ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

26.02.2015
      Fevralın 26-da  “Ekol  Mühəndislik  Xidmətləri ” QSC- nin baş ofisində və xidmət  sahələrində  Xocalı  Soyqırımının  23-cü il  dönümü ilə əlaqədar  geniş tədbir  keçirilmiş, faciə qurbanlarının əziz  xatirəsi böyük ehtiramla yad edilmişdir.
20.02.2015
      “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətində  işçi personalının sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir və davamlı olaraq  bu istiqamətdə  məqsədyönlü  tədbirlər həyata keçirir.
19.02.2015
      "Ekol Mühəndislik  Xidmətləri"  QSC öz fəaliyyətini beynəlxalq standartlara  uyğunlaşdırmaqla yanaşı, bu standartların tələblərinə əməl olunması məqsədilə davamlı və zəruri  tədbirlər  həyata  keçirir. Bu tədbirlər çərçivəsində  TS EN İSO 9001 Keyfiyyətin idarəetmə sisteminin, TS EN İSO 14001 Ekologiya idarəetmə sisteminin  və TS İSO 18001 OHSAS Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə, QSC-nin baş direktorunun  təsdiq etdiyi qrafikə  əsasən fevralın 3-dən başlayaraq struktur bölmələrində növbəti daxili auditin  keçirilməsinə  start  verilmişdir.
17.02.2015
     “Ekol Mühəndislik Xidmətləri” QSC-də ətraf mühitin mühafizəsi sahəsində  görülən önəmli tədbirlərdən biri də  istehsalat fəaliyyəti nəticəsində formalaşan xüsusi tullantıların idarə olunması və utilizasiyasıdır. Bu məqsədlə, beynəlxalq standartlara  uyğun və  ətraf mühitə zərər vermədən  QSC-nin istehsalat sahələrində yığılmış xüsusi tullantıların utilizasiyası vaxtaşırı olaraq həyata keçirilir.
09.02.2015
       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) xidmət göstərdiyi digər sahələrdə olduğu kimi, “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisindəki yaşıllıq sahələrində də mövsümü  və yaza hazırlıq işlərini davam etdirir. Hazırda TRD-nin 2-ci sahəsinin kollektivi  mədən ərazisində 49 mindən çox  müxtəlif  növ ağac və  bəzək  kollarına aqrotexniki   xidmətlər  göstərir.
04.02.2015
       Hər il respublikamızda fəaliyyət göstərən ayrı-ayrı  ali təhsil müəssisələrinin tələbələri "Ekol Mühəndislik Xidmətləri" QSC-də də istehsalat təcrübəsi keçirlər. 2015-ci ildə də  bu ənənə davam etdirilir. Bakı Dövlət Universiteti rəhbərliyinin müraciətinə əsasən, QSC-nin baş direktorunun müvafiq əmri ilə  yanvar ayının 26-dan  həmin universitetin "Ekologiya və torpaqşünaslıq" fakültəsinin IV-cü kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. İstehsalat təcrübəsinin keçirilməsi QSC-nin Ekoloji Monitorinq Departamentinin rəisi, peşəkar mütəxəssis Şahabiddin Albuşova həvalə edilmiş,  təcrübənin səmərəli və effektiv keçməsi üçün tələbələrə  lazımı  şərait yaradılmışdır.
02.02.2015
 Fevralın 2-də QSC-də ümumrespublika Gənclər günü münasibətilə, kollektivin fəal gənclərinin və rəhbərliyin nümayəndələrinin iştirakı ilə  tədbir keçirilmişdir. Tədbirdə QSC-nin  baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov,  baş direktorun məsləhətçisi  Kamil  Akimov  və  İctimai sosial şöbənin rəisi, YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev  çıxış etmişlər.
30.01.2015
        Texniki təhlükəsizlik şöbəsinin (TTŞ) məqsədyönlü fəaliyyəti nəticəsində əvvəlki illərdə  olduğu kimi, 2014-cü ildə də  QSC-nin xidmət sahələrinin texniki  təhlükəsizliyi və əməyin mühafizəsi  yüksək səviyyədə təmin edilmişdir 
29.01.2015
       Xidmət  sahələrində fasiləsizliyin və texniki təhlükəsizliyin  təmin edilməsi,  istismarda olan  qurğu və avadanlıqların daimi işlək vəziyyətdə olması,  xidmət sahələrinin  fasiləsiz olaraq elektrik enerjisi, su, təbii qaz və hava ilə təchizatı  QSC-nin həyata keçirdiyi ekoloji layihələrin kəmiyyət və keyfiyyətini şərtləndirən  əsas amillərdəndir. Bunu  nəzərə  alan QSC-nin Elektromexanika  sexinin kollektivi əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də QSC-nin fəaliyyət sahələrində yüksək səviyyəli xidmətlər göstərmiş və  peşəkarlıq nümayiş etdirmişlər.
22.01.2015
       Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də  Nəqliyyat sexi üzərinə düşən vəzifələri  vaxtında və keyfiyyətlə yerinə yetirmiş,  sexin  minik və yük avtomobilləri, eləcə də xüsusi texnikaları vasitəsilə   QSC-nin  həyata keçirdiyi ekoloji layihələrin icrasında  yaxından iştirak edərək  öz layiqli tövhələrini vermişdir.
20.01.2015
      Bu gün 1990-cı il, yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciənin 25-ci ildönümü qədirbilən xalqımız tərəfindən dərin hüznlə qeyd edilir.
16.01.2015
        QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2014-cü ildə də fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış və laboratoriya  xidmətləri göstərmişdir.
12.01.2015
        Neft sənayesi sahələrində neftlə  çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin  göstərilməsi və landşaftın bərpası layihələrini icra edən "Ekol Mühəndislik  Xidmətləri" QSC-nin  Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  2014-cü ildə də məqsədyönlü  fəaliyyət  göstərmiş və "Sifarişçi" təşkilatların müqavilə  öhdəliklərinə  layiqincə əməl etmişdir.
07.01.2015
   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən olan,  tullantıların  emal edilməsi və zərərsizləşdirilməsi  layihələrini həyata keçirən Tullantıların Emalı Departamenti (TED) 2014-cü ildə də "Sifarişçi" məmnunluğunun qazanılmasına nail olmuş və ili  yüksək göstəricilərlə  başa  vurmuşdur.
29.12.2014
       Dekabrın  29-da  QSC-nin baş ofisində Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni il bayramı münasibətilə   tədbir keçirilmişdir. Tədbirdə giriş sözü ilə QSC-nin baş direktoru Ramil Əliyev çıxış edərək  kollektivin bütün üzvlərini  bu əlamətdar günlər  münasibəti ilə  təbrik etmiş, onlara can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır.
29.12.2014
      Dekabrın 27-də  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının  təşəbbüsü və rayon İcra  Hakimiyyətinin dəstəyi ilə  növbəti ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada  rayonun  YAP fəalları, ARDNŞ-nin  Ekologiya  İdarəsinin,  Heydər Əliyev adına BNEZ–nun,  “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin, eləcə də digər müəssisə və təşkilatların kollektivlərinin nümayəndələri iştirak etmişlər.  
25.12.2014
      Azərbaycanın Avropaya inteqrasiyası və dinamik inkişafı çərçivəsində respublikamızda  fəaliyyət  göstərən müəssisə və təşkilatların beynəlxalq standartlar  səviyyəsində  fəaliyyət  göstərməsi zamanın tələbidir. Bununla əlaqədar olaraq,  öz  fəaliyyətini  beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  də prioritet hədəflərindən biridir.  Ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC, hələ fəaliyyətinin ilk illərində TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini  bu standartların tələblərinə uyğun olaraq   qurmuşdur.
18.12.2014
Dekabrın 17-də  “Ekol Mühəndilsik Xidmətləri” QSC-nin  baş ofisində Fövqəladə Hallar Nazirliyinin Layihələrin İdarə edilməsi şöbəsinin rəisi Mirqasim Abasov və “Royal HaskoningDHV” şirkətinin layihə rəhbəri Johan Mathijssen ilə görüş keçirilmişdir. 
12.12.2014
     12 dekabr  ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.  Hər il, 12 dekabrda  xalqımız  bu dahi insanın əziz  xatirəsini  böyük  ehtiramla  yad  edir, təntənəli anım mərasimləri keçirilir.
08.12.2014
     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  Tullantıların  Emalı  Departamentinin (TED) 5-ci,  6-cı  (Heydər Əliyev adına  BNEZ-nun  9-cu sexinin ərazisi) və 7-ci ("Azərneftyağ" NEZ-nun 8-ci sexinin ərazisi)  xidmət  sahələri demək olar ki, qışa tam hazırdır. Qış mövsümündə  hava şəraitindən asılı olmayaraq  tullantıların keyfiyyətlə  idarə edilməsi,  texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və  baş verə biləcək qəzaların qarşısının alınması  üçün  TED-də "qışa hazırlıq tədbirlər planı"  çərçivəsində    profilaktiki təmir və  sazlama işləri yüksək templə davam etdirilir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | [42] | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.