ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

05.07.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də neft sənayesi sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi və landşaftın bərpasından ibarətdir. Bu işlər əsasən Torpaqların Rekultivasiyası Departamenti (TRD) tərəfindən həyata keçirilir. 
28.06.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE) auditorları tərəfindən 27.06.2019-cu il tarixdən başlayan audit, şəffaf və işgüzar şəraitdə keçmiş, 28.06.2019-cu il tarixində başa çatmışdır.Bununla əlaqədar olaraq, davam edən xarici auditin Cəmiyyətin baş ofisində qapanış toplantısı keçirilmişdir. Toplantıda rəhbərlik, departament, sex və şöbə rəisləri, həmçinin TSE-nun Azərbaycandakı auditorları  Xatirə Salahova, Osman Levent Demirçi iştirak etmişlər. 
27.06.2019
27 iyun 2019-cu il tarixində Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanmışdır. Cəmiyyətin baş ofisində keçirilən auditin açılış toplantısında rəhbərlik, departament və şöbə rəisləri, həmçinin TSİ-nun Azərbaycandakı təmsilçisi Gülhanarzu Yüzereroğlu, auditorlar Osman Levent Demirçi, Xatirə Salahova, Mustava Tekin və Namiq Həsənov iştirak etmişlər. QSC-nin Baş direktoru Ramil Əliyev TSİ-nin təmsilçilərini və toplantı iştirakçılarını səmimi salamlayaraq ötən dövr ərzindəki fəaliyyət barədə onlara ətraflı məlumat verdi. Daha sonra Ramil Əliyev bildirdi ki, “Ekol Mühəndislik Xidmətləri” QSC 2018-ci ildə İSO 9001-2015 “Keyfiyyət İdarəetmə Sistemi”  və İSO 14001-2015 “Ətraf mühit İdarəetmə Sistemi” yeni versiya üzrə sertifikatlara layiq görülmüşdür. Bu il isə  İSO 14001-2015 “Ətraf mühit İdarəetmə Sistemi” üzrə sertifikat yeniləmə auditi keçiriləcək.
20.06.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas istiqamətlərindən biri də (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) çökdürücü göllərə yığılmış neftşlamın və sənaye-çirkab sularının mexaniki təmizləyici qurğular vasitəsi ilə təmizləməkdən ibarətdir.
14.06.2019
İyunun 14-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş ofisində və  xidmət sahələrində Milli  Qurtuluş  Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü açan “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş direktoru Ramil Əliyev Qurtuluş Günü  münasibətilə kollektivi təbrik edərək müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.
10.06.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş direktorunun 08 May 2019-cu il tarixli 01 saylı sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, Cəmiyyətdə çalışan fəhlə və sürücülərin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən, iyun ayının 10-dan texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahan başlanmışdır.
10.06.2019
23.05.2019-cu il tarixində Tullantıların İdarə Edilməsi Mərkəzində Norveçin “Equinor” (ex.Statoil) şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
04.06.2019
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, Ramazan bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.
04.06.2019
5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”-nün qeyd olunmasına, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır. Hər il bu təşkilat tərəfindən 5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.
29.05.2019
Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq “Xəzər Neft və Qaz” Caspian Oil and Gas” sərgi və konfransı özünün 26-cı ilini qeyd edir. 29 may - 1 iyun 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Oil and Gas” sərgisində əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir.
27.05.2019
Mayın 27-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində, istehsalat sahələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının  101-ci ildönümü və 28 May-“Respublika Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.
27.05.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC fəaliyyətini ISO 9001-2015, ISO 14001-2015 və OHSAS 18001-2008 Standartlarının tələblərinə uyğun qurmuşdur. Bu da öz növbəsində İMS sənədlərinin aktuallaşdırılmasını, ümumilikdə menecment sistemlərinə yanaşmanın dəyişməsini tələb edir. Standartların yeni versiyası təşkilatın davamlı inkişaf və səmərəliliyinin artırılmasına nail olmaq məqsədi daşıyır.
24.05.2019
23 may 2019-cu il tarixində Bakı İdman Sarayında Futzal üzrə Azərbaycanın Kubokunun final görüşü keçirilmişdir.
21.05.2019
17.05.2019-cu il tarixində Yüksək Liqada bürünc medal uğrunda qarşılaşma keçirilmişdir. Bakı İdman sarayında baş tutan oyunda “Ekol” FK və “Neftçi” İK İB komandaları qarşılaşmışlar. Əzəli rəqiblər bu dəfə bürünc medalın taleyinə aydınlıq gətirdilər. Oyunda hesabı “Ekol” FK açdı. Namiq Məmmədkərimov bu qarşılaşmada iki qol vurmaqla hesabındakı qolların sayını 76-ya çatdıraraq bombardirlər siyahısında ikinci oldu. Sonrakı dəqiqələrdə “Ekol” FK daha iki qol vuraraq fasiləyə 4:2 hesablı qələbə ilə yollandı. İkinci hissədə qapılara qol vurulmadı. “Ekol” FK “Neftçi” İK İB üzərində 4:2 hesablı qələbə qazanaraq Yüksək Liqanın bürünc medalını qazandı.       
17.05.2019
Güclü maddi texniki bazaya və peşəkar kadr potensialına malik olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2019-cu ildə “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərini layiqincə yerinə yetirir.
10.05.2019
Respublikamızın hər yerində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü böyük təntənə ilə qeyd edilir və silsilə tədbirlər keçirilir. Azərbaycanın memarı və respublikamızın inkişafında misilsiz xidmətləri olan bu tarixi şəxsiyyətin ölməz ruhu dərin ehtiramla yad edilir.
08.05.2019
2019-cu il may ayının 7-də QSC-də  rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  96-cı ildönümünə həsr olunmuş nərd turniri keçirilmişdir. Turnirə QSC-nin ayrı-ayrı istehsalat sahələrindən 32 nəfər nərd həvəskarı qatılmışlar.
02.05.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-də Elektromexanika sexinin kollektivi istehsalat  sahələrində istismarda olan qurğu və avadanlıqlara peşəkarlıqla xidmət göstərirlər. Kollektivin işgüzar səyi nəticəsində təmizləyici, ötürücü və emal qurğularında  vaxtaşırı cari və əsaslı təmir işləri aparılır ki, bu da təmizləmə və emal proseslərinin kəmiyyət və keyfiyyətinə öz müsbət təsirini göstərir.  Bununla yanaşı sex tərəfindən sıradan çıxmış  kommunikasiya xətləri yeniləri ilə əvəz edilmiş, QSC-nin  elektrik təsərrüfatında  zəruri təmir və profilaktika işləri keyfiyyətlə yerinə yetirilmişdir. 
01.05.2019
Futzal üzrə Azərbaycan kubokunun ¼ final oyunları keçirilmişdir.  30.04.2019-cu il tarixində Bakı İdman sarayında baş tutan futzal üzrə Azərbaycan kubok oyunlarında “Ekol” FK “Araz” komandası ilə qarşılaşmışdır. Qarşılaşmanın gərgin idman mübarizəsi şəraitində keçəcəyi əvvəlcədən hiss olunurdu. Fasiləyə üstün yollanan “Araz” (0:1) ikinci hissədə “Ekol” FK-nın qollar vurmasına mane ola bilmədi. Rəqib komanda 32-ci dəqiqədə bərabərliyi bərpa etsə də oyunun başa çatmasına 44 saniyə qalmış “Ekol” FK-un oyunçusu Çovdarov qarşısı alınmaz zərbə ilə oyunun taleyini həll etdi. Nəticədə “Ekol” FK “Araz” komandası üzərində 5:4 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə qazandı. 
29.04.2019
Aprelin 27-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün fəaliyyət sahələrində iməcilik keçirilmişdir. İməcilikdə rəhbərlik və kollektivin çoxsaylı nümayəndələri iştirak etmişlər. Tədbir “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət göstərdiyi SOCAR-ın Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisində yerləşən QSC-nin  Tullantıların Emalı Departamentinin 4, 5 və 6 saylı istehsalat sahələrində, SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində və SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzinin ərazisində eləcədə də, “Azneft” İB-nin  “BibiHeybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki yaşıllıq sahələrində  keçirilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | [22] | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.