ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

28.09.2011
      Azərbaycanın Avropaya inteqrasiyası və dinamik inkişafı şəraitində respublikamızda fəaliyyət göstərən müəssisə və təşkilatların beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməsi zamanın tələbidir. Bununla əlaqədar olaraq, öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  də prioritet hədəflərindəndir. Qeyd olunduğu kimi, ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC,   hələ fəaliyyətinin ilk illərində  TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini  bu standartların tələblərinə uyğun olaraq   qurmuşdur.
27.09.2011
Azərbaycan  Respublikasının  dövlət müstəqilliyinin bərpasının 20–ci ildönümü ölkəmizdə dövlət səviyyəsində  geniş qeyd olunur. 20 illik yubiley münasibətlə ölkəmizin hər yerində silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində respublikamızın  qısa müddətdə qazandığı uğurları, müvəffəqiyyətləri və nailiyyətləri əyani olaraq nümayiş etdirmək məqsədilə, “Bakı Ekspo” sərgi mərkəzində “Azərbaycan  20 ildə “ adı altında  Milli Sərgi təşkil olunmuşdur. Sərgi müstəqillik illərində  Azərbaycan Respublikasının  keçirdiyi zəngin  inkişaf yolunda qazandığı parlaq qələbələri və nailiyyətləri təbliğ etmək məqsədini daşıyır.
26.09.2011
      Yeni Azərbaycan Partiyasının uğurlu və praqmatik siyasi kursu sayəsində  Azərbaycan  sürətli dinamik inkişafa, dünya dövlətlərinə inteqrasiyaya nail olmuş,  daxili və xarici siyasətində müstəsna nailiyyətlər əldə etmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP hazırda dünyanın nüfuzlu siyasi partiyaları sıralarında özünə layiqli yer tutmuşdur. 20 ilə yaxındır ki, iqtidarda olan Yeni Azərbaycan Partiyasının siyasi kursu partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müdrikliklə həyata keçirilir. Bu tarixi həqiqətləri dərk edən Azərbaycan cəmiyyəti, xüsusilə ziyalılar və gənclər bu siyasi partiya  ətrafında daha da sıx birləşərək,  partiyanın siyasi kursunun uğurla davam etdirilməsində və respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Hazırda  600 mindən çox  ziyalı və gənc bu siyasi partiya ətrafında sıx birləşmişdir.
23.09.2011
     Sentyabrın 22-də Bakıda, Avropa otelində Xəzər-Avropa İnteqrasiya İşgüzar     Klubuna (CEIBC) üzvü olan şirkətlərin nümayəndələri ilə ARDNŞ-nin I-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüş keçirilmişdir. Görüşə klub üzvləri ilə yanaşı Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Fransa, Ukrayna, Latviya, Litva, İran və digər ölkələrin  diplomatik nümayəndələri də qatılmışlar. Bu görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-ni baş direktor Ramil Əliyev və baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov təmsil etmişlər.
21.09.2011
    Hər il 20 sentyabr, “Neftçilər günü” respublikamızda böyük təntənə və bayram əhval – ruhiyyəsi ilə qeyd olunur, respublikamızın iqtisadiyyatının dinamik inkişafında misilsiz  fədakarlıq göstərən bu peşə sahiblərinin əməyinə xüsusi diqqət və rəğbət göstərilir.
19.09.2011
     ARDNŞ-nin neft sənayesi sahələrində  ekoloji vəziyyətin yaxşılaşdırılması  sahəsində tədbirlər davam edir. Bu tədbirlər planı çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2011-ci ildə NQÇİ-nin mədən ərazilərində  həyata keçirdiyi  ekoloji layihələr keyfiyyətlə və vaxtında icra olunur və bu ərazilərin əvvəlki görkəmi özünə qaytarılır.
15.09.2011
   “Ekol Mühəndislik xidmətləri” QSC 2011-ci ildə həyata keçirdiyi ekoloji layihələrdən biri də  “Azneft” İstehsalat Birliyinin Qaraçuxur İriləşmiş Neft Mədənləri (İNM) ərazilərində  neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsidir.  Uzun illər neftin hasil edilməsi ilə əlaqədar olaraq, bu ərazilərin çox hissəsi çirklənməyə məruz qalmış və ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur.
14.09.2011
   QSC-nin istehsalat sahələrində iş rejiminin fasiləsizliyinin və texniki təhlükəsizliyinin təmin olunması üçün,  nəzarət ölçü vasitələrinin  saz vəziyyətdə olması  və mütəmadi yoxlanılması əsas şərtlərdən biridir. Odur ki, QSC-nin Ekoloji monitorinq departamenti istehsalat sahələrində olan  nəzarət ölçü cihazlarının  dəqiq işləməsini daimi diqqət mərkəzində saxlayır və vaxtlı-vaxtında  yoxlamadan keçirilməsini həyata keçirir. Hazırda QSC-nin istehsalat sahələrində  istismarda olan  267 ədəd ölçü vasitələri işlək vəziyyətdədir. Onların iş proseslərində texnoloji rejimin reqlament normalarını düzgün göstərməsinə daimi nəzarət edilir.
12.09.2011
      Daimi inkişafda olan  “Ekol Mühəndislik Xidmətləri” QSC  öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq üçün mütəmadi  tədbirlər həyata keçirir. Əsasən ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC,   hələ fəaliyyətinin ilk illərində  TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini  bu standartların tələblərinə uyğun olaraq   qurmuşdur.
08.09.2011
      “Ekol Mühəndislik Xidmətləri” QSC  2011-ci ildə  icra etdiyi  ekoloji layihələrin vaxtında və keyfiyyətlə  yerinə yetirilməsi üçün  bütün zəruri tədbirləri həyata keçirir. QSC-nin cari ildə “Azneft” İB-nin sifarişi ilə  icra etdiyi  ən önəmli layihələrdən biri  isə, “H.Z.Tağıyev adına NQÇİ-nin  2 saylı  NQÇS-nin  köhnə Qala yatağının  ərazisində yerləşən, Qala gölünün ətrafında olan neftlə çirklənmiş sahələrin  təmizlənməsi işlərinin yerinə  yetirilməsi” layihəsidir.
05.09.2011
      2011-ci ildə ARDNŞ-nin Neftqazçıxarma idarələrinin mədən ərazilərində  ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planında, neftlə çirklənmiş torpaqların təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq,   bir çox NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələri uğurla həyata keçirilir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də “Ekol Mühəndislik Xidmətləri” QSC  bu layihələrin  icra olunmasında  fəal iştirak edir.    
30.08.2011
      Avqustun 30-da dünya müsəlmanları Ramazan  bayramını böyük təntənə ilə qeyd edəcəkdir. Həqiqətən də Ramazan – Fitr  bayramı müsəlmanların ən böyük bayramlarındandır.  Bunun mahiyyəti isə  ilk növbədə insan ruhunun  yeniləşməsi, saflaşması, ilahi ab-havaya qərq olması ilə bağlıdır. Xeyir-bərəkətlə dolu Ramazan ayını başa vururuq. Bizlər bu ayın hər gününü Allaha doğru yüksələn bir pillə sanıb, addım-addım yüksəldiyimiz pillələrin  ən sonuna - 30-cu pilləyə, yəni mənəvi zirvəyə çatırıq. Arxaya çevrilib baxdıqda və ruhumuza nəzər saldıqda özümüzü bir ay öncədən  30 pillə yüksəklikdə görürük. Elə Ramazan ayının bitməsi də bu yüksəlişin qeyd olunmasıdır.   Bu bayram sevinci Ramazan ayında yüksəlişə  nail olmamızın, Allaha doğru gedən yolda daha 30 pillə yüksəldiyimizin, yeni ilahi zirvələr fəth etdiyimizin, günahlardan təmizlənməyimizin və Allaha daha da yaxın olmağımızın sevincidir.
27.08.2011
     Xəbər verildiyi kimi neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərinin daha da təkmilləşdirilməsi məqsədilə, cari ilin əvvəlində  QSC Hollandiya-İtaliya istehsalı olan 1 ədəd 3 fazalı dekantor qurğusu almışdır. Qurğunun istismara verilməsi üçün operativ olaraq quraşdırma işlərinə başlanılmış,   qurğuya lazım olan yeni su və buxar xətləri  çəkilişdir.
22.08.2011
      2011-ci ildə “Ekol Mühəndislik  Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrə “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən ərazisindəki  23.7  hektar neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihəsi də  daxildir. QSC-nin Ekoloji Monitorinq Departamentinin  apardığı  monitorinq işləri nəticəsində layihə ərazisində 125 min m3-dən çox müxtəlif dərəcəli çirklənmə parametrlərinə malik neftşlam və 70 min m3-dən çox mədən axıntı sularının olduğu müəyyən edilmişdir. Çirklənmə parametrlərindən asılı olaraq 98,7 min m3 neftşlamın bioremediasiya sahəsinə daşınaraq utilizasiya olunması nəzərdə tutulmuşdur.
19.08.2011
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin çoxşaxəli  fəaliyyət sahələri, həyata keçirdiyi prioritet ekoloji layihələr və modern maddi-texniki bazaya malik olması təkcə respublikamızda deyil, xarici dövlətlərdə fəaliyyət göstərən analoji şirkətlərin də böyük marağına səbəb olmuşdur. Elə buna görə də,  son illərdə bir çox xarici şirkətlər QSC ilə əməkdaşlıq əlaqələrinin qurulmasına  maraq göstərir və  bu istiqamətdə silsilə görüşlər keçirilir. Belə növbəti  görüşlərdən biri də  avqustun 17-də, QSC-nin baş ofisində  Rusiya FR-da fəaliyyət göstərən  “Mirriko” ŞQ –nun təşəbbüsü ilə keçirilmişdir.
10.08.2011
        “Ekol Mühəndislik Xidmətləri” QSC  fəaliyyətə başladığı ildən  istehsalat sahələrinin modernləşdirilməsinə   və maddi texniki bazasının  müasir qurğu və avadanlıqlarla təchiz olunmasına böyük önəm verir. Bu məqsədlə dünyanın analoji şirkətləri ilə  vaxtaşırı görüşlər keçirilir və əməkdaşlıq əlaqələri genişləndirilir. Hazırda QSC-nin texniki  parkında  neftşlamın emalı və zərərsizləşdirilməsi, eləcə də çirkab suların  təmizlənməsi sahəsində  Almaniyanın, İsveçrənin, Hollandiya və İtaliyanın  tanınmış şirkətlərinin istehsalı olan ən müasir qurğularından istifadə edilərək yüksək nəticələr əldə olunur.
08.08.2011
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də neftlə çirklənmiş torpaqların  təmizlənməsidir. Bu sahədə  QSC fəaliyyətini həyata keçirən Torpaqların Rekultivasiyası Departamenti (TRD) tərəfindən, ötən illərdə ARDNŞ-nin fəaliyyət sahələrində 100 hektarlarla çirklənmiş torpaq sahələri təmizlənmiş və  həmin ərazilərdə landşaftın bərpası təmin  olunmuşdur.
05.08.2011
Ötən illərdə olduğu kimi, 2011-ci ildə də  Elektromexanika sexinin kollektivi QSC-nin istehsalat  sahələrində istismarda olan  qurğu və avadanlıqlara   peşəkarlıqla xidmət göstərmişlər.
02.08.2011
     2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  həyata keçirdiyi prioritet ekoloji  layihələrdən biri  də, öz tarixiliyi ilə səciyyələnən Qala kəndinin ərazisində yerləşən,  ümumi sahəsi 76 hektar olan gölün  ətrafındakı neftlə çirklənmiş sahələrin təmizlənməsidir.
01.08.2011
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  ümumi fəaliyyətində və ekoloji layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsində Nəqliyyat və xüsusi texnika şöbəsinin  (NXTŞ)  rolu böyükdür. Ötən illərdə olduğu kimi    2011-ci ilin I-ci  yarım ilində də, NXTŞ öz nəqliyyat və xüsusi texnikaları ilə  QSC-nin fəaliyyət sahələrində  yaxından iştirak  etmiş  və bir sıra ekoloji layihələrin həyata keçirilməsində üzərinə düşən  vəzifələri layiqincə yerinə yetirmişdir. İstehsalat sahələrinin xüsusi texnika ilə təmin olunması və nəqliyyat xidmətlərinin göstərilməsi yüksək səviyyədə təşkil olunmuşdur.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | [64] | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.