ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

29.12.2011
    Dekabrın 29-da  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində rəhbərliyin və kollektivin iştirakı ilə Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni İl Bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev yola saldığımız 2011-ci ilin ümumilikdə respublikamız üçün, o cümlədən müəssisəmiz üçün çox uğurlu il olduğunu qeyd edərək, il ərzində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına qısa  məlumat verdi.
28.12.2011
      “Ekol Mühəndislik Xidmətləri” QSC–nin  fəaliyyətinin əsas istiqamətlərindən biri də, NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində  yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsidir. Bu sahədə QSC-nin  xidmət göstərdiyi ən böyük ərazilərdən biri isə “Bibiheybətneft” NQÇİ-nin  mədən ərazisidir. Hazırda QSC-nin Torpaqların rekultivasiyası departamenti “Bibiheybətneft” NQÇİ-nin   reabilitasiya olunmuş  43 hektar ərazisində 48 mindən çox müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmət göstərir.
26.12.2011
    Respublikamızın ərazisində, xüsusilə neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması hazırda ən önəmli məsələlərdən biridir. Bununla əlaqədar olaraq, ARDNŞ neft sənayesi sahələrində  neftlə  çirklənmiş torpaqların təmizlənməsi məqsədilə  zəruri tədbirlər həyata keçirir. Bu tədbirlərin yerinə yetirilməsində isə “Ekol Mühəndislik Xidmətləri” QSC yaxından iştirak edir və əhəmiyyətli işlər görür.
22.12.2011
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  maddi texniki bazasının gücləndirilməsi və nanotexnologiyaların istehsalata  tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir və dünyanın bir çox dövlətlərində fəaliyyət göstərən analoji şirkətlərlə əməkdaşlıq əlaqələri genişləndirilir.  Bu tədbirlər çərçivəsində QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev  dekabrın  12-dən 19-dək  Belçika, İsveç və İngiltərə dövlətlərində xidməti ezamiyyətdə olmuşlar.
19.12.2011
      “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətində mühüm  ekoloji layihələri yerinə yetirməklə yanaşı,  istehsalat sahələrinin abadlaşdırılması və yenidənqurma  işlərinin  həyata keçirilməsi istiqamətində də  əsaslı  tədbirlər görür.   
16.12.2011
      ARDNŞ-nin  neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması, xüsusilə NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Bu tədbirlərin  yerinə yetirilməsində yaxından iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC,  2011-ci ildə  bir sıra prioritet layihələrin icrasını yüksək səviyyədə təmin etmişdir.
14.12.2011
    “Ekol  Mühəndislik  Xidmətləri” QSC qəbul etdiyi  Siyasətə uyğun olaraq öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq məqsədilə bütün zəruri tədbirləri həyata keçirir. Artıq QSC-nin istehsalat sahələri İSO 14001, İSO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının tələbləri əsasında fəaliyyət göstərir.
12.12.2011
    12 dekabr  ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.  Hər il, 12 dekabrda  xalqımız  bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edir, təntənəli anım mərasimləri keçirilir.
09.12.2011
       Dekabrın 8-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis başda olmaqla səfirliyin nümayəndələri ilə QSC rəhbərliyinin işgüzar görüşü keçirilmişdir. Görüşdə    QSC-nin baş direktoru Ramil Əliyev qonaqları səmimi salamlayaraq  bu görüşdən böyük məmnunluq hissi keçirdiyini bildirmişdir. Baş direktor qeyd etmişdir ki,  Azərbaycan-Latviya dostluq əlaqələrinin dərin tarixi kökləri vardır. Ölkələrimizin müstəqillik illərində isə  dövlət başçılarımızın ardıcıl səyləri nəticəsində bütün sahələrdə əməkdaşlıq əlaqələri daha da genişlənmiş və daha da inkişaf etmişdir.
06.12.2011
       Qeyd edildiyi kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC  ilk illərdən öz fəaliyyətini  beynəlxalq standartlar səviyyəsində qurmaq üçün ardıcıl  tədbirlər həyata keçirir. QSC 2007-ci ildə TSE-ISO-EN-14001 standartlarını qəbul etmiş, beynəlxalq idarəetmə sistemlərinin  digər  sahələrinin də qəbul edilməsini və bu standartların tələblərinə əməl olunmasını qarşıya məqsəd qoymuşdur. Bununla əlaqədar olaraq, İSO-9001 Keyfiyyətin İdarəedilməsi Sistemlərinin və OHSAS 18001  Əməyin Mühafizəsi və Təhlükəsizliyin İdarəetmə Sistemlərinin  beynəlxalq  standartlar üzrə tələblərinin mənimsənilməsi  məqsədilə, 2011-ci ilin sentyabr ayında QSC-də kurslar təşkil olunmuşdur. Türk Standartları İnstitutunun mütəxəssisi tərəfindən xüsusi proqramla tədris edilən kurslarda QSC-nin istehsalat, ekologiya, təhlükəsizlik texnikası, kadrlarla iş üzrə rəhbər və mühəndis işçiləri iştirak etmiş və sertifikatlar almışlar.
05.12.2011
     “Ekol Mühəndislik Xidmətləri” QSC Azerms MMC BP-nin SİTP proqramı çərçivəsində  təşkil etdiyi “Enerji səmərəliliyi” təlim və  məsləhət layihəsinə qatılmışdır. Qeyd edək ki, mövcud avadanlıqları və istehsalat proseslərinin mürəkkəbliyi nəzərə alınaraq, enerjiyə qənaətin  aktuallığı baxımından “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bu layihəyə qatılması daha məqsədəuyğun hesab edilmişdir.
02.12.2011
       Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  neft ayırma müəssisələri üçün  yaratdığı və Yanğın Təhlükəsizliyi Dəstəsinin təsdiq etdiyi plan-qrafikə əsasən, noyabrın 30-da QSC-nin Texniki Təhlükəsizlik Şöbəsi Tullantıların emalı departamentinin 6-cı sahəsində (Heydər Əliyev adına       BNEZ-nun 9-cu sexinin ərazisi) praktik məşğələ keçirmişdir.  Praktik məşğələdə işçilərə yanğın zamanı davranış qaydaları, ilkin yanğın söndürmə vasitələrinin  xarakteristikaları və onlardan istifadə qaydaları  geniş izah olunmuşdur.   Yarımavtomatik köpük söndürmə sistemi vasitəsilə yanğının söndürülməsi əyani olaraq  nümayiş etdirilmişdir.
30.11.2011
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərinin  vaxtında və keyfiyyətlə yerinə yetirməsində  elektrik enerjisinin, qaz  və su təchizatının fasiləsizliyi  əsas şərtlərdən biridir. Bununla əlaqədar olaraq,  QSC-nin istehsalat sahələrində  uzun illər istismarda olan   elektrik təsərrüfatının yenidən qurulması, qaz, su və hava xətlərinin  yenisi ilə əvəz edilməsi istiqamətində məqsədli tədbirlər həyata keçirilir.
29.11.2011
     Noyabrın 15-də  start verilmiş futzal üzrə Azərbaycan çempionatı gərgin mübarizə şəraitində davam edir. Ötən illərin çempionatlarında olduğu kimi, bu çempionatda da “Ekol” komandası gözəl oyun nümayiş etdirərək öz pərəstişkarlarının rəğbətini qazanır.  Çempionatın II-ci  dövrəsinin  9-cu turunda “Ekol”  “Qarabağ” komandası ilə görüşmüş və 11:2 hesabı ilə qələbə qazanmışdır. Noyabrın  28-də  isə komandamız 10-cu turda “Azekolab” komandası ilə qarşılaşmış  və rəq         ib komandanı   11: 2  hesabı ilə məğlub etmişdir.
28.11.2011
    Noyabrın 24-də “Ekol Mühəndislik Xidmətləri QSC-nin baş ofisində  “Alfa -Laval” Şirkətinin  Emal Texologiyaları Bölümünün Seqment müdiri Levent Dinçer və “Sanmar” Elektrik və İnşaat Malzemeleri LTD.STİ şirkətinin rəhbəri Erol Nazlı ilə QSC rəhbərlərinin görüş keçirilmişdir.
24.11.2011
     Xəbər verildiyi kimi, noyabrın 17-dən 19-dək  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərində xidməti ezamiyyətdə olmuşlar. Ezamiyyə müddətində  nümayəndə heyəti “Munay-Ekologiya” Şirkətinin  Uzen şəhərindəki istehsalat sahələrinə də baxış keçirmiş, texnoloji proseslərlə və Almaniyanın  Flottweg şirkətinin istehsalı olan Trikantr  qurğusunun iş prinsipləri ilə yaxından tanış olmuşlar.
22.11.2011
       “Ekol Mühəndislik Xidmətləri” QSC öz maddi texniki bazasının gücləndirilməsi və nanotexnologiyaların istehsalata tətbiqi istiqamətində daimi məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində neftşlamın  emalı və zərərsizləşdirilməsi, sənaye-çirkab sularının və neftlə çirklənmiş torpaqların  təmizlənməsi sahəsində artıq dünyanın bir çox tanınmış şirkətlərinin istehsalı olan qurğular uğurla QSC-nin istehsalat sahələrinə tətbiq edilmiş və müsbət nəticələr əldə olunmuşdur.
18.11.2011
     2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  NQÇİ-nin mədən ərazilərində həyata keçirdiyi, neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələri üzrə işlər yüksək templə davam etdirilir. Hazırda QSC H.Z.Tağıyev adına     NQÇİ-nin 4-cü  (Buzovna və Maştağa  sahələri) və “Balaxanıneft” NQÇİ-nin 7-ci mədən ərazilərində (Zabrat sahəsi)  layihələrin  icrasını təqvim planına uyğun olaraq yerinə yetirir.
15.11.2011
    Qeyd olunduğu kimi,  2009-cu ilin oktyabr ayında əvvəllər ARDNŞ-nin Ekologiya İdarəsinin balansında olmuş, Zığ qəsəbəsi, Hovsan yolu ünvanda yerləşən  qeyri-yaşayış sahəsi xidməti məqsədlər üçün “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istifadəsinə verilmişdir. 2010-cu ildə bu qeyri-yaşayış sahəsinin inzibati və yardımçı binalarında  müasir standartlar səviyyəsində yenidənqurma və əsaslı təmir işləri aparılmış, ətraf ərazilər abadlaşdırılmış və yaşıllaşdırma tədbirləri görülmüşdür.
11.11.2011
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların emalı departamentinin (TED) fəaliyyət sahələrindən biri də  ərsin parafininin təmizlənməsidir. 2007-ci ildə  QSC-nin istehsalat sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  müasir  standartlara cavab verən  yeni parafin təmizləmə sexi inşa edilərək istifadəyə verilmişdir. TED-nin   8-ci sahəsi kimi  fəaliyyət göstərən bu sexdə bir ildə “BP Exploreyşn” (CASPİAN SEA) LTD-dən daxil olan 100-150 tona qədər ərsin parafininin təmizlənməsi həyata keçirilir. Cari ilin müvafiq dövründə isə “Sifarişçi” təşkilatdan daxil olan 99 tona qədər parafin təmizlənmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | [62] | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.