ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

13.01.2014
       ARDNŞ öz fəaliyyət  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş  tədbirlər çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. 2013-cü ildə də  bu sahədə  bir sıra prioritet layihələr icra olunmuşdur. Bu layihələrin icrası isə əsasən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların  Rekultivasiyası Departamenti (TRD) tərəfindən həyata keçirilmişdir.
08.01.2014
         ARDNŞ neft-mədən ərazilərində neftlə çirklənmiş torpaqların,  sənaye-çirkab, axıntı və lay sularının təmizlənməsi, neftşlamın emalı, zərərsizləşdirilməsi və bioremediasiyası kimi prioritet ekoloji layihələrin nanotexnologiyalarla həyata keçirilməsini  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.  Bununla  əlaqədar  olaraq QSC  bu sahədə  hərtərəfli  axtarışlar aparır,  yerli və xarici analoji şirkətlərlə  əməkdaşlıq əlaqələri yaradır. 
29.12.2013
     Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni il bayramı münasibətilə   dekabrın  29-da  QSC-nin baş ofisində tədbir keçirilmişdir. Tədbirdə giriş sözü ilə QSC-nin baş direktoru Ramil Əliyev  çıxış etmişdir.
26.12.2013
      "Ekol Mühəndislik  Xidmətləri"  QSC-də çalışan işçi personalın sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçilər ildə bir dəfə tibbi müayinədən keçirilir.
23.12.2013
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələri ilə yanaşı,  xidmət sahələrində əsaslı təmir, yenidənqurma və  abadlaşdırma işlərinə də xüsusi diqqət yetirilir. Bu məqsədlə xidmət sahələrindəki inzibati, məişət və yardımçı binalarda mütəmadi olaraq təmir işləri aparılır, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması sahəsində məqsədyönlü  tədbirlər həyata keçirilir.
19.12.2013
       ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində təsdiq etdiyi kompleks tədbirlər planı yüksək templə  həyata keçirilir. Bu tədbirlər çərçivəsində neft-qaz sənayesi sahələrində yaşıllıqların salınması və inkişaf etdirilməsi də  xüsusi əhəmiyyət kəsb edir.
17.12.2013
      "Ekol Mühəndislik Xidmətləri" QSC  beynəlxalq  standartların  tələblərinə əməl etməklə, fəaliyyət sahələrində formalaşan  tullantıların idarə olunmasına xüsusi önəm verir və bu sahədə  davamlı tədbirlər həyata keçirir. Ətraf mühitin mühafizəsi sahəsində  görülən tədbirlər çərçivəsində 2013-cü ilin IV rübündə də istifadəsi başa çatmış avtomobil şinləri, akkumulyatorlar,  lümenises lampalar, məişət elektrik  cihazları,  kartriclər,  printerlər, faks aparatı  üçün  lentlər və s. kimi  xüsusi tullantıların utilizasiyası təmin edilmişdir.
12.12.2013
       Artıq 10 ildir ki,  Azərbaycan xalqı hər ilin 12 dekabrında  ümummilli lider, müstəqil Azərbaycan Respublikasının memarı  Heydər Əliyevin  anım gününü böyük ehtiramla yad edirlər. Əbədiyyətə qovuşmuş,  xalqımızın yaddaşında dərin iz  buraxmış  bu dahi tarixi şəxsiyyətin   əziz xatirəsi böyük  məhəbbətlə anılır və bu münasibətlə tədbirlər keçirilir.
10.12.2013
       "Ekol Mühəndislik Xidmətləri " QSC  2010-cu ildən icrasına başladığı, Bakı Ağ Şəhər layihəsi ərazisində olan Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun  köhnə  sənaye obyektlərindən neftşlamın və neftlə çirklənmiş torpaqların daşınması  və sənaye-çirkab, axıntı sularının nəqli layihələrinin icrasını təqvim planına uyğun  olaraq   uğurla davam etdirir.
06.12.2013
     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün xidmət  sahələrində "Qışa Hazırlıq  Tədbirlər Planı"-da nəzərdə tutulmuş  işlər yüksək səviyyədə  həyata keçirilir.  "Tədbirlər Planı"nın  icrası ilə əlaqədar olaraq, ilk növbədə fasiləsiz rejimdə işləyən QSC-nin Tullantıların Emalı Departamentini xidmət sahələrində ötürücü boru xətlərinin və siyirtmələrin izolyasiyası, mexaniki təmizləyici qurğularda isə profilaktiki təmir işləri  başa çatdırılmışdır. İnzibati binaların fasad və dam örtüyündə, iş otaqlarında, nasosxanalarda və əməliyyatçı otaqlarında cari və əsaslı təmir işləri yerinə yetirilmiş, qış fəslində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülmüşdür.
05.12.2013
       "Ekol Mühəndislik Xidmətləri" QSC-də tullantıların  emalı və təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi və yeni müasir tipli qurğularla  texniki parkın genişləndirilməsi  sahəsində məqsədli tədbirlər davam etdirilir.  Hazırda QSC-nin xidmət sahələrində  İsveçrənin "Alfa-Laval" şirkətinin istehsalı olan modul dekantor  və  İtaliyanın  "Pieralisi" şirkətinin  istehsalı olan modul trikantor qurğuları müvəffəqiyyətlə    istismar edilir. Cari ildə QSC-nin texniki parkına  dekantor  qurğusundan çıxan  maye qarışığını  üç fazaya;  neft məhsulu, su və mexaniki qarışığa ayıran, İsveçrənin "Alfa-Laval" şirkətinin istehsalı olan  yeni  FOX-15 separator qurğusu da əlavə edilmişdir.
03.12.2013
     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  Tullantıların Emalı Departamentinin (TED)  fəaliyyət sahələrində  texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və  keyfiyyətin yaxşılaşdırılması istiqamətində davamlı və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə texnoloji proseslərin elektrik enerjisi, su və təbii qaz təminatının yaxşılaşdırılması sahəsində son dövrdə əsaslı yenidənqurma işləri yerinə yetirilmişdir.
29.11.2013
     Təsdiq olunmuş proqrama əsasən 26.11.2013-05.12.2013 tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün struktur bölmələrinin  işçi personalına maarifləndirmə keçirilməsi nəzərdə tutulmuşdur. Maarifləndirmənin əsas  məqsədi QSC-də olan peşələr üzrə hazırlanmış əməyin mühafizəsi və texniki təhlükəsizlik təlimatlarının tələbləri, elektrik təhlükəsizliyi və  fərdi  mühafizə vasitələrindən istifadə təlimatları  barədə işçi personala məlumatların verilməsi ilə onların bu sahədə bilik səviyyələrinin artırılmasından ibarətdir.
27.11.2013
      İşçi personalın sağlamlığının qorunması, texniki təhlükəsizliyinin təmin edilməsi,  iş şəraitlərinin yaxşılaşdırılması və onların  sosial problemlərinin həlli "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Tədbirlər sırasında  işçilərin sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçi personalının ildə bir dəfə tibbi müayinədən keçirilməsinə  xüsusi önəm verilir.
26.11.2013
      "Ekol Mühəndislik  Xidmətləri" QSC-nin xarici əlaqələrinin genişləndirilməsi və yeni texnologiyaların axtarışı istiqamətində  analoji şirkətlərlə görüşlər davam edir. Bu çərçivədə  növbəti görüş isə noyabrın 26-da, QSC-nin baş ofisində, Birləşmiş  Ərəb Əmirliklərinin  Dubay şəhərində fəaliyyət göstərən "Black Gold LLC" şirkətinin   nümayəndələri ilə keçirilmişdir.
22.11.2013
       Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  və IDEA İnternational Dialogue for Environmental Action dəstəyi, eləcə də  “Iteca" şirkətinin təşkilatçılığı ilə “Bakı Ekspo Mərkəzi" də keçirilən və noyabrın 20-dən başlayaraq üç gün davam edən   “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE) 4-cü Beynəlxalq Ətraf  Mühit Sərgisi  bu gün öz işini uğurla başa vurmuşdur.
21.11.2013
      Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və “ITECA" şirkətinin təşkilatçılığı ilə  “Bakı Ekspo Mərkəzi" ndə  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE) 4-cü Beynəlxalq Ətraf  Mühit Sərgisi  noyabrın 20-də öz işinə başlamışdır.
18.11.2013
    Noyabrın 18-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində  Yeni Azərbaycan Partiyasının 21 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Millət vəkili  Sədaqət Vəliyeva, təşkilatın  idarəetmə aparatının rəhbəri  Ramil Vəlibəyov, QSC-nin rəhbərliyi və  YAP "Ekol" ilk ərazi təşkilatının fəalları iştirak etmişlər.
15.11.2013
      Azərbaycanda neft sənayesinin inkişafı və neft hasilatının artırılması  ölkəmizin iqtisadi  qüdrətinin  günü -gündən güclənməsinə  böyük  təkan verir. Neft sənayesinin inkişafı fonunda respublikamızda ekoloji problemlərin həlli  və ətraf mühitin mühafizəsi sahəsində də  mühüm əhəmiyyətli dövlət proqramları qəbul edilərək  icra olunur. Dövlət Neft Şirkəti də sovetlər dövründən miras qalmış, həmçinin hazırda  neftin hasilatı və emalı zamanı formalaşan   neftşlamların və neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində ardıcıl  məqsədyönlü tədbirlər həyata keçirir.
14.11.2013
       Müasir  texnika və texnologiyalardan istifadə etməklə Avropada ətraf mühitin mühafizəsi və tullantıların  emalı  sahəsində  mühüm layihələr həyata keçirən İtaliyanın RİCCOBONİ şirkəti  noyabrın 14-də QSC-nin baş ofisində "Lay sularının təmizlənməsi " mövzusunda prezentasiya keçirmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | [48] | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.