ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

09.02.2017
      Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl olunması, insanların sağlamlığının qorunması və dövlət əmlakının  yanğından mühafizə edilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin daim diqqətdə saxladığı əsas vəzifələrdən biridir. Bu məqsədlə QSC-nin istehsalat sahələrində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir.
07.02.2017
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyin təmin olunması, qurğu və avadanlıqların daimi saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi, nailiyyətlərin əldə olunması üçün əsas amillərdəndir. Bunu nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki rüblərdə olduğu kimi 2016-cı ilin  IV rübündə də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.
02.02.2017
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi əvvəlki illərdə olduğu kimi 2016-cı ilin IV rübü ərzində də üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək 2016-cı ili uğurla başa vurmuşdur. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də, xüsusi texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edib.
25.01.2017
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyəti sahələrindən biri də neft sənayesi sahələrində neftlə  çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin  göstərilməsi və landşaftın bərpasından ibarət olmuşdur. Bu işlər əsasən Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  tərəfindən həyata keçirilir.
20.01.2017
     Bu gün 1990-cı il, yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 27-ci ildönümü qədirbilən xalqımız tərəfindən dərin hüznlə yad edilir. 1990-cıl ilin yanvarın  20-də keçmiş sovet  imperiyasının hərb maşınının  Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
18.01.2017
      “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2016-cı ilin IV rübün təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirilmiş, “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirilmişdir.
17.01.2017
 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2016-cı ilin IV rübündə fəaliyyətini təsdiq etmiş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq aparmış, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir.
11.01.2017
      Toplantını giriş sözü ilə açan QSC-nin Baş direktoru Ramil Əliyev 2016-cı ilin yekunları,  il ərzində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Sonra 2017-ci ildə qarşıda duran layihələrin uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirərək yeni layihələrin icrasına start verilməsini toplantı iştirakçılarının nəzərinə çatdırmışdır.
09.01.2017
    QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 4-cü və 6-cı  sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) tullantıların idarə edilməsi, xidməti sahələrdə texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və keyfiyyətin yaxşılaşdırılması departamentin fəaliyyətinin ən mühüm vəzifələrindən  biridir.
23.12.2016
      SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi prioritet layihələrdən biri də, Azneft İB-nin “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllaşdırılması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
20.12.2016
18.12.2016-ci il tarixdə “Ekol” MFK, Bakıda təlim-məşq toplantısında olan Türkmənistanın milli komandası ilə Daxili İşlər Nazirliyinin idman zalında yoldaşlıq görüşü keçirmiş və 7:3 hesabı ilə qalib gəlmişdir.
16.12.2016
      “Ekol Mühəndislik Xidmətləri”  QSC öz  fəaliyyətində  reabilitasiya olunmuş mədən ərazilərində xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsinə,  həmçinin   mövcud  yaşıllıqlara  yüksək səviyyəli aqrotexniki xidmətlərin  göstərilməsinə böyük önəm verir  və bu istiqamətdə  bir sıra zəruri tədbirlər həyata keçirir.
12.12.2016
      12 dekabr  ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.  Hər il, 12 dekabrda  xalqımız  bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edir, təntənəli anım mərasimləri keçirilir.
09.12.2016
      09 dekabr 2016-cı il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində AMEA-nın Polimer Materialları,  “Neft və Qaz” institutunun nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru R.Əliyev, Baş direktorun müavini – Texniki direktor Məzahir Hüseynov, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri həmçinin “Neft və Qaz” institutunun nümayəndələri, Polimer Materiallar institutunun laboratoriya müdiri N.T.Qəhrəmanov, böyük elmi işçi Ü.M. Məmmədli, AMEA-nın “Neft və qaz” institutunun şöbə müdiri F. Kərimov və baş mühəndis R. Mukimov iştirak etmişlər.
05.12.2016
03.12.2016-cı il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının  VII-ci turunda “Neftçi” komandası ilə Bakı İdman Sarayında görüşmüş  və 0:0 hesabı ilə nəticələnmişdir.
30.11.2016
26.11.2016-cı il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının  VI-ci turunda “Xəmsə” komandası ilə “ABU ARENA” İdman Kompleksində görüşmüş və 10:4 hesabı ilə qələbə qazanmışdır.
28.11.2016
      Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl olunması, insanların sağlamlığının qorunması və dövlət əmlakının  yanğından mühafizə edilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin daim diqqətdə saxladığı əsas vəzifələrdən biridir.
23.11.2016
      Cari ilin qış mövsümündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində  obyektlərin və inzibati binaların qışa hazırlığının, işçilərin iş şəraitinin yaxşılaşdırılmasının  və  xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə,  təsdiq olunmuş “Qış  mövsümünə hazırlıq  tədbirlər planı” nın  icrası  başlanmışdır.
21.11.2016
19.11.2016-cı il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının  V-ci turunda “Ceyhun Spor” komandası ilə “ABU ARENA” İdman Kompleksində görüşmüş və 11:1 hesabı ilə qələbə qazanmışdır.
18.11.2016
      "Ekol Mühəndislik  Xidmətləri"  QSC-də çalışan işçi personalın sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçilər ildə bir dəfə tibbi müayinədən keçirilir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | [33] | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.