“EKOL MÜHƏNDİSLİK XİDMƏTLƏRİ” QAPALI SƏHMDAR
CƏMİYYƏTİNİN KEYFİYYƏT, ƏTRAF MÜHİT, ƏMƏK SAĞLAMLIĞI və TƏHLÜKƏSİZLİYİ SİYASƏTİ
“Ekol Mühəndislik Xidmətləri” QSC ekoloji yönümlü xidmətləri (ekoloji
monitorinq, axıntı sularının təmizlənməsi, neft şlamın, qazma şlamının emalı,
torpaqların rekultivasiyası, bioremediasiyası və landşaftın bərpası,
dezinfeksiya və s. tədbirlərin həyata keçirilməsi və s) həyata keçirir.
Məqsədimiz Sifarişçilərimizin tələb və gözləntilərini təmin etməklə, xidmətlərimizi
yüksək keyfiyyətlə, işçilərin təhlükəsizliyinə, sağlamlığına və ətraf mühitə
ziyan vurmadan yerinə yetirməkdir.
Cəmiyyətimiz ISO 9001 “Keyfiyyətin idarəedilməsi”, ISO
14001 “Ətraf mühitin idarəedilməsi”, ISO 45001 “Əmək Sağlamliği və Təhlükəsizliyinin
idarəedilməsi” sistemlərinin daima təkmilləşdirilməsi
üçün aşağıdakı meyarları rəhbər tutur:
ØAzərbaycan Respublikasının Təhlükəsizlik, Ekologiya və Keyfiyyətlə
bağlı qanun və normativ-hüquqi sənədlərinin bütün tələblərinə əməl etmək;
ØCəmiyyətdə bütün əməkdaşları menecment sistemlərinin effektivliyinin
təmin edilməsi fəaliyyətinə cəlb etmək;
ØISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartlarının tələblərinə
uyğun olaraq Keyfiyyət, ekologiya və təhlükəsizlik sistemlərini daima
yaxşılaşdırmaq və inkişaf etdirmək üçün müasir avadanlıqları, yeni texnika və
texnologiyanı tətbiq etmək;
ØRiskləri müəyyən etmək, qiymətləndirmək və idarə etmək; keyfiyyət,
sağlamlığın və ətraf mühitin mühafizəsinə təsir edə biləcək imkanları müəyyənləşdirmək;
ØPotensial təhlükələrin sayını və dərəcəsini azaltmaq, xəsarət və bədbəxt
hadisələrin baş verməsini önləmək;
Øİşçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün maarifləndirmə tədbirlərini
həyata keçirmək;
ØTəbii sərvətlərdən səmərəli istifadə etmək;
ØMenecment sistemlərinin effektivliyini tələblərə uyğun olaraq daim
artırmaq məqsədilə vaxtaşırı təhlil etmək;
ØBütün maraqlı tərəflərlə (təchizatçı,
sifarişçi, işçilər, cəmiyyət) keyfiyyət, sağlamlıq və ətraf mühitin mühafizəsinə
dair tələblərinə cavab verən qarşılıqlı fəaliyyət qurmaq;
ØMaraqlı
tərəflərin tələblərinə və gözləntilərinə cavab verən fəaliyyətlərin təşkili
üçün proses yanaşmanı tətbiq edərək idarəetmə
sistemlərini inkişaf etdirmək;
ØHazırkı siyasətin yerinə yetirilməsi üçün tələb edilən resurslarla
təmin etmək və müəssisəmizin bütün işçilərini bu siyasətlə tanış etmək.
Rəhbərlik siyasətdən
irəli gələn tələblərin yerinə yetirilməsini öz öhdəsinə götürür.