ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

14.07.2021
Yay mövsümü ilə əlaqədar respublikamızın bağçılıq təsərrüfatlarında və yaşıllaşdırma sahələrində  mövsümü işlər geniş vüsət almışdır. "Ekol  Mühəndislik  Xidmətləri" QSC-nin xidmət  göstərdiyi  yaşıllaşdırma sahələrində də yay  mövsümünə  uyğun  işlərin icrasına başlanmış və hal-hazırda davam etdirilir. Bununla əlaqədar olaraq, QSC-nin “Eko park” İnnovasiya Mərkəzində,  xidmət göstərdiyimiz SOCAR-ın  Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi mərkəzində və Torpaqların Rekultivasiyası Departamentinin 1-ci ("Abşeronneft" və H.Z. Tağıyev adına  NQÇİ-nin reabilitasiya olunmuş mədən əraziləri) və 2-ci ( SOCAR-ın Qaz Emalı Zavodunun  ərazisi və “BibiHeybətneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən əraziləri) sahələrində  məqsədyönlü  aqrotexniki  tədbirlər  həyata  keçirilir.
12.07.2021
Karantin günlərində  (30 iyun – 7 iyul 2021)  Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
05.07.2021
     Alman - Azərbaycan Xarici Ticarət palatası QSC - yə 2021-ci il üçün üzvlük sertifikatını təqdim etmiş və bu təqdimata görə öz məmnunluqlarını bildirmişlər.
01.07.2021
Karantin günlərində (22 iyun - 29 iyun 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
26.06.2021
Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi nizami ordu quruculuğunun sürətlə inkişafı və təkmilləşdirilməsi, müdafiə qüdrətimizin artırılması istiqamətində də məqsədli tədbirlər həyata keçirməyə başlandı. 1991 -ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. 1998-ci il may ayının 22-də isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, 26 iyun - “Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü” elan olundu. Hər il bu şanlı tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
17.06.2021
Karantin günlərində ( 7 iyun – 15 iyun 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
15.06.2021
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.
11.06.2021
10 iyun 2021-ci il tarixində Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanmışdır. Cəmiyyətin bütün struktur bölmələri üzrə keçiriləcək xarici auditdə Baş auditor Xatirə Salahova, TSİ-nun Azərbaycandakı təmsilçiləri Gülhan Arzu Yüzereroğlu və Namiq Həsənov iştirak edirlər. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev xarici auditor təmsilçisi Xatirə Salahova ilə görüşmüş, onu səmimi salamlayaraq ötən dövr ərzindəki fəaliyyət barədə ətraflı məlumat vermişdir. Audit zamanı Cəmiyyətimizin 2012-ci ildə qəbul etdiyi OHSAS 18001:2014 “Əməyin mühafizəsi və təhlükəsizliyi” Beynəlxalq Standartının yeni 45001:2018 versiyası ilə əvəz ediləcəyi və  İSO 45001:2018 “Əməyin mühafizəsi və təhlükəsizliyi” Beynəlxalq Standartı yüksək səviyyəli quruluşa malik olmaqla İSO 9001-2015 və İSO 14001-2015 Standartlarına uyğunluğu haqqında məlumat verilmişdir ki, bu da digər İnteqrə Etmə Sistemlərinə asanlıqla inteqrasiyanı təmin edir.
07.06.2021
Karantin günlərində (26 may – 5 iyun 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
04.06.2021
XX əsrdə planetimizdə ekoloji problemlər kəskin olaraq artmağa başlamış və qlobal bir səviyyəyə gəlib çatmışdır. Belə bir şəraitdə əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi həlli vacib bir məsələyə çevrilmişdir. Bununla əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında  ətraf mühit məsələləri diqqət mərkəzində olmuş və problemin aktuallığı nəzərə alınaraq 5 iyun – “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verilmişdir. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
31.05.2021
Karantin günlərində (19 may – 25 may 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
28.05.2021
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan 28 – May Respublika Gününü bayram günü kimi qeyd edirlər.
19.05.2021
Karantin günlərində (06 may – 18 may 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
13.05.2021
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra,  Ramazan bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr  tarixli  “Azərbaycan Respublikasının bayramları haqqında”  qanuna əsasən dövlət səviyyəsində qeyd olunmaqla başlanmışdır.
10.05.2021
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Azərbaycanın memarı və respublikamızın inkişafında misilsiz xidmətləri olan bu tarixi şəxsiyyətin ölməz ruhu, əziz xatirəsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi, kollektivi tərəfindən hədsiz məhəbbət və böyük ehtiramla anılmışdır. 
09.05.2021
Bu gün 9 May – Qələbə günüdür. Alman faşizmi üzərində qələbədən 76 il ötür.  Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Azərbaycanlılar bu müharibədə istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişdir. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olmuşdur. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və Sovet İttifaqı Qəhrəmanları  öz şücaətləri ilə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbhəxanasına çevrilib.  Böyük çətinliklərə baxmayaraq,  neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib,  cəbhəni və sənayeni yanacaqla təmin ediblər.  Neftçilərin fəal əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib. 1941 – ci ildə 23,5 milyon ton  “qara qızıl” çıxarılıb. Bu SSRİ – də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə  müharibə illərində Azərbaycan neftçiləri ölkəyə  75 milyon ton neft, 22  milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
07.05.2021
Karantin günlərində (28 aprel - 05 may, 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
29.04.2021
Aprelin 28-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də “Böhranı görmək, ona hazırlıqlı olmaq və reaksiya vermək – Dayanıqlı Təhlükəsizlik Sisteminə İnvestisiya qoyun” devizi altında “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” qeyd edilmişdir. 
29.04.2021
Karantin günlərində (20 - 27 aprel 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
20.04.2021
Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də reabilitasiya olunmuş mədən  ərazilərində, xidmət göstərdiyimiz sahələrdə, o cümlədən inzibati binaların ətrafında yaz mövsümü ilə əlaqədar mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilməsindən ibarətdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | [14] | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.