ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

01.10.2014
      Yük qaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına uyğun olaraq, oktyabrın 1-də "Ekol Mühəndislik Xidmətləri" QSC-də kranların təhlükəsiz istismarına nəzarət edən, eləcə də kranların saz vəziyyətdə saxlanmasına cavabdeh olan mühəndis-texniki işçilərin  və kranların təhlükəsiz iş icrasına cavabdeh olan şəxslərin təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılması imtahanı keçirilmişdir.
30.09.2014
      Neft-qaz sənayesi sahələrində həyata keçirilən ekoloji layihələrə nanotexnologiyaların tətbiqi və bu sahədə  ARDNŞ-nin   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında qoyduğu vəzifələrin icrasının  təmin edilməsi məqsədilə, dünyanın analoji şirkətləri ilə   görüşlər və  əməkdaşlıq əlaqələri davam etdirilir.
26.09.2014
       Sentyabrın 26-da, QSC-nin baş ofisində  İtaliyanın  ETD (European Technology  Development) və SEPRA (Separation Process Applıcatıon) şirkətlərinin nümayəndələri ilə "sənaye-çirkab və  lay sularının membran filtrasiyası ilə təmizlənməsi" mövzusunda görüş keçirilmişdir.
25.09.2014
   Qış mövsümündə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində  texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi məqsədilə, təsdiq olunmuş "Qışa hazırlıq tədbirlər planı"nın icrası davam etdirilir.
20.09.2014
       Sentyabrın 20-də “Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində  “Əsrin müqaviləsinin“  20 illiyinə və  “Neftçilər Günü” nə həsr olunmuş  iməcilikdə QSC-nin çoxsaylı kollektivi iştirak etmişdir.
19.09.2014
        ARDNŞ-nin  neft sənayesi  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq etdiyi  tədbirlər planına əsasən, NQÇİ-nin mədən ərazilərinin neftlə çirklənmədən təmizlənməsi və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılması   işləri yüksək templə  davam etdirilir.
18.09.2014
       Tullantıların idarə olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  göstərdiyi xidmətlər sırasında ərsin parafinin mexaniki qarışıqlardan ayrılaraq təmizlənməsi də prioritet istiqamətlərdəndir. Bu məqsədlə 2007-ci ildə  QSC-nin  Tullantıların Emalı Departamentinin  (TED) O.Vəliyev 1  ünvanda yerləşən 6-cı  sahəsində  (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  müasir  standartlara cavab verən, istehsal gücü bir dövr (48 saat) ərzində 17 ton olan Parafin təmizləmə sexi 2007-ci ildən etibarən TED-nin 8-ci sahəsi kimi fəaliyyət  xidmət göstərir.
15.09.2014
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri olan sənaye-çirkab sularının texnoloji reqlamentə uyğun  və keyfiyyətlə təmizlənməsi məqsədilə Tullantıların Emalı Departamentinin (TED) xidmət sahələrində  mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq istismarda olan  modul və  mexaniki  təmizləyici qurğuların ayrı-ayrı hissələri  çöküntülərdən təmizlənir və profilaktiki təmir işləri yerinə yetirilir.
10.09.2014
       Neft-qaz sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması  məqsədilə ARDNŞ-nin həyata keçirdiyi tədbirlər planı çərçivəsində, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD)  xidmət göstərdiyi sahələrdən biri də H.Z. Tağıyev adına  NQÇİ-nin  1-ci mədən ərazisindəki (Qala sahəsi) yaşıllıq sahsidir.
08.09.2014
         "Ekol Mühəndislik Xidmətləri" QSC  fəaliyyət  göstərdiyi xidmət sahələrində, eləcə də  ətraf ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamın emal edilərək zərərsizləşdirilməsi, sənaye-çirkab axıntı sularının təmizlənməsi ,reabilitasiya olunmuş mədən ərazilərinin  yaşıllaşdırılması  və s. bu kimi tədbirlər məhz  ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmişdir.
02.09.2014
      “Ekol  Mühəndislik  Xidmətləri” QSC Bakı Ağ Şəhər layihəsi  ərazisində  yerləşən, "Azərneftyağ" NEZ-nun köhnə istehsalat sahələrindən neft məhsulları ilə çirklənmiş torpaqları  layihə ərazisindən daşınması  işlərini  2014-cü  avqust ayında da uğurla davam etdirmişdir.
29.08.2014
       Ekoloji vəziyyətin yaxşılaşdırılması və  ətraf mühitin mühafizəsi məqsədilə   yaşıllaşdırma tədbirləri  xüsusi əhəmiyyət  kəsb  edir.  Bu kimi zəruri tədbirlərin xidmət sahələrində  həyata  keçirilməsinə  "Ekol Mühəndislik Xidmətləri" QSC  də xüsusi önəm verir.
26.08.2014
      Heydər Əliyev adına BNEZ, "Azərneftyağ" NEZ, eləcə də digər "Sifarişçi" təşkilatlardan  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrinə daxil olan  sənaye-çirkab, axıntı və məişət fekal suların   təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, keyfiyyətin daha da yaxşılaşdırılması   istiqamətində  davamlı  və  məqsədyönlü  tədbirlər  həyata  keçirilir.
21.08.2014
       Neft-qaz  sənayesi  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması, xüsusilə   neftlə çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılması   ARDNŞ-nin  ekoloji  siyasətinin  əsas istiqamətlərindən  biridir. Bu sahədə həyata keçirilən kompleks tədbirlər planının icrasında “Ekol Mühəndislik  Xidmətləri”  QSC də  öz layiqli tövhələrini verməkdədir. Ötən illər ərzində  QSC-nin yaxından iştirakı ilə “BibiHeybətneft” NQÇİ-nin 40 hektardan çox neftlə çirklənmiş mədən ərazisi reabilitasiya olunmuş, həmin ərazilərə 50 minə qədər mühitə davamlı  müxtəlif  növ ağaclar və  bəzək  kolları  əkilmişdir.
18.08.2014
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin göstərdiyi  xidmətlərin keyfiyyətinin daha da artırılması, sahələrin abadlaşdırılması, eləcə də  işçilərin iş şəraitinin yaxşılaşdırılması  məqsədilə daxili imkanlar hesabına  inzibati,  məişət və yardımçı binalarda, həmçinin xidmət sahələrində mütəmadi olaraq təmir və abadlıq işləri aparılır.  Bu işlərin yerinə yetirilməsində  QSC-nin İnzibati Təsərrüfat Şöbəsinin  (İTŞ) kollektivi də xüsusi fəallıq göstərir.
14.08.2014
        Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq təcrübi biliklərinin artırılması, istehsalat vərdişlərinin aşılanması və onların bacarıqlı bir mütəxəssis kimi formalaşması məqsədi ilə  ənənəvi olaraq  hər il neft-qaz sənayesi müəssisələrində, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.
13.08.2014
       Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2006-2010-cu illərdə respublikamızda ekoloji vəziyyətin  yaxşılaşdırılması üzrə Kompleks Tədbirlər Planı” nın  təsdiq olunması haqqında Sərəncamı çərçivəsində, köhnəlmiş  sənaye obyektlərinin paytaxt ərazisindən  kənara çıxarılması və çirklənmiş torpaqların  təmizlənməsi  sahəsində  görülən  tədbirlər  uğurla  davam etdirilir.
11.08.2014
31 dekabr 2013 -cü il tarixinə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına Uyğun Maliyyə Hesabatı və Müstəqil Auditorun Hesabatı
05.08.2014
    Yay mövsümində havaların isti keçməsi ilə əlaqədar olaraq  yaşıllıqlara xüsusi aqrotexniki xidmətlərin göstərilməsi, onların vaxtlı-vaxtında suvarılması və xəstəliklərdən mühafizə edilməsi xüsusi diqqət tələb edir. Bu məqsədlə QSC-nin Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  xidmət göstərdiyi  yaşıllıq sahələrində xüsusi iş rejimində fəaliyyət göstərir. Ekoloji vəziyyətin yaxşılaşdırılmasında  xüsusi  əhəmiyyət  kəsb edən yaşıllıqların xüsusilə yay mövsümində mühafizəsi, bitkilərin suya və üzvü gübrələrə olan tələbatının  təmin edilməsi, yaşıllıq sahələrinin alaq otlarından təmizlənməsi və digər aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində  məqsədyönlü tədbirlər həyata keçirilir. Bununla yanaşı, payız mövsümündə yaşıllıq sahələrinin genişləndirilməsi və bərpası məqsədilə TRD-nin istixanalarında yeni tinglərin yetişdirilməsi sahəsində də işlər yerinə yetirilir.
25.07.2014
       İyulun  25-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Finlandiyanın LAMOR şirkətinin  prezidenti Fred Larsen, vitse-prezidenti Rasmus Guldbrand, müşaviri Matthew Bryza, MDB və Orta Şərq Ölkələri üzrə nümayəndəsi Hakan Ferhatoğlu  ilə görüş keçirilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | [44] | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.