ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

16.05.2014
      QSC-nin Tullantıların Emalı Departamentinin (TED)  6-cı  (Heydər Əliyev adına BNEZ-nun  9-cu sexinin ərazisi) və 7-ci ("Azərneftyağ" NEZ-nun 8-ci sexinin ərazisi) sahələrində tullantıların idarəedilməsi, xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və keyfiyyətin yaxşılaşdırılması   TED-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bununla əlaqədar olaraq,  qurğu və avadanlıqların saz vəziyyətdə işləməsi, onların istismar müddətinin artırılması,  həmçinin  texnoloji reqlamentə  dəqiq  əməl olunması  sahəsində   ardıcıl və məqsədyönlü  tədbirlər həyata keçirilir. 
13.05.2014
      May ayının  5-dən 9-dək  Almaniyanın Münhen şəhərində  IFAT 2014, "suların, tullantı sularının, tullantıların və xammalların  idarəedilməsi üzrə"  Beynəlxalq  Ticarət Sərgisi keçirilmişdir.  Geniş diapazonlu texniki proqramına  rəsmi  prezentasiyalar və xüsusi diskussiyalar daxil  olunmuş sərgidə, yüzlərlə şirkətlər  öz  yeni  texnologiyalarını, qurğu və avadanlıqlarını nümayiş etdirmişlər. Sərgiyə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyevin başçılıq etdiyi nümayəndə heyəti də  qatılmışlar. 
12.05.2014
       Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü  “ Ekol Mühəndislik Xidmətləri ”  QSC-də də  bir sıra tədbirlərlə qeyd olunmuşdur. Bu münasibətlə  QSC-də iməciliklər və  nərd turniri təşkil olunmuşdur.
08.05.2014
       Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü  “ Ekol Mühəndislik Xidmətləri ”  QSC-də də  bir sıra tədbirlərlə qeyd olunmuşdur. Bu münasibətlə  QSC-də iməciliklər və  nərd turniri təşkil olunmuşdur.
08.05.2014
     Ulu öndərimiz   Heydər  Əliyevin  anadan olmasının 91-cı il dönümü ilə  əlaqədar,  respublikamızda həyata keçirilən  silsilə tədbirlər  çərçivəsində  “Ekol  Mühəndislik  Xidmətləri”  QSC-də  də   ümummilli  liderin abidəsini ziyarət etmək, eləcə də  anım mərasiminin və nərd turnirinin  keçirilməsi   nəzərdə tutulmuşdur.
02.05.2014
     Öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində quran "Ekol Mühəndislik  Xidmətləri"  QSC  bu standartların tələblərinə əməl olunması məqsədilə ardıcıl tədbirlər  həyata  keçirir və  prosedura qaydalarına tam əməl olunur. Həyata keçirilən tədbirlər çərçivəsində  TS EN İSO 9001 Keyfiyyətin idarəetmə sisteminin, TS EN İSO 14001 Ekologiya idarəetmə sisteminin  və TS İSO 18001 OHSAS Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin baş direktorunun  təsdiq etdiyi qrafikə  əsasən  aprelin 1-dən  başlayaraq struktur bölmələrində  daxili  audit  keçirilir.
02.05.2014
       Mayın 2-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində İngiltərənin   WET şirkətinin  texniki direktoru və regional meneceri Malcolm Peel  və Norveçin  SORBWATER  şirkətlərinin texniki direktoru Atle  Mundhem ilə görüş keçirilmişdir.
29.04.2014
        Aprelin 28-də "Ekol Mühəndislik  Xidmətləri" QSC-də “28 aprel - Ümumdünya  Əməyin  Mühafizəsi  Günü"  ilə əlaqədar  tədbir keçirilmişdir. Tədbirin mövzusu «Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi» olmuşdur. Tədbirdə QSC-nin  baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər iştirak etmişlər. QSC-nin baş direktorunun SƏTƏM  üzrə müavini Rəşad İsmayılov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov tədbirdə çıxış etmişlər.
28.04.2014
        Aprelin 26-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində  növbəti  iməcilik keçirilmişdir. İməcilik  QSC-nin bütün istehsalat sahələrini əhatə etmişdir.
24.04.2014
       ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) aqrotexniki xidmətlər göstərdiyi sahələrdən biri də H.Z. Tağıyev adına  NQÇİ-nin  1-ci mədən ərazisindəki (Qala sahəsi) yaşıllıq sahəsidir. 2013-cü ildən  başlayaraq  TRD-nin 1-ci sahəsinin  kollektivi tərəfindən  NQÇİ-nin 1-ci mədən ərazisində  müxtəlif növ ağaclar əkilmişdir. Hazırda  ərazidə     6 minə  qədər (əkinə qədər olan ağaclar da  daxil olmaqla) müxtəlif ağac növlərinə  yüksək səviyyəli aqrotexniki xidmətlər göstərilir.
21.04.2014
        Aprelin 19-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində  növbəti  iməcilik keçirilmişdir. İməcilikdə kollektivin çoxsaylı nümayəndələri iştirak etmişdir. Tədbir QSC-nin  O.Vəliyev 1 ünvanında və “Azərneftyağ” NEZ-nun ərazisində  yerləşən  istehsalat  sahələrini, eləcə də “Abşeronneft”, “BibiHeybətneft” və H. Z. Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki, həmçinin ARDŞN-nin Qaz Emalı Zavodunun ərazisindəki yaşıllıq sahələrini əhatə etmişdir.
18.04.2014
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat  sahələrində  texnoloji proseslərin  ətraf  mühitə  təsirinin  minimuma endirilməsi, istehsalatın fasiləsizliyinin təmin edilməsi, eləcə də obyektlərin, qurğu və avadanlıqların istismar müddətinin artırılması  istiqamətində mütəmadi  zəruri tədbirlər həyata keçirilir.
16.04.2014
       “Azərneftyağ” NEZ-nun istehsalat sahələrində ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində,  zavodun ərazisində formalaşan sənaye-çirkab sularının təmizlənməsinə, eləcə də  neftşlamın emalına  və zərərsizləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu layihələr isə  2007-ci ildən başlayaraq NEZ-nun 8-ci sexinin ərazisində  fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamentinin  (TED) 7-ci sahəsi tərəfindən  uğurla icra olunur. 
12.04.2014
     ARDNŞ-nin "Ətraf mühitin mühafizəsi üzrə 2014-cü ilin Tədbirlər Planı" çərçivəsində  Şirkətin  fəaliyyət  sahələrində iməciliklər davam  edir.  Bununla əlaqədar olaraq, aprelin 12-də   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün  istehsalat sahələrində də  növbəti iməcilik keçirilmişdir.
11.04.2014
       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Ekoloji Monitorinq Departamentinin Milli Sertifikatlaşma Sistemində akkreditasiyadan keçmiş  KTL  dənizdə və quruda ətraf  mühitin  vəziyyətinin  tədqiq edilməsi və  QSC-nin istehsalat sahələrində analitik nəzarətin aparılması üzrə çoxşaxəli xidmətlər göstərir.
08.04.2014
      Ölkə Prezidentinin məlum fərmanı çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər  layihənin icrasında  "Ekol Mühəndislik Xidmətləri" QSC  də  yaxından iştirak edir. 2010-cu ildən başlayaraq,  QSC  Bakı  Ağ  Şəhər layihəsi  ərazisində olan Heydər Əliyev adına   BNEZ-nun və "Azərneftyağ" NEZ-nun köhnə sənaye obyektlərindən  bir neçə istiqamətdə  neftlə çirklənmiş torpaqların daşınması,  həmçinin  sənaye-çirkab, axıntı sularının nəqli layihələrinin  icrasını   uğurla davam etdirmişdir.
05.04.2014
       Azərbaycan Respublikası  Dövlət  Neft  Şirkətinin "Ətraf mühitin mühafizəsi üzrə 2014-cü ilin Tədbirlər Planı"na uyğun olaraq, yaz mövsümü ilə əlaqədar Şirkətin bütün fəaliyyət sahələrində iməciliklər keçirilir, abadlıq və yaşıllaşdırma işləri yerinə yetirilir.
04.04.2014
      Aprelin 3-də QSC-nin baş ofisində çirkab suların filtrasiyası və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində fəaliyyət göstərən ABŞ-nın Harmsco Europe  şirkətinin    nümayəndələri ilə görüş keçirilmişdir.   
03.04.2014
      Yazın gəlişi ilə əlaqədar respublikamızın bağçılıq təsərrüfatlarında və yaşıllaşdırma sahələrində  mövsümi işlər geniş vüsət almışdır. "Ekol  Mühəndislik  Xidmətləri" QSC-nin xidmət  göstərdiyi  yaşıllaşdırma sahələrində də yaz  mövsümünə  uyğun  işlərin icrasına başlanmışdır. Bununla əlaqədar olaraq, QSC-nin Torpaqların  Rekultivasiyası  Departamentinin  1-ci ("Abşeronneft" və H.Z. Tağıyev adına  NQÇİ-nin mədən əraziləri) və 3-cü ( ARDNŞ-nin Qaz Emalı Zavodunun  ərazisi və "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisi) sahələrində  məqsədyönlü  aqrotexniki  tədbirlər  həyata  keçirilir.
31.03.2014
       Ümummilli  lider  Heydər  Əliyevin  27 mart  1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.  Həmin ildən başlayaraq martın  31-də bütün Azərbaycan xalqı, o cümlədən xaricdə yaşayan soydaşlarımız soyqırımı qurbanlarının  xatirəsini yad edir, ermənilərin vandalizm və işğalçı siyasətini  pisləyirlər.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | [46] | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.