirmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | [61] | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.