ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

04.09.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin və ailə üzvlərinin sosial müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili daim rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin diqqətində olan önəmli məsələlərdən biridir. Bütün bunlar əmək kollektiv müqaviləsində öz əksini tapmış və müqavilə şərtlərinə uyğun olaraq məqsədli tədbirlər həyata keçirilmişdir.
31.08.2018
     Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də reabilitasiya olunmuş mədən  ərazilərində, o cümlədən inzibati binaların ətrafında yay mövsümü ilə əlaqədar mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş ağac və bəzək kollarına aqrotexniki  xidmətlərin göstərilməsi işləri davam etdirilir. 
10.08.2018
Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq biliklərinin, istehsalat təcrübələrinin artlrılaraq onların bacarıqlı bir mütəxəssis kimi formalaşması üçün “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.
02.08.2018
    “Ekol Mühəndislik Xidmətləri” QSC-də 03.07.2018-06.07.2018-ci il tarixləri arasında Türk Standartları İnstitutu (TSE) tərəfindən ISO 9001-2015 və ISO 14001-2015 versiyaları ilə əlaqədar audit keçirilmişdir.
31.07.2018
Social protection, health care, leisure activities for the employees who works at CJSC and their familiy members is one of the most important issues for the management and Trade Union Committee of “Ekol Engineering Services” CJSC.In accordance with the collective labor agreement, the management of CJSC together with Trade Union Committee carries out the necessary actions in this regard every summer season.      
31.07.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin və ailə üzvlərinin sosial müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili daim rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin diqqətində olan önəmli məsələlərdən biridir. Bütün bunlar kollektiv müqaviləsində öz əksini tapmış və müqavilə şərtlərinə uyğun olaraq məqsədli tədbirlər həyata keçirilir.
19.07.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də sənaye-çirkab sularının texnoloji reqlamentə uyğun  və keyfiyyətlə təmizlənməsidir. Bu məqsədilə Tullantıların Emalı Departamentinin (TED) xidmət sahələrində  mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
11.07.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına NEZ-nun (9-cu sahəsi) Tullantıların Emalı Departamentin (TED) 6-cı sahəsinə texnoloji proseslər nəticəsində daxil olan sənaye-çirkab sularını norma həddinə qədər təmizlənməsi və təkrar NEZ-in istifadəsinə verilməsidir.
06.07.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE) auditorları tərəfindən 03.07.2018-ci il tarixdən başlayan audit, şəffaf və işgüzar şəraitdə keçmiş, 06.07.2018-ci il tarixində başa çatmışdır.
03.07.2018
3 iyul 2018-ci il tarixində Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanmışdır. Cəmiyyətin baş ofisində keçirilən auditin açılış toplantısında rəhbərlik, departament və şöbə rəisləri, həmçinin TSİ-nun Azərbaycandakı təmsilçisi Gülhanarzu Yüzereroğlu, auditorlar Selim Çelebi, Xatirə Salahova və Namiq Həsənov iştirak etmişlər. QSC-nin Baş direktoru Ramil Əliyev TSİ-nin təmsilçilərini və toplantı iştirakçılarını səmimi salamlayaraq ötən dövr ərzindəki fəaliyyət barədə onlara ətraflı məlumat verdi. Daha sonra Ramil Əliyev bildirdi ki, bu il İSO 9001-2015 “Keyfiyyət İdarəetmə Sistemi” və İSO 14001-2015 “Ətraf mühit İdarəetmə Sistemi” yeni versiyaya keçid, İSO 9001-2015 “Keyfiyyət İdarəetmə Sistemi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi” sertifikat yeniləmə auditi keçiriləcəyini bildirdi.  
29.06.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də neft sənayesi sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi və landşaftın bərpasından ibarətdir. Bu işlər əsasən Torpaqların Rekultivasiyası Departamenti (TRD) tərəfindən həyata keçirilir. 
11.06.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC fəaliyyətini ISO 9001-2015, ISO 14001-2015 və OHSAS 18001-2008 Standartlarının tələblərinə uyğun qurmuşdur. Bu da öz növbəsində İMS sənədlərinin aktuallaşdırılmasını, ümumilikdə menecment sistemlərinə yanaşmanın dəyişməsini tələb edir. Standartların yeni versiyası təşkilatın davamlı inkişaf və səmərəliliyinin artırılmasına nail olmaq məqsədi daşıyır.
05.06.2018
5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”-nün qeyd olunmasına, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır. Hər il bu təşkilat tərəfindən 5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.
05.06.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş direktorunun 10 May 2018-ci il tarixli 01/S saylı sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, Cəmiyyətdə çalışan fəhlə və sürücülərin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən, iyun ayının 5-dən texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahan başlanmışdır.
30.05.2018
Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı özünün 25 illik yubileyini qeyd edir. 29 may - 1 iyun 2018-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Oil and Gas” sərgisində əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir.
25.05.2018
2018-ci il mayın 25-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 28 May - “Respublika günü” münasibətilə tədbir keçirilmişdir.
18.05.2018
Futzal üzrə Azərbaycan çempionatı sona çatdı. 15.05.2018-ci il tarixində sonuncu 28-ci turda “Ekol” FK “Yasamal” FK ilə Bakı İdman sarayında qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Ekol” FK 7:5 hesabı ilə qalib gələrək üçüncülüyü özünə təmin etmişdir.
14.05.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2017 -ci il dekabrın 31-nə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına Uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatı
10.05.2018
Respublikamızın hər yerində xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü böyük təntənə ilə qeyd edilir və silsilə tədbirlər keçirilir. Azərbaycanın memarı və respublikamızın inkişafında misilsiz xidmətləri olan bu tarixi şəxsiyyətin ölməz ruhu dərin ehtiramla yad edilir.
10.05.2018
2018-ci il mayın 10-da QSC-nin baş ofisində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | [25] | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.