ekol.az
← Xəbərlərə qayıt

Ekol Mühəndislik Xidmətləri QSC-də “Risklərin idarə edilməsi” təlimi keçirilib

Oktyabr 1, 2025

Ekol Mühəndislik Xidmətləri QSC-də Risklərin idarə edilməsi Metodologiyasının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə 24–25 sentyabr 2025-ci il tarixlərində Balaxanı eko-sahəsində və Baş ofisdə ümumilikdə 50 əməkdaşın iştirakı ilə “Risklərin idarə edilməsi” mövzusunda təlim təşkil olunub.

Təlim çərçivəsində risk sahibləri və koordinatorlara “SOCAR-ın Risklərin idarə olunması Siyasəti”, “Risklərin idarə edilməsi Metodologiyası” və “Risk reyestri” sənədlərinin tələbləri ətraflı şəkildə izah edilib. Əməkdaşlar həmçinin 2026-cı il üçün Risklərin siyahısı və Risk reyestrinin hazırlanması prosesində metodoloji dəstək alaraq, risklərin düzgün müəyyənləşdirilməsi və idarə olunması üzrə yeni biliklər əldə ediblər.

Təlim iştirakçıları arasında interaktiv sessiyalar və praktiki tapşırıqlar təşkil olunub, bu isə risklərin qiymətləndirilməsi və idarə olunması bacarıqlarının möhkəmləndirilməsinə imkan verib. Tədbir həmçinin əməkdaşlarda risklər üzrə kollektiv məsuliyyət hissini gücləndirib, şirkətin cari və gələcək risklərinin daha dəqiq və səmərəli qiymətləndirilməsinə töhfə verib.

Ekol Mühəndislik Xidmətləri QSC olaraq inanırıq ki, bu cür təlim və maarifləndirmə tədbirləri şirkətin davamlı inkişaf strategiyasına, əməyin təhlükəsizliyi və idarəetmə proseslərinin optimallaşdırılmasına mühüm dəstək göstərir.