ekol.az
← Xidmətlərə qayıt

İstixana sahəsi

Ümumi sahəsi 5000 m² olan istixana müasir tələblərə cavab verir. İşıqlı və geniş istixananın üstü polikarbonat materialı ilə örtülmüşdür. Burada istilik, suvarma, nəmləmə və püskürtmə sistemləri quraşdırılmışdır. Bu da İstixanada istehsalat prosseslərin avtomatlaşdırmasını təmin edir.

Toxumlar müxtəlif sayda gözlüyü olan xüsusi şəbəkələrdə, mikroelementlərlə zənginləşdirilmiş torfda yetişdirilir. Toxumların bu torfda yetişdirilməsi onlarda inkişafın ilkin mərhələsinin daha sağlam və dayanıqlı cücərməsinə zəmin yaradır.

Burada, Eldar şamı, Həmişəyaşıl sərv, Şərq tuyası, Avropa zeytunu və sair ağaclar, kol bitkiləri, dibçək və bəzək gülləri növlərindən yetişdirilir. Toxum əkininin tam aqrotexniki tələblərə uyğun aparılması təmin edilir. Məqsədimiz–sifarişçilərə təqdim edəcəyimiz əkin materialını torpağa əkildikdən sonrakı sağlam ömrünün zəmanəti üçün toxumdan yetkin tinglik dövrünə qədər vahid coğrafi arealda yetişdirməkdir.