ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

25.04.2015
ARDNŞ-nin  “Ətraf  mühitin  mühafizəsi” nin 2015-ci il üçün təsdiq olunmuş planına  uyğun olaraq silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində aprelin 25-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik  QSC kollektivinin çoxsaylı nümayəndələrinin iştirakı ilə bütün xidmət sahələrini əhatə etmişdir.
22.04.2015
       Neftşlam neftin hasilatı, saxlanılması, daşınması və emalı prosesində formalaşır. Neft sənayesi sahələrində  formalaşan neftşlam ətraf mühitə mənfi  təsir edən əsas amillərdən biridir. Bununla əlaqədar olaraq, neftşlamın emalı və zərərsizləşdirilməsi,  onun tərkibində olan komponentlərin təkrar xammal kimi istifadəsi günün  aktual ekoloji problemlərindəndir.
18.04.2015
      ARDNŞ-nin 2015-ci il üçün “Ətraf  mühitin  mühafizəsi” tədbirlər planına uyğun olaraq aprelin 18-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik  QSC-nin kollektivinin çoxsaylı nümayəndələrinin  iştirak ilə bütün xidmət sahələrini əhatə etmişdir.
17.04.2015
   Yazın gəlişi ilə əlaqədar olaraq, respublikamızın yaşıllaşdırma və bağçılıq təsərrüfatlarında mövsümi işlərə başlanmışdır. Baharın gəlişi ilə torpağın oyanması bağ - bağçalarda və yaşıllıq sahələrində bir canlanma yaradıb. İndi bütün  bağçılıq təsərrüfatlarında ağacların budanması, yeni ağacların əkilməsi və sahələrdə abadlıq işlərinin aparılması istiqamətində  müvafiq tədbirlər görülür.
14.04.2015
 "Ekol Mühəndislik Xidmətləri" QSC xarici əlaqələrinin genişləndirilməsi və yeni texnologiyaların axtarışı istiqamətində analoji şirkətlərlə keçirdiyi görüşlər çərçivəsində, növbəti görüş aprelin 10-da Birləşmiş Ərəb Əmirliklərinin "Black Gold Neftkimya LLC" şirkətinin nümayəndələri ilə olmuşdur.
11.04.2015
     ARDNŞ-nin  “Ətraf  mühitin  mühafizəsi” nin 2015-ci il üçün planına uyğun olaraq  silsilə tədbirlər  davam edir. Bu tədbirlər çərçivəsində aprelin 11-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilikdə QSC-nin kollektivinin xeyli sayda nümayəndələri iştirak etmişlər.
09.04.2015
     Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE)  auditorları tərəfindən aprelin 6-da başlayan, şəffaf və işgüzar şəraitdə keçirilən audit bu gün başa çatmışdır.
09.04.2015
     "Ekol  Mühəndislik  Xidmətləri" QSC 2015-ci ilin  birinci rübündə xidmət göstərdiyi  "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərinə tam əməl edərək  rübü uğurla başa vurmuşdur.
06.04.2015
 "Ekol Mühəndislik Xidmətləri" QSC-də Beynəlxalq İdarəetmə Sistemlərinin (BİS) tələblərinə əməl olunması və bu standartların dərindən mənimsənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xidmətlər BİS-nin prosedura qaydalarına uyğun olaraq göstərilir və dövrü olaraq aparılan daxili auditlər nəticəsində  aşkar edilmiş uyğunsuzluqların qısa zamanda aradan qaldırılması üçün  qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, BİS-nin tələblərinə əməl olunmasının  düzgünlüyünün  yoxlanılması  məqsədilə  nəzərdə tutulmuş vaxtlarda   üçüncü tərəf (xarici) auditləri keçirilir.
04.04.2015
      Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Ətraf mühitin mühafizəsi üzrə 2015-cü ilin Tədbirlər Planı"na uyğun olaraq, yaz mövsümi ilə əlaqədar Şirkətin bütün fəaliyyət sahələrində iməciliklərin  keçirilməsinə başlanmışdır.
31.03.2015
    Bu gün Azərbaycan tarixində  öz faciəsi, fəlakəti və qüssəsinin böyüklüyü ilə yadda qalan "31 mart- Azərbaycanlıların Soyqırımı Günü"dür . Azərbaycan Respublikasının Prezidenti,  ulu öndər  Heydər Əliyevin 26 mart 1998-ci il tarixli  fərmanı  ilə "31  mart-Azərbaycanlıların Soyqırımı Günü" elan edilmiş və həmin ildən başlayaraq, hər il bu unudulmaz tarixi gün dövlət səviyyəsində qeyd edilir. "Ekol Mühəndislik Xidmətləri" QSC-də də hər il   bu tarixi gün münasibəti ilə tədbirlər keçirilir və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Bu il də “31mart-Azərbaycanlıların  Soyqırımı  Günü” ilə əlaqədar QSC-də tədbir keçirilmişdir.
19.03.2015
       Martın 19-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində  Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edən QSC-nin baş Direktoru Ramil Əliyev bu bayramın tarixindən və milli-mənəvi dəyərlərindən danışaraq qeyd etmişdir ki, xalqımızın  özünüdərkində və təfəkkürünün inkişafında böyük rol oynayan, təbiətin  əbədi qanunları ilə həmahəng olan Novruz bayramı milli varlığımıza hopan bir el şənliyidir. Bu bayram  tarixin ən çətin  anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt gələcəyə inam  duyğusu yaratmışdır. Ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən  Novruz günlərində ölkəmizin  hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür.
12.03.2015
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi ekoloji layihələrin kəmiyyət və keyfiyyəti bilavasitə xidmət sahələrində istismarda olan qurğu və avadanlıqların  saz vəziyyətdə olması və reqlamentə uyğun istismar edilməsindən asılıdır.
06.03.2015
      8 Mart- Beynəlxalq Qadınlar  günü  hər il dünyanın bir çox ölkələrində olduğu kimi  müstəqil  Azərbaycan  Respublikasında da    böyük  təntənə ilə qeyd edilir.
05.03.2015
       "Ekol Mühəndislik Xidmətləri" QSC sənaye-çirkab, axıntı və lay  sularının təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, effektliyinin artırılması məqsədilə nanotexnologiyaların axtarışı və istehsalata tətbiqi  istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir. Bu məqsədlə dünyanın  bir çox analoji  şirkətləri ilə görüşlər keçirilir və   əməkdaşlıq əlaqələri yaradılır.
04.03.2015
     ARDNŞ-nin  fəaliyyət  sahələrində  ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair təsdiq edilmiş  tədbirlər  planı  çərçivəsində  “Ekol Mühəndislik  Xidmətləri” QSC "Azneft" İB-nin  neftqazçıxarma  idarələrinin  mədən  ərazilərində  xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsi və aqrotexniki xidmətlərin keyfiyyətinin  artırılması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir.
27.02.2015
    Beynəlxalq  Mülki  Müdafiə Təşkilatının  təşəbbüsü ilə hər il bütün dünyada 1 mart “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Təşkilatın üzvü olan Azərbaycan  Respublikasında da hər  il  bu əlamətdar gün münasibəti ilə silsilə tədbirlər  keçirilir.
26.02.2015
      Fevralın 26-da  “Ekol  Mühəndislik  Xidmətləri ” QSC- nin baş ofisində və xidmət  sahələrində  Xocalı  Soyqırımının  23-cü il  dönümü ilə əlaqədar  geniş tədbir  keçirilmiş, faciə qurbanlarının əziz  xatirəsi böyük ehtiramla yad edilmişdir.
20.02.2015
      “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətində  işçi personalının sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir və davamlı olaraq  bu istiqamətdə  məqsədyönlü  tədbirlər həyata keçirir.
19.02.2015
      "Ekol Mühəndislik  Xidmətləri"  QSC öz fəaliyyətini beynəlxalq standartlara  uyğunlaşdırmaqla yanaşı, bu standartların tələblərinə əməl olunması məqsədilə davamlı və zəruri  tədbirlər  həyata  keçirir. Bu tədbirlər çərçivəsində  TS EN İSO 9001 Keyfiyyətin idarəetmə sisteminin, TS EN İSO 14001 Ekologiya idarəetmə sisteminin  və TS İSO 18001 OHSAS Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə, QSC-nin baş direktorunun  təsdiq etdiyi qrafikə  əsasən fevralın 3-dən başlayaraq struktur bölmələrində növbəti daxili auditin  keçirilməsinə  start  verilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | [41] | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.