ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

08.04.2019
Futzal üzrə Azərbaycan çempionatının 25-ci turunda “Ekol” FK ilə “Yasamal” İSK qarşılaşmışlar.
04.04.2019
2018-ci il ərzində Kargüzarlığa və icraya nəzarət şöbəsinin rəisi, Tullantı mərkəzinin Qazma şlamı emal edən B qurğusunun istehsalat prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə mühəndisi, EMD-nin Kompleks tədqiqatlar laboratoriyasının kimyaçısı “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən təşkil edilmiş təlimatlandırma kurslarında iştirak etmişlər.
29.03.2019
Martın 29-da QSC-nin istehsalat sahələrində “31 mart-Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilmişdir.
13.03.2019
Azərbaycan  kubokunun 1/8 final  mərhələsinin növbəti oyununda Yüksək və Birinci  liqaların “ikinciləri”  qarşılaşmışlar. 5 mart 2019-cu  il Olimpik Starda baş  tutan oyunda  “Standart” komandası  6 dəqiqə tab gətirə bildi.  Ardıcıl iki qol vuran “Ekol” FK fasiləyə 5:1 hesablı qələbə ilə yollandı. Daha maraqlı keçən ikinci hissə hər iki qapıçının  qarşılıqlı  qollar  vurması  ilə  yadda  qaldı.  Sonda 1/4 final  mərhələsinə daha  təcrübəli  “Ekol”  FK  komandası  Standart  üzərində  8:4 hesablı qələbə qazanaraq adladı.  
07.03.2019
8 Mart - Beynəlxalq Qadınlar Gününün  bayram edilməsi 1910-cu ildə, Kopenhagendə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. Artıq  bir əsrdən artıqdır ki, bütün  dünya ölkələri  8 Mart Beynəlxalq Qadınlar Gününü  sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər.
04.03.2019
Futzal üzrə Azərbaycan çempionatının 20-ci turunda “Ekol” FK ilə “Neftçi” FK qarşılaşmışlar. 
01.03.2019
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il 1 mart bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 100-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yayılması, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
26.02.2019
Ötən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yer üzündən silmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirmişlər. 1275 nəfərin əsr götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz iz buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayətin və qəddarlığın təcəssümü kimi qiymətləndirmişdir. 
25.02.2019
Futzal üzrə Azərbaycan çempionatının 19-cu turunun sonuncu oyunu “Liman”- “Ekol” qarşılaşması ilə başa çatmışdır.
18.02.2019
14.02.2019-cu il tarixdə keçirilmiş görüşdə SOCAR-ın Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasiyev, Tullantıların İdarə Edilməsi Mərkəzinin rəisi Orxan Qəndilov, Tullantıların İdarə Edilməsi Mərkəzinin rəis müavini Rəşad Rəcəbov, “SUEZ” şirkəti tərəfindən Azərbaycanda şirkətin filial müdiri Alain Carbonet, müştərilərlə iş üzrə menecer Nəriman Kərimli, Türkiyə regionu üzrə satış direktoru  Domenico Ascione, Sənaye layihələri və servisləri üzrə baş proses meneceri Jerome Braksmeyer və digər nümayəndələr iştirak etmişlər.
18.02.2019
Futzal üzrə Azərbaycan çempionatının 18-ci turunda “Ekol” FK “Yasamal” İSK ilə qarşılaşmışdır.
14.02.2019
2018-ci il ərzində Tullantıların İdarə Edilməsi Mərkəzində, Ekoloji Monitorinq Departamentində, Elektromexanika sexində, Texniki Təhlükəsizlik şöbəsində, Kargüzarlıq və icraya nəzarət şöbəsində çalışan şöbə rəisləri, mühəndis-texniki işçiləri və elektrik montyorları “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən təşkil edilmiş təlimatlandırma kurslarında iştirak etmişlər.
12.02.2019
Tullantıların Emalı Departamentinin bütün istehsalat sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi, təmizləyici və emal qurğularının fasiləsiz iş rejimində işləməsi üçün vaxtlı-vaxtında profilaktiki, cari təmir işləri yerinə yetirilir. Bunları nəzərə alaraq 4 saylı istehsalat sahəsində bir sıra işlər həyata keçirilmişdir, belə ki, həmin sahədə 1-ci mexaniki təmizləmə sisteminin nasosxanasında 2 saylı mərkəzdənqaçma nasosu əsaslı təmir edilərək, boru xətləri yenilənmiş, yoxlamadan keçirilərək istismara buraxılmışdır.
05.02.2019
Güclü maddi texniki bazaya və peşəkar kadr potensialına malik olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2018-ci ildə “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişdir.
24.01.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexinin işçiləri üzərlərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək uğurla həyata keçirirlər. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji yönümlü layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.
21.01.2019
Bu gün 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 29-cu ildönümü xalqımız tərəfindən dərin hüznlə yad edilir. 1990-cı ilin yanvarın 20-də keçmiş sovet imperiyasının hərb texnikaları Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
16.01.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər xidmətləri həyata keçirmişdir.
04.01.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-də sənaye çirkab sularının təmizlənməsinin, neftşlamın emalı və zərərsizləşdirilməsinin, eləcə də parafinin təmizlənməsinin kəmiyyət və keyfiyyət göstəriciləri  istifadə etdiyi mexaniki və avtomatlaşdırılmış qurğuların, mexanizmlərin fasiləsiz və saz vəziyyətdə işləməsindən xeyli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq, QSC-nin istehsalat sahələrində istismarda olan qurğu və mexanizmlərin fasiləsiz iş rejiminin təmin olunması üçün Elektromexanika sexinin kollektivi  təmir, texniki nəzarət və profilaktika işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsini  peşəkarlıqla həyata keçirirlər.
27.12.2018
SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, SOCAR-ın “Azneft” İB-nin NQÇİ-lərinin və Qaz Emalı Zavodunun reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
20.12.2018
19.12.2018-ci il tarixində futzal üzrə yüksək liqada 2-ci dövrənin son oyunları keçirildi. 14-cü tura liderlərin “Ekol” FK və “Araz” dueli ilə Bakı Olimpik Starda start verildi. Bu oyuna qədər “Araz” “Ekol”u cəmi bir xalla qabaqlayırdı. Oyuna marağı artıran məqam da bu idi. 

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | [23] | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.