ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

16.07.2015
        Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, Ramazan bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.
07.07.2015
     "Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyət sahələrində texnoloji proseslərin təkmilləşdirilməsi və keyfiyyətin daha da artırılması istiqamətində davamlı işlər aparır.
03.07.2015
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına NEZ-nun 9-cu sexinin ərazisində texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab sularının təmizlənməsidir. Sənaye-çirkab sularının müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. QSC-nin Tullantıların Emalı Departamenti (TED) hər ay   neft emalı zavodundan təmizləyici qurğulara daxil olan 2 milyon m3-ə qədər sənaye-çirkab sularını norma həddinə qədər təmizləyərək NEZ-nun təkrar istifadəsinə verir.
23.06.2015
    Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən "Ekol Mühəndislik Xidmətləri"QSC-nin həyata keçirdiyi  layihələrdən biri də, reabilitasiya  olunmuş  mədən ərazilərində yaşıllıqların salınması və  aqrotexniki xidmətlərin göstərilməsidir.
18.06.2015
 "Ekol Mühəndislik  Xidmətləri" QSC-də  nanotexnologiyaların   əldə olunması məqsədilə növbəti görüş keçirilmişdir. Bu görüş iyunun 17-də QSC-nin baş ofisində  NANOPROTECH  şirkətinin  ACP GROUP nümayəndələri ilə keçirilmişdir.
11.06.2015
       Milli Qurtuluş Günü kimi tariximizə daxil olmuş15 iyun , Azərbaycanın ağrılı acılı günlərini yaşayan  hər bir insan üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın gələcəyində, inkişafında, müstəqilliyində müstəsna  rol oynayan ümummilli liderimiz Heydər Əliyev olmuşdur.
09.06.2015
      2 İyun tarixindən etibarən, ali təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədi ilə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantılarin Emali Departamentinin 6-cı sahəsində, Heydər Əliyev adına neft emalı zavodundan daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahəsində istehsalat təcrübəsi keçirilir.
05.06.2015
       XX əsrin ortalarında, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər öz mənfi nəticələrini büruzə verməyə başlamışdı. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. İştirakçılar problemin kəskinliyini nəzərə alaraq, bütün diqqətin ətraf mühitin mühafizəsi problemlərinə yönəldilməsini vacib bilərək, 5 iyunun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.
02.06.2015
Bu gündən Bakı EKSPO mərkəzində Xəzəryanı regionunun energetika sektorunda ən böyük tədbir sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisi və konfransı keçirilir. Sərgidə dünyanın 27 ölkəsindən 300-dən artıq şirkəti iştirak edir. Beləliklə, sərgi və konfrans uzun müddət keçirilməsinə baxmayaraq hələ də dünya neft-qaz elitasının diqqət mərkəzindədir. Azərbaycanın  paytaxtında artıq 22-ci dəfə reallaşan bu sərgiyə bütün dünyada böyük maraq var. Sərgi və onun gedişində keçirilməsi nəzərdə tutulan elmi konfrans çox böyük əhəmiyyət kəsb edir. Konfransın əsas mövzularından biri neft, qaz və energetika sahəsində mövcud vəziyyətin müzakirəsi və qarşıda duran problemlərin aradan qaldırılması yollarının araşdırılmasıdır.
01.06.2015
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun 05 may 2015 tarixli 01/S saylı Sərəncamı ilə təhlükəsizlik qaydaları üzrə bilik səviyyələrinin artırılması istiqamətində iyunun 1-dən fəhlə və sürücülərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahana başlanmışdır.
27.05.2015
     Bu ilin  may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış və istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
25.05.2015
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində  texniki təhlükəsizliyin  və yanğından mühafizənin  təmin edilməsi, təhlükəsiz  əmək  şəraitinin  yaradılması və  bu işlərin  OHSAS - 18001 beynəlxalq standartlarının tələbləri səviyyəsində təşkil etmək istiqamətində davamlı tədbirlər həyata keçirilir.  Bu məqsədlə  QSC-nin  xidmət sahələri müasir texniki təhlükəsizlik  və yanğından mühafizə vasitələri, təlimatlar və müvafiq ədəbiyyatlarla təchiz edilmiş, işçilər xüsusi geyimlər və tibbi yardım ləvazimatları ilə təmin olunmuşlar.
22.05.2015
        "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamenti (TED) sənaye-çirkab, axıntı  sularının təmizlənməsi, həmçinin neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərini mexaniki və avtomatlaşdırılmış modul  qurğular və mexanizmlər vasitəsi ilə həyata keçirir.  Odur ki, istismarda olan bu mexanizm  və qurğuların fasiləsiz iş rejiminin təmin edilməsi üçün təmir və  texniki  nəzarət işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi xüsusi  əhəmiyyət kəsb edir. Bu məqsədlə, QSC-nin aparıcı struktur bölmələrindən olan  Elektromexanika sexinin kollektivi  növbəli iş rejimində çalışaraq  yüksək  peşəkarlıqla  xidmət sahələrinə texniki nəzarət və təmir xidmətləri göstərirlər.
16.05.2015
      2015-ci ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə  əlaqədar  respublikamızda irimiqyaslı tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində də məqsədyönlü tədbirlər həyata keçirilir.  Hazırda xidmət sahələrinin  abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və yaz mövsümü işləri geniş vüsət almışdır.
15.05.2015
  "Ekol Mühəndislik Xidmətləri" QSC- nin 2014 -cü ilin yekunlarına görə illik hesabatı
14.05.2015
        Fövqəladə Hallar Nazirliyinin  Mülki Müdafiə Qoşunları MM idarəsinin  2015-ci tədris ili üçün təsdiq etdiyi MM tədbirlər planına müvafiq olaraq, 14 may 2015 -ci il tarixdə  "Ekol Mühəndiuslik Xidmətləri"      QSC-də " Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə olunmasının  təşkili" mövzusunda obyekt MM məşqi keçirilmişdir. Məşqə QSC rəhbərliyi, FHK-sı, MM qərərgahı və MM qüvvələrinin  şəxsi heyəti cəlb olunmuşlar.
08.05.2015
       Mayın 8-də,  QSC-nin  baş ofisində  Ulu öndərin 92-ci ildönümünə həsr olunmuş  anım mərasimi   keçirilmişdir.  Mərasimdə çıxış edən QSC-nin  baş direktoru Ramil Əliyev  həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və  onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən danışmışdır. 
07.05.2015
     Ulu öndər  Heydər  Əliyevin  anadan olmasının 92-ci ildönümü ilə  əlaqədar,  respublikamızda  həyata keçirilən  silsilə tədbirlər  çərçivəsində  “Ekol  Mühəndislik  Xidmətləri”  QSC-də  də  bir sıra tədbirlər nəzərdə tutulmuşdur.
06.05.2015
       "Ekol Mühəndislik Xidmətləri" QSC   məişət-fekal, sənaye-çirkab  və lay sularının yüksək səviyyədə  təmizlənməsi üçün,   müasir  texnologiyaların əldə olunması  istiqamətində axtarışlarını davam etdirir və bu məqsədlə  dünyanın  analoji şirkətləri ilə işgüzar görüşlər keçirir.   Növbəti görüş isə mayın 5-də, QSC-nin baş ofisində Almaniyanın "Mena Water" şirkətinin  icraçı direktoru Atif Gafar ilə olmuşdur.  Görüşdə QSC-nin  baş direktorun  istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini  Rəşad  İsmayılov,  əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.
02.05.2015
       Mayın 2-də kollektivin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilən iməcilik  QSC-nin  bütün xidmət sahələrini əhatə etmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | [40] | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.