ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Son Xəbərlər

26.04.2024

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko - Park İnnovasiya Mərkəzində Qlobal Metanın Azaldılması (Advancing Global Methane Reduction-AGMR) təşəbbüsünə dair beynəlxalq tədbir keçirilmişdir.

23 aprel 2024-cü il tarixində SOCAR və BP şirkətinin təşkilatçılığı ilə Cəmiyyətin Eko - Park İnnovasiya Mərkəzində “Metan Rəhbər Prinsipləri” (“Methane Guiding Principles”-MGP) çərçivəsində həyata keçirilən Qlobal Metanın Azaldılması təşəbbüsünə dair beynəlxalq tədbir keçirilmişdir.
Tədbirdə SOCAR-ın, BP şirkətinin, Beynəlxalq Enerji Agentliyinin, BMT-nin Ətraf Mühit Proqramının, Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiyasının (İOGP), Neft - Qaz İqlim Təşəbbüsünün (OGCİ) və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nüməyəndələri iştirak etmişlər.
Metan emissiyalarının Monitorinqi və Metan Emissiyalarının azaldılması seminarları tədbirin əsas mövzusu olmuşdur.
Seminarlar zamanı metan emissiyalarının ölçülməsi, inventarlaşdırtılması, emissiyaların monitorinqi prosesində müasir texnologiyaların rolu, sızmaların azaldılması üçün mümkün həll yolları, bu sahədə ən yaxşı texnologiya və təcrübələr, “LDAR” layihələrinin icrası,  habelə texniki yardım və layihələrin maliyyələşdirilməsinə dair məruzələr edilmiş və qarşılıqlı müzakirələr aparılmışdır.
Bu baxımdan sözügedən tədbirin əsas məqsədi neft-qaz əməliyyatlarında metan emissiyalarının azaldılmasına dair qabaqcıl bilik və bacarıqların təkmilləşdirilməsi, ölçülməsi, hesabatlığı, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdən ibarət olmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar QSC-nin Eko – Park İnnovasiya Mərkəzinin ərazisində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilmiş, sərv ağacı əkilərək suvarma və abadlıq işləri aparılmışdır.

















26.04.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko - Park İnnovasiya Mərkəzində 6 nömrəli məktəb-liseyinin rəsm dərnəyinin üzvləri və müəllim heyətinin ekskursiyası keçirilmişdir.

25 aprel 2024-cü il Elm və Təhsil nazirliyinin Səbail rayon 6 nömrəli məktəb-liseyinin rəsm dərnəyinin üzvləri və müəllim heyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaşıllığın əhəmiyyəti, təbiətin qorunması və ekoloji təbliğat məqsədi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Eko - Park İnnovasiya Mərkəzinin ərazisində ekskursiya və maarifləndirici proqram təşkil edilmişdir. Proqramda əsas məqsəd SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə” dair Tədbirlər Planına uyğun ölkəmizin gənc nəslin nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpasına, ekoloji biliklərin artırılmasına eyni zamanda bu sahədə bacarıqlarının formalaşmasına yönəltməkdən ibarət olmuşdur. Proqramın açılışı zamanı Eko - Park İnnovasiya Mərkəzinin rəisi Tahir Şıxəliyev iştirakçıları salamlayaraq Mərkəz haqqında geniş məlumatı verdi. 
Ekskursiya zamanı qonaqlar park ərazisində olan alternativ enerji mənbələri, enerji idarəetmə mərkəzi, fidanlıq və istixana sahələri ilə tanış olmuşlar. Sonra 6 nömrəli məktəb-liseyinin rəsm dərnəyinin üzvləri yaşıllığın əhəmiyyəti və təbiətin qorunması mövzusunda rəsmlər çəkmiş və park ərazisində sərgiləmişlər.
  Sonda dərnək üzvləri və müəllim heyəti ilə  birlikdə xatirə şəkilləri çəkilmişdir.
















Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.